Muxtar respublikada gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyət həyatının müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir.

NUHÇIXAN xəbər verir ki,  bu barədə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “İdman hamı üçün!” şüarı adı altında keçirilən tədbirdə ətraflı danışılıb.

Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələr və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırış, bədən tərbiyəsi və idmanın təbliği, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyası, olimpiya prinsipləri ilə bağlı məlumatlandırmaq olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Vurğulayıb ki, bu gün Naxçıvanda məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli vəzifələrə çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Bu tədbirin Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə təsadüf etməsi ilə də əlamətdar olduğunu diqqətə çatdıran Azad Cabbarov Naxçıvanda gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxışında bildirib ki, respublikamız artıq dünyada bir idman ölkəsi kimi tanınır. Bunun nəticəsidir ki, 2008-ci ildə Milli Olimpiya Komitəsi Azərbaycan Olimpiya çempionlarına həsr olunmuş sənədli filmlərin çəkilməsi haqqında qərar qəbul edib. Həmin dövrdən başlayaraq bir çox sənədli filmlər istehsal olunub. “Olimpiya Odisseyası” proqramı Avropa Olimpiya Komitəsi və “Olympic Solidarity” təşkilatlarının dəstəyi ilə reallaşdırılıb. Sevindirici haldır ki, “Azərbaycan Olimpiya Odisseyası” adlı layihə ilk olaraq Naxçıvan Muxtar Respublikasında keçirilir. Bu gün həmin layihə çərçivəsində Azərbaycan güləşçisi, yunan-Roma güləşi üzrə 66 kiloqram çəki dərəcəsində 2004-cü il Yay Olimpiya Oyunlarının qızıl medalçısı, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov haqqında filmi izləyəcəyik.

Muxtar respublikada da idmanın sürətlə inkişaf etdiyini vurğulayan nazir müavini belə bir tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Məryəm Qafarzadənin çıxışından sonra “Cəngavər Fərid Mansurov” adlı film nümayiş etdirilib.

Sonra Fərid Mansurov çıxış edərək vurğulayıb ki, ölkəmizdə idmanın digər növləri kimi, güləş də sürətlə inkişaf edir və yeniyetmələr arasında təşkil edilən turnirlər onların təcrübələrinin artırılmasında böyük rol oynayır. O, həmçinin Olimpiya zirvəsinə gedən yoldakı çətinlikləri, idman həyatında olan maraqlı anları tədbir iştirakçıları ilə bölüşüb. Fərid Mansurov gənclərə idmanla məşğul olmağı və sağlam həyat tərzi sürməyi tövsiyə edərək zərərli vərdişlərdən uzaq, sağlam vətəndaş kimi formalaşıb Vətənimizin keşiyində durmağı arzu edib.

Olimpiya çempionu qazandığı uğurlarla bağlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Fazil Ələkbərov Dünya Şotokan Federasiyanın birinci vitse-prezidenti seçilib

06-12-2019-19-53 Xəbərlər

Fazil Ələkbərov Dünya Şotokan Federasiyanın birinci vitse-prezidenti seçilib

Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümay...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

06-12-2019-19-22 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tü...

Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvanda - VİDEO

06-12-2019-18-57 Xəbərlər

Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvanda - VİDEO

NUHÇIXAN xəbər verir ki, Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza T...

Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib

06-12-2019-18-30 Rəsmi

Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib

Muxtar respublikada qurulan qapalı suvarma şəbəkələri kənd yerlərində əhalinin m...

Qış mövsümündə ehtiyatlı olaq

06-12-2019-18-17 Xəbərlər

Qış mövsümündə ehtiyatlı olaq

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Özgüvənin həyatımızdakı rolu müzakirə olunub

06-12-2019-17-53 Xəbərlər

Özgüvənin həyatımızdakı rolu müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində gənclərə “Fərdi inkişaf təli...

