Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində istehsalat təcrübəsi keçirlər.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən keçirilən təcrübə dərsində Azərbaycan Respublikasında müəyyən edilən və ödənilən dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri) haqqında geniş məlumatlar verilib.

 
İstehsalat təcrübəsində tələbələr praktiki biliklərini artırmaqla yanaşı həm də vergi ödəyicilərinə və vətəndaşlara onlayn şəkildə göstərilən elektron xidmətlərlərlə yaxından tanış olurlar.

www.naxcivantv.az