Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Kəngərli rayonunun Çalxanqala kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri müzakirə olunub.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada ailələrin sağlamlığının diqqət mərkəzində olduğunu bildirib, yeni ailə quranlar üçün nikahdan əvvəl   irsi qan xəstəliklərinin, virusların yoxlanılması, qan qohumluğu nikahları zamanı tibbi müayinənin vacibliyini diqqətə çatdırıb.  Qeyd edilib ki, muxtar respublikada tibbi xidmətin səviyyəsinin yüksəldilməsi nəticəsində sağlamlıq imkanları məhdud uşaqların sayı ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

Tədbirdə bildirilib ki, Kəngərli rayonu üzrə 11 661 uşaq var. Bu uşaqlardan da 110-u sağlamlıq imkanları məhdud uşaqlardır. Onların 80 anadangəlmə, 30 isə sonradan qazanılma səbəblərdən sağlamlıqlarını itiriblər.

Kəngərli rayonunun Çalxanqala kəndi üzrə isə  10 sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9-u anadangəlmə, biri isə sonradan yaranan xəstəlikləri olan uşaqlardır.

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Kəngərli rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə iştirak edən Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova bu cür tədbirlərin əhəmiyyətindən danışıb.

www.naxcivantv.az