Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi ilə bağlı tədbir keçirilib.

Nümayəndəlikdən NUHÇIXAN-a bildiriblər ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov YAP-ın ötən 27 ildə keçdiyi şərəfli yol barədə geniş məlumat verib. Bildirib ki, YAP yarandığı gündən çox böyük uğurlara imza atmış, xalqımızın və dövlətimizin qarşısında misilsiz xidmətlər göstərmiş və bu gün də göstərməkdədir. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyin və milli həmrəyliyin yaranması, ölkəmizin davamlı tərəqqi yoluna çıxarılması və dinamik inkişafı və Azərbaycanın regionun lider dövləti olaraq dünyadakı mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə öz töhfəsini verib. Müasir Azərbaycan dövlətinin yaradılması, yenidən əldə olunmuş müstəqilliyin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin bərpa edilməsi Ümummilli Liderimizin XX əsrdə xalqımız qarşısında həyata keçirdiyi müqayisəsiz xidmətləridir. Ümummilli lider Heydər Əliyev bu missiyanı yerinə yetirərkən, yeganə qüvvə kimi xalqımızın ona olan tükənməz ümidinə və sonsuz məhəbbətinə arxalanmışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev lideri olduğu bu Partiyanın sıralarında olmağı milli dövlətçiliyə xidmət etməyin əsl nümunəsi sayırdı: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.

Bəxtiyar Əsgərov qeyd edib ki, Azərbaycanı ciddi təhlükələrdən çıxarmaq üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv tarixi zərurət idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının ümummilli lider Heydər Əliyevə ünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətin “Səs” qəzetində dərc olunması Yeni Azərbaycan Partiyasının təşkili istiqamətində ilk tarixi addım hesab edilə bilər. Ulu Öndərin sözügedən müraciətə cavabında ölkəmizin qarşısında duran təxirəsalınmaz vəzifələri müəyyənləşdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyini ifadə etməsi və onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bəyan etməsi o dövrdə bir çox cavabsız suallar önündə çırpınan, lakin müdrikliyini heç vaxt itirməyən Azərbaycan xalqında sabaha ümid yaratmışdır. Böyük dövlət xadiminin sadə xalq kütlələrində, xüsusilə böyük ruh yüksəkliyi yaradan bu cavabı həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan səbatsız, yarıtmaz qüvvələr tərəfindən qısqanclıqla qarşılandı. Odur ki, xalqın yekdilliklə tələb etdiyi dünya liderinin də təmsil olunduğu yeni bir siyasi təsisatın müstəqil Azərbaycanda yaranmasına əngəl yaratmaq istəyirdilər. Lakin Ümummilli Liderin hakimiyyətə qayıdışı artıq qarşısıalınmaz, dönməz tarixi zərurət və yekdil sosial sifariş idi. O zamankı uğursuz və qorxaq iqtidarın gücü yalnız Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinin qarşısını almağa çatdı. 1992-ci il noyabr ayının 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin bütün bölgələrindən, cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə təsis konfransının keçirilməsi baş tutdu. Konfransda dahi rəhbər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi, təşkilatın Nizamnaməsi və Proqramı qəbul edildi. Yeni Azərbaycan Partiyasının yaradılmasının əsas məramına diqqəti cəlb edən Ulu Öndər sonralar bu barədə demişdir: “Bu partiya hakimiyyət uğrunda mübarizə aparan partiya kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazdıq ki, partiya Azərbaycanın bu ağır dövründə, ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır. Bizim partiya xalqı birləşdirmək, ölkənin problemlərinin həll olunmasında iştirak etmək məqsədilə yaranıb. Mən məmnunam ki, 1992-ci ildə çox ağır şəraitdə Naxçıvanda bizim yazdığımız və qəbul etdiyimiz proqram bu gün də öz aktuallığını saxlayır”.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvə kimi meydana çıxdı və 1993-cü il oktyabrın 3-də ulu öndər Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə hakim partiyaya çevrildi. Bu, Ulu Öndərin təbirincə desək “dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasına xalqın böyük ümidinin, inamının real təzahürü idi. Yarandığı günlərdə sıralarında cəmi 550 üzvü olan Yeni Azərbaycan Partiyası bu gün öz sıralarında 700 mindən çox insanı birləşdirir. Bu isə xalqımızın doğma Partiyamıza olan inamından irəli gəlir. Birmənalı şəkildə qeyd edə bilərik ki, bugünkü qüdrətli müasir müstəqil Azərbaycanın varlığı Ulu Öndərin adı ilə birbaşa bağlıdır. Konstitusiya Aktının qəbulu, zəngin qanunvericilik bazasının formalaşdırılması da ümummilli lider Heydər Əliyevin cəsarəti və səriştəsi sayəsində mümkün olub. Bu gün yüz illərlə dövlətçilik təcrübəsi olan ölkələr Azərbaycanda yaradılan xidmət sahələrini, dövlətçilik institutlarını nümunə göstərirlər, qısa müddət ərzində həyata keçirilən irimiqyaslı layihələri, davamlı vətəndaş cəmiyyəti qurmaq prosesini təqdir edirlər.