Mülki müdafiə işinin təşkili ilə bağlı yekun tədbir keçirilib

06-12-2019-16-06 Xəbərlər

Mülki müdafiə işinin təşkili ilə bağlı yekun tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Bu ilin ötən dövründə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 800-dən çox elmi əsəri çap olunub

06-12-2019-14-42 Xəbərlər

Bu ilin ötən dövründə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 800-dən çox elmi əsəri çap olunub

2019-cu ildə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 18 monoqrafiyası, 8 kitabı, 1 ...

Naxçıvanda Hüseyn Cavidin anım günü qeyd olunub

06-12-2019-14-00 Xəbərlər

Naxçıvanda Hüseyn Cavidin anım günü qeyd olunub

Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lid...

Məktəblilər Heydər Əliyev Muzeyini ziyarət ediblər

06-12-2019-13-32 Xəbərlər

Məktəblilər Heydər Əliyev Muzeyini ziyarət ediblər

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və...

Yüksəkixtisaslı kadrlar hazırlanır

06-12-2019-12-49 Xəbərlər

Yüksəkixtisaslı kadrlar hazırlanır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Hakimlər Komitəsinin sədri Naxçıvanda səfərdədir

06-12-2019-12-28 Xəbərlər

Hakimlər Komitəsinin sədri Naxçıvanda səfərdədir

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) H...

Ötən günün mənzərəsi - VİDEO

06-12-2019-11-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib

06-12-2019-11-02 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu - VİDEO

05-12-2019-21-20 Xəbərlər

“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu - VİDEO

Dekabrın 5-də “Naxçıvan” Universitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana...

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub

05-12-2019-19-32 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fa...

Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM

05-12-2019-17-54 Rəsmi

Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də Nu...

Ekskursiya işinin təbliği diqqət mərkəzində

05-12-2019-16-57 Xəbərlər

Ekskursiya işinin təbliği diqqət mərkəzində

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin ...

Gülüstan türbəsində açıq dərs

05-12-2019-15-53 Xəbərlər

Gülüstan türbəsində açıq dərs

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin tələbələri üçün Gülüstan tür...

Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub

05-12-2019-12-24 Xəbərlər

Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatç...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

05-12-2019-12-01 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvan cüdoçusu birinciliyin qalibi olub

05-12-2019-11-42 Xəbərlər

Naxçıvan cüdoçusu birinciliyin qalibi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yeti...

Naxçıvana ilk səfərimin təəssüratları

05-12-2019-11-23 Xəbərlər

Naxçıvana ilk səfərimin təəssüratları

Muxtar respublikamız öz füsunkar gözəlliyi və zəngin təbii sərvətləri, müasir in...

Ötən günün mənzərəsi - VİDEO

05-12-2019-10-21 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib

04-12-2019-20-35 Rəsmi

Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx...

Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub

04-12-2019-20-20 Rəsmi

Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub

Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahş...

Mübariz Qurbanlı Naxçıvanda jurnalistlərə müsahibə verib - VİDEO

04-12-2019-20-00 Xəbərlər

Mübariz Qurbanlı Naxçıvanda jurnalistlərə müsahibə verib - VİDEO

Ordubad rayonun Dırnıs kəndində istifadəyə verilən Allahşükür məscidinin açılışı...

Hikmət Babaoğlu: “Hər kəs ən azından bir dəfə Naxçıvana gəlməlidir” - VİDEO

04-12-2019-19-46 Xəbərlər

Hikmət Babaoğlu:  “Hər kəs ən azından bir dəfə Naxçıvana gəlməlidir” - VİDEO

Tanınmış jurnalist, ziyalı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bab...

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Naxçıvanla bağlı fikirlərini bölüşüb - VİDEO

04-12-2019-19-31 Xəbərlər

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Naxçıvanla bağlı fikirlərini bölüşüb - VİDEO

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Ordubad rayonun Dırnıs kəndin...

Arxiyepiskop Aleksandr: “Sevindirici haldır ki Nuh peyğəmbərin məzarı məhz Naxçıvandadır” - VİDEO

04-12-2019-19-15 Xəbərlər

Arxiyepiskop Aleksandr:  “Sevindirici haldır ki Nuh peyğəmbərin məzarı məhz Naxçıvandadır” - VİDEO

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ordubad rayonun Dırnıs...