Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu Şahbuz rayonunda olublar.

Xidmət zamanı müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu, eləcə də ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrdə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq səyyari xidmətin növbəti ünvanı Ordubad rayonu olacaqdır.

www.naxcivantv.az