- Ətraflı
- Bölüm: Xəbərlər
Son günlər sosial şəbəkə və bəzi media qurumlarında Naxçıvanla bağlı yazılar diqqətimi çəkdi. Təbii ki, birinci dəfə deyil.
Hər dəfə ölkə səviyyəsində, cənab Prezident Naxçıvanla bağlı hanısa mütərəqqi addımları atanda, görülən işlərə yüksək qiymət verəndə, sosial-iqtisadi inkişaf üçün maliyyə yardımı ayıranda nədənsə bəzi adamlarda qısqanclıq yaranır.
...Hələ 1991-ci ildə hərbi xidmətdə olarkən evdən mənə çox sevdiyim şair Məmməd Arazın o zaman yazılan ən son şerilərindən birini göndərmişdilər. Çünki bizim yeniyetməlik illərində Vətən mövzulu şeir dəbdə idi. Həm də o şeirlərin hamısı yaxşı yazılırdı. Hətta 1988-1990-cı illərdə baş verən azadlıq hərəkatı zamanı yaxşı şeirlər əl-əl gəzirdi. Məmməd Arazın da şeiri “Ya Rəbbim” adlanırdı. Şeirdə şair Tanrıya üz tutub gördüyü haqsızlıq, ədalətsizlikdən şikayətlənir, ondan kömək istəyirdi. Təbii ki, bu köməkdə siyasi məqamlarla dolu idi. Uzun bir şeirdir. Hətta mən deyərdim bir qədər də duaya bənzəyirdi. Çünki o poeziya nümunəsi həmin illərdə Türkiyədə ən yaxşı dini şeir kimi də mükafata layiq görülmüşdü. O zaman belə deyirdilər. Amma orada bir misra elə ilk dəfə oxuduğumda ilişib yaddaşımda qalıb:
-Sən bizi kiçiklər kinindən qoru...
Fil tutur, şir tutur hörümçək toru..
Bu misralarla şair Tanrıya sığınaraq ondan həm kömək istəyir, həm də balaca hörümçəklərin qurduğu torun artıq fil, şir kimi nəhəngləri tutduğunu dəhşətlə ona çatdırırdı. O zaman bunu şairin bədii təşbehi, yaradıcılığının ustalığı kimi qiymətləndirsəm də, niyəsə həmin misra beynimdə ilişib qalmışdı. Lakin sonradan həyatı daha yaxşı başa düşəndən, ölkədə, cəmiyyətdə gedən ictimai-siyasi proseslərə baxanda doğrudan da nəhəng adamların kiçiklərin kininin qurbanı olduğunu bir daha başa düşdüm. Sən demə, böyük insanlarda heç vaxt kin olmurmuş. Çünki onlar böyükdürlər. Amma “kiçiklərə” (Türkiyə türkcəsində bunu “küçük” sözü ilə ifadə edirlər) gələndə - təbii ki, söhbət mənəvi cəhətdən kiçikdən gedir, onların nə boyda kini varmış, Ya Rəbbim. Özlərindən dəfələrlə yüksək olan kin sən demə, onların “boylarının çıxmasına”, mənəvi dünyalarının genişlənməsinə mane olurmuş. Bu insanlarda olan kin elə cılızlıqlarından yaranırmış. Mənəvi cəhətdən qarayaxan, cılız insanlar kiçik, kiçik insanlar isə cılız olurmuş. Doğrudan da, həm dəhşət, həm də bədbəxtlikdir. Dostum, mərhum rəssam Əbülfəz Axundovun belə paxıl, cılız və kinli insanları görəndə sevdiyi bir sözü vardı: “Böyük ol, oğul, böyük ol!”.
Bəylər, xanımlar, kinli olmayın. Lap yuxarıdan başlayaq - Azərbaycanın dünyada qazandığı uğurlara, gələcəyə doğru atılan addımlara, sabaha inanan və bunun üçün çalışan, vuruşan insanlara qarşı kinli olmayın. Ölkənin ayrılmaz bir hissəsi, 95 ildir doğma anasından – Azərbaycandan coğrafi baxımdan ayrı düşən (əslində salınan), amma yenə də Azərbaycan olan, əbədi Azərbaycanla qalan Naxçıvanda gedən işlərə baxıb da kinli olmayın. Müasir insanların dünyagörüşü, düşüncəsi, intellekti, yeni dünyada baş verənlərə münasibəti də 10-15 il qabaqkından çox fərqlənir. İndi hər şey göz qabağındadır. Xalq da, vətəndaş da həqiqəti olduğu kimi qəbul edir. Ona görə də, öz içinizdə olan kini, yaramaz düşüncəni başqalarının adından dilə gətirməyin. Kiməsə qara yaxıb görmədiyi işləri onun üstünə atmağa, vətənpərvər insanlara çamur yaxmağa, başınız çıxmayan işlərdən baş çıxarırmış kimi davranıb camaatı yanıltmağa, başqalarının adından danışmağa, istedadlı, bacarıqlı adamlara həsəd aparmağa çalışmayın!
Öz işinin peşəkarı olub, dövlətə, xalqa sədaqətlə xidmət edən gənclərə, ziyalılara, qələm sahiblərinə “sizdən daha yaxşıdır” deyə düşmən olduğunuz fədakarlara paxıllıq etməyin, əl-ayaqlarına dolaşıb mane olmayın. Bacarırsınızsa, böyük olun, BÖYÜK! Bacarmırsınızsa, kiçiksinizsə, heç olmasa kinli olmayın. Unutmayın ki, əgər kinlisinizsə demək nə boyda olursunuzsa olun, yenə də kiçiksiniz və kimsə atılan böhtanlara, deyilən boş sözlərə fikir vermirsə, heç kim heç kimdən qorxmur, sadəcə adamlar sabah üçün daha yaxşı iş görməklə məşğuldurlar !
P.S. Mövzu elə bu kateqoriyadan olan adamların hamısına aiddir. Yerindən, mövqeyindən asılı olmayaraq.
Səməd Canbaxşiyev
Bölmənin digər xəbərləri
Hakimlər Komitəsinin sədri Naxçıvanda səfərdədir
06-12-2019-12-28 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) H...
Ötən günün mənzərəsi - VİDEO
06-12-2019-11-23 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib
06-12-2019-11-02 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...
“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu - VİDEO
05-12-2019-21-20 Xəbərlər

