Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Dövlət Universitetinin Misir universitetləri ilə əməkdaşlığı diqqət mərkəzindədir

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Naxçıvan Dövlət Universitetində olub. 

Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətindən naxcivantv.az saytına bildiriblər ki, universitetlə tanışlıq zamanı qonaq İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində olaraq buradakı müasir elektron təhsil şəbəkəsinin idarə olunması prosesini izləyib. Sonra qonağa universitetin Media mərkəzi, Universitet televiziyası, “Nuhçıxan” radiosu və Mətbuat şöbəsinin işi haqqında ətraflı məlumat verilib.Qonaq həmçinin təhlis ocağının Elmi kitabxanası ilə də tanış olub. 

Daha sonra misirli qonaq Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Ərəb dili ixtisası üzrə təhsil alan tələbələrlə və müəllimlərlə görüş keçirib.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid bildirib ki, Əhməd Sami Elaydi Misirin Ayn Şəms Universitetinin Ədəbiyyat fakültəsinin məzunudur. Həmin universitetdə Türk dili və ədəbiyyatı kafedrasında çalışıb. 2010-cu ildə Bakı Dövlət Universitetində “Müstəqillik dövrü Azərbaycan romanı: Mövzu, Problematika və Sənətkarlıq Məsələləri” adlı dissertasiyanı müdafiə edib, Azərbaycan yazıçılarının yaradıcılığını tədqiq edərək 100-dən çox tələbəyə Azərbaycan dilini öyrədib.
Əhməd Sami Elaydi Ayn-Şəms Universiteti haqqında məlumat verib. Qonaq Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının universitetləri ilə Misir universitetləri arasında təhsil və elm əlaqələrinin möhkəmlənməsində, qarşılıqlı müəllim-tələbə mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıb.
Əhməd Sami Elaydi tələbə və müəllimləri maraqlandıran sualları da cavablandırıb.

Nərmin Cabbarova

NTV xəbər

www.naxcivantv.az