Bəxtiyar Əsgərov əlavə etdi ki, bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən çox mühüm amillərdən biri də partiyanın təməl prinsipləridir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır”.

Bildirilib ki, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevdən sonra ölkəmizə rəhbərlik etdiyi son 16 illik hakimiyyəti dövründə bütün sahələrdə əldə olunmuş nailiyyətlər bizə onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə qədər qarşısına qoyduğu məqsədə çatmış və bununla kifayətlənməmiş, vətənimizin uğurlu gələcəyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qisa zamanda, xalqımızın mənafeyinə uyğun həlli, suverenliyimizin bərpası naminə ulu öndər Heydər Əliyevin arzularını bir-bir gerçəkləşdirmək əzmində olan nəhəng, monolit və dünyəvi siyasi təşkilatdır.

“Bu gün ümumbəşəri dəyərlərin daşıyıcısı olan Yeni Azərbaycan Partiyası bir tərəfdən beynəlxalq aləmdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqunun tərəfdarı kimi çıxış edirsə, digər tərəfdən ölkəmizdə milli birliyin möhkəmləndirilməsi, Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində mühüm işlər görür. Bütün bunlar həm partiyanın dünyanın tanınmış siyasi təşkilatları arasında nüfuzunu yüksəldir, həm də Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, siyasi qüdrətini, çəkisini daha da artırır”, - deyə Bəxtiyar Əsgərov qeyd edib.

Nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, uzun illərdən bəri blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında böyük çətinliklər hesabına yaranmış Yeni Azərbaycan Partiyası hazırda ölkəmizin və onun dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasının sürətli və davamlı inkişafının əsas təminatçısıdır. O deyib: “Bu gün Naxçıvan Muxtar Respublikasında görkəmli dövlət xadimi Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, insanların firavanlığı naminə quruculuq, abadlıq işlərinin vüsət alması, infrastrukturun yenilənməsi, beynəlxalq-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, turizmin inkişafı, elmi potensialın, mədəniyyətin, təhsilin səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatı və sənaye istehsalının artırılması, ixracın təşviqi, milli-mənəvi dəyərlərimizin təbliği, tarixi abidələrin bərpası, bir sözlə, milli dövlətçiliyin qorunması və s.Yeni Azərbaycan Partiyasının əsas prinsiplərinin təkcə bu gözəl diyarda hansı miqyasda həyata keçirildiyindən xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının qurucularından biri, ictimai-siyasi xadim, dövlət xadimi Vasif Talıbovun dediyi kimi, “Müasir şəraitdə partiya üzvlərimizin qarşısında mühüm vəzifələr dayanır. “Sağlam cəmiyyət – güclü dövlət” sistemi üzrə doğma Azərbaycanımızın inkişafına çalışmalı, Yeni Azərbaycan Partiyasının üzvü kimi şərəfli adı öz əməyimizlə doğrultmalıyıq. Bizim məsuliyyətimiz – bizim vəzifəmizdir. Vəzifə – partiya quruculuğunda və hər birimizin konkret fəaliyyət sahələrində işə yaradıcı yanaşmaqdan, dəqiq, dürüst olmaqdan, ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi kimi işləməkdən və ölkəmizi onun görmək istədiyi kimi qurub-yaratmaqdan ibarətdir”.

