Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu şəhərin payızı bütün şəhərlərin payızından daha gözəldir, daha cazibədardır, daha romantikdir. Bu şəhərin payızında insan özünü tamamilə unudur, bütün varlığı ilə payızın ahənginə uyur. 

Bir başqadır bu şəhərin payızı... Bu şəhərdə payız insanı düşündürür, duyğulandırır, həyatı, yaşamağı insana sevdirir. 

Həyatda bəzi anlar var ki, o anları unutmaq olmur. Bu şəhərə payız gələndə, havalar soyuyanda, yağış yağanda həmin anlar daha çox yada düşür.

Yağış yağanda pəncərə önündə oturub yağış damlalarının  səsini dinləməyi, yağışın yağmasını izləməyi çox sevirəm. Xəyalən ötənlərə, keçənlərə, hətta uşaqlıq illərimə qədər “səyahət edirəm”. Bu anlar içində, bu anılar içində qeyri-adi  bir xoşbəxtlik yaşayıram... 

Payız həm də sevgi fəsli, toy-düyün fəslidir. Bu fəsildə həyat rəngarəng olur, duyğular, düşüncələr cuşa gəlir, sanki... Hər günü, hər saatı, elə bil, fərqli yaşayırsan... Parklarda, bağlarda gəzərkən saralmış yarpaqların – xəzəllərin ayaq altında pıcıldaması  insanın ruhuna bir rahatlıq verir... Bu anlarda qəribə hisslər yaşayır insan. Quşların dəstə qurub isti ölkələrə köçməsi səni daha çox duyğulandırır. Ayaq saxlayıb onları izləyirsən... Ta ki səmada izləri itənəcən...

Mən payız fəslini  “Üç ay davam edən maraqlı film” adlandırıram... Yəni, bu fəsildə müşahidə etdiyimiz təbiət səhnələri o qədər təbii, o qədər ardıcıl, o qədər obrazlıdır ki, baxdıqca baxır, doymaq bilmirsən... Baş rolda da qızılı-sarı yarpaqlar, sükut, sevgi... 
                                           

                              
                                         Zeynəb Hüseynzadə
                                                       “Nuh yurdu”qəzeti

www.naxcivantv.az