Dekabrın 5-də “Naxçıvan” Universitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana...
Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub
05-12-2019-19-32 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fa...
Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM
05-12-2019-17-54 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də Nu...
Ekskursiya işinin təbliği diqqət mərkəzində
05-12-2019-16-57 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin ...
Gülüstan türbəsində açıq dərs
05-12-2019-15-53 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin tələbələri üçün Gülüstan tür...
Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub
05-12-2019-12-24 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatç...
Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib
05-12-2019-12-01 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...
Naxçıvan cüdoçusu birinciliyin qalibi olub
05-12-2019-11-42 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yeti...
Naxçıvana ilk səfərimin təəssüratları
05-12-2019-11-23 Xəbərlər

Muxtar respublikamız öz füsunkar gözəlliyi və zəngin təbii sərvətləri, müasir in...
Ötən günün mənzərəsi - VİDEO
05-12-2019-10-21 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib
04-12-2019-20-35 Rəsmi

NUHÇIXAN xəbər verir ki, dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx...
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
04-12-2019-20-20 Rəsmi

Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahş...
Mübariz Qurbanlı Naxçıvanda jurnalistlərə müsahibə verib - VİDEO
04-12-2019-20-00 Xəbərlər

Ordubad rayonun Dırnıs kəndində istifadəyə verilən Allahşükür məscidinin açılışı...
Hikmət Babaoğlu: “Hər kəs ən azından bir dəfə Naxçıvana gəlməlidir” - VİDEO
04-12-2019-19-46 Xəbərlər

Tanınmış jurnalist, ziyalı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bab...
Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Naxçıvanla bağlı fikirlərini bölüşüb - VİDEO
04-12-2019-19-31 Xəbərlər

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Ordubad rayonun Dırnıs kəndin...
Arxiyepiskop Aleksandr: “Sevindirici haldır ki Nuh peyğəmbərin məzarı məhz Naxçıvandadır” - VİDEO
04-12-2019-19-15 Xəbərlər

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ordubad rayonun Dırnıs...
Allahşükür Paşazadə: “Naxçıvan həmişə mənə doğma olub” - VİDEO
04-12-2019-18-36 Xəbərlər

Bu gün Ordubad rayonun Dırnıs kəndində Allahşükür məscidinin açılışı olub.
Ordubadda Allahşükür məscidi istifadəyə verilib - VİDEO
04-12-2019-17-33 Xəbərlər

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşa...
Ötən günün mənzərəsi
04-12-2019-15-33 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Cari ildə muxtar respublikada 9 heyvandarlıq təsərrüfatı yaradılıb
04-12-2019-12-45 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı daim diqqət mərkəzində sa...
Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində yaşıllaşdırma işləri görülüb
04-12-2019-09-57 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində toxumla b...
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
04-12-2019-09-18 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin noyabr ayı ərzind...
Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
03-12-2019-17-53 Xəbərlər

Prezident İlham Əliyev dekabrın 3-də Saleh Məhərrəmovun Naxçıvan Dövlət Universi...
Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edildi - SƏRƏNCAM
03-12-2019-17-49 Xəbərlər

Prezident İlham Əliyev dekabrın 3-də Elbrus İsayevin Naxçıvan Dövlət Universitet...
Akademik İsa Həbibbəyli “Şərəf” medalı ilə təltif olunub
03-12-2019-14-56 Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli...
Naxçıvanda paralimpiyaçılar arasında şahmat birinciliyinin qalibləri müəyyənləşib
03-12-2019-14-00 Xəbərlər

Naxçıvan Şahmat Mərkəzində sağlamlıq imkanları məhdud olan 18 yaşadək şəxslər ar...