Naxçıvan Muxtar Respublikasında da hər il doğma partiyamızın ildönümləri təntənəli şəkildə yüksək əhval-ruhiyyə, şövqlə qeyd edilir. 2019-cu ildə də Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illiyi ərəfəsində Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı, onun İcra Katibliyi şəhər və rayon təşkilatlarımızla birlikdə tutumlu, yaddaqalan siyasi-ideoloji tədbirlər keçirir, dəyirmi masalar təşkil edir. Hər il keçirilən tədbirlərdə gənclərin daha çox fəallıq nümayiş etdirməsi, onların sevgi ilə bu partiyaya üzv yazılmaları xalqımızın xoşbəxt gələcəyinə ümidləri artırır. Bu həm də onu göstərir ki, gənc nəsillər Heydər Əliyevin qurucusu olduğu bu siyasi partiyanın hələ uzun-uzun illər vətənimiz Azərbaycanın hakimiyyətini təmsil edərək, əlçatmaz nailiyyətlərə imza atacağına ürəkdən inanır.”

Tədbir digər çıxışlarla davam etdirilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

08-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

08-07-2020-17-02 Rəsmi

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Alternativ və b...

Onlayn ekskursiyanın bu dəfə ünvanı Cəlil Məmmədquluzadənin ev muzeyi olub

08-07-2020-16-37 Xəbərlər

Onlayn ekskursiyanın bu dəfə ünvanı Cəlil Məmmədquluzadənin ev muzeyi olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadənin Naxçıvan ...

Elmi konfrans:Akademik Həbibulla Şahtaxtinski-120

08-07-2020-14-00 Xəbərlər

Elmi konfrans:Akademik Həbibulla Şahtaxtinski-120

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Qida zəhərlənmələrindən qorunmaq üçün zəruri tövsiyələr

08-07-2020-12-39 Xəbərlər

Qida zəhərlənmələrindən qorunmaq üçün zəruri tövsiyələr

Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir.

DİM: iyulun 10-da 41 şəhər və rayonda imtahanlar keçiriləcək

08-07-2020-11-57 Xəbərlər

DİM: iyulun 10-da 41 şəhər və rayonda imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları ü...

Ötən günün mənzərəsi - VİDEO

08-07-2020-10-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO

07-07-2020-19-14 Xəbərlər

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO

Muxtar respublikada yerli istehsal və xaricdən idxal olunan ərzaq məhsullarının ...

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

07-07-2020-18-16 Xəbərlər

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

VƏ YA USTAD HÜSEYN HƏŞİMLİYƏ ONUN OLMADIĞI DÜNYADAN MƏKTUB. Salam, Müəllim. M...

Məzun rəssamların sərgisi təşkil edildi

07-07-2020-15-36 Xəbərlər

Məzun rəssamların sərgisi təşkil edildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncə...

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

07-07-2020-15-15 Xəbərlər

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələ...

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

07-07-2020-14-50 Xəbərlər

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bil...

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

07-07-2020-13-26 Xəbərlər

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

Uca Yaradanın insan oğlunun “əyninə biçdiyi”, müəyyən etdiyi bir yol var.

Ötən günün mənzərəsi - VİDEO

07-07-2020-11-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

145-in KADRARXASI - Şərəf Mənsimova

07-07-2020-11-23 Xəbərlər

145-in KADRARXASI - Şərəf Mənsimova

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

07-07-2020-08-45 Xəbərlər

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ...

Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO

06-07-2020-17-35 Xəbərlər

Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO

Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icras...

Babək rayonunun kəndləri dezinfeksiya edildi - VİDEO

06-07-2020-16-10 Xəbərlər

Babək rayonunun kəndləri dezinfeksiya edildi - VİDEO

Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin davamı o...

İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

06-07-2020-14-44 Xəbərlər

İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

İmtahanlarda iştirak edənlər şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış...

Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib

06-07-2020-12-59 Xəbərlər

Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib

Naxçıvan Dövlət Universiteti və Almaniyanın Brandenburq Universiteti Konservator...

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə

06-07-2020-11-19 Xəbərlər

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarının nəticələri ilə bağlı mürac...

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

06-07-2020-09-00 Xəbərlər

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

İxtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müə...

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

05-07-2020-15-00 Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azə...

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

05-07-2020-12-21 Xəbərlər

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində ə...

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

05-07-2020-08-58 Xəbərlər

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

Hazırda dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunur.

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

04-07-2020-17-57 Xəbərlər

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsind...

Babək rayonunda taxıl biçini davam edir

04-07-2020-14-50 Xəbərlər

Babək rayonunda taxıl biçini davam edir

Babək rayonunda taxıl biçini davam edir. 

Ötən günün mənzərəsi - VİDEO

04-07-2020-10-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...