Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun dəvəti ilə, 28 noyabr - Beynəlxalq Fransız dili müəllimləri günü münasibətilə Azərbaycan Dillər Universitetində keçirilən "İnnovasiya və yaradıcılıq" adlı konfransda iştirak edib.

Eyni zamanda daimi nümayəndəliyin rəhbəri azərbaycanlı fransız dili müəllimlərinə səfir Zakari Qros tərəfindən bu ölkənin “Akademik Palma Ordeni” və diplomlarının təqdim edilməsi mərasimində iştirak edib. Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov adıçəkilən ordenlə təltif olunan Naxçıvan Dövlət Universitetinin Roman və german dilləri kafedrasının müdiri  Məhsəti Əsgərovanı təbrik edib.

Bəxtiyar Əsgərov həmçinin Rumıniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Dan Yankunun dəvəti ilə, bu ölkənin milli bayramı münasibəti ilə Bakıda təşkil olunan rəsmi qəbulda iştirak edib.

www.naxcivantv.az