Muxtar respublikada əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir.

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasının ən qiymətli sərvəti onun insanlarıdır” fikri əsas götürülərək muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən mühüm tədbirlərlə yanaşı, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi də əhalinin sağlamlığının qorunmasına geniş imkanlar yaradıb. Belə ki, təkcə 2010-cu ildən 1 yanvar 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poli­klinikası, Babək, Ordubad, Kəngərli və Sədərək Rayon Mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 13 xəstəxana, 37 həkim ambulatoriyası, 53 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

Səhiyyənin inkişafı istiqamətində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisaslı tibb kadrlarının hazırlanması davam etdirilir. Bununla yanaşı, bu sahədə çalışanların bilik və təcrübələrinin artırılması məqsədilə çoxsaylı seminarların, konfransların keçirilməsi və tibb işçilərinin kurslara göndərilməsi ümumi inkişafa stimul yaradıb.

Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 may tarixli Sərəncamına uyğun olaraq 2018-ci ilin yanvar ayından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

İnsanların sağlamlığının qorunmasında keyfiyyətli ərzaq məhsulları ilə yanaşı, içməli su təminatı da mühüm rol oynayır. Su ilə yayıla bilən xəstəliklərin azaldılması və su mənbələrinin təmizlənməsi inkişaf edən ölkələrdə əhəmiyyətli sağlamlıq tədbiridir.

Bu istiqamətdə muxtar respublikada yeni kaptajlar tikilmiş, içməli su xətləri çəkilmiş, mövcud kaptajlar və içməli su xətləri bərpa olunmuşdur. Ötən dövrdə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili, Tumbul, Qaraçuq, Qaraxanbəyli, Hacıniyyət və Bulqan kəndlərində içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.

Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsi, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Xəlilli kəndlərinin, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kənd­lərinin içməli su və kanalizasiya sistemləri istifadəyə verilib.

Muxtar respublikada ekoloji sabit­liyin təmin olunması və ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Geniş vüsət almış yaşıllaşdırma tədbirlərinin nəticəsi olaraq təkcə 2010-cu ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada 4820 hektara yaxın sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır ki, bu da əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına da ciddi təkan vermişdir. Belə ki, 2010-cu ildə muxtar respublikada doğulanda gözlənilən ömür uzunluğu 75,1 yaş, o cümlədən kişilərdə 73,2, qadınlarda isə 76,9 yaş təşkil edirdisə, 2018-ci ildə bu göstərici 78,6, o cümlədən kişilərdə 76,6, qadınlarda isə 80,5 yaş səviyyəsində olub.

Bu istiqamətdə cari ilin yanvar-oktyabr aylarında da mühüm tədbirlər həyata keçirilmiş, Şərur rayonunun Kərimbəyli və Muğanlı, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambu­latoriyası binalarının, Şərur rayonunun Alışar və Babək rayonunun Gülşən­abad kənd­lərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılıb. Bundan əlavə, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasının yenidən qurulması da həyata keçirilib.

Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunun Böyükdüz kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 yanvar tarixli Sərəncamı ilə Şərur rayonunda, 2019-cu il 5 iyul tarixli Sərəncamı ilə Kəngərli rayonunda və 2019-cu il 31 oktyabr tarixli Sərəncamı ilə Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Bundan əlavə, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərman imzalanıb.

Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində cari ilin ötən dövründə Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsi istifadəyə verilmiş, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun tikintisi davam etdirilib

Bundan əlavə, Şahbuz rayonunun Türkeş və Babək rayonunun Gülşən­abad kəndlərində içməli su xətlərinin çəkilişi başa çatdırılmış, Ordubad rayonunun Vənənd kəndində içməli su xəttinin çəkilişi davam etdirilib.

Cari ilin yaz əkini dövründə 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 107 mindən artıq ağac və gül kolu əkilmişdir. Babək rayonunda Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və “İqlim otağı”, ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su monitorinq laboratoriyası yaradılıb

Bütün sahələrdə qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər əhalinin sağlamlığına və sosial müdafiəsinin gücləndirilməsinə yeni imkanlar yaratmaqla yanaşı, muxtar respublikamızın davamlı inkişafını da sürətləndirib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

24-01-2020-17-09 Xəbərlər

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

24-01-2020-14-59 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

24-01-2020-13-32 Xəbərlər

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tə...

Təbiəti qoruyaq

24-01-2020-12-48 Xəbərlər

Təbiəti qoruyaq

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri “Təbiəti ...

Elektron qaimə-fakturalarla bağlı yenilik

24-01-2020-12-07 Xəbərlər

Elektron qaimə-fakturalarla bağlı yenilik

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

24-01-2020-11-06 Xəbərlər

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində bu ilki qış imtahan ses...

Naxçıvanda sabaha olan hava proqnozu

24-01-2020-10-45 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

24-01-2020-10-24 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

23-01-2020-18-31 Xəbərlər

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə Azərbaycan Respubl...

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-16-48 Xəbərlər

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsin...

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

23-01-2020-16-06 Xəbərlər

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

Ölkənin tanınmış CBC telekanalında “Qafqazın sirrləri” layihəsi çərçivəsində haz...

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

23-01-2020-14-42 Xəbərlər

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitab...

Ötən günün mənzərəsi - VİDEO

23-01-2020-12-36 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

23-01-2020-11-29 Xəbərlər

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikamızda sa­hibkarlığın inkişafında dövlət dəstəyinin genişləndiri...

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

23-01-2020-11-13 Xəbərlər

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Müasir ...

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

23-01-2020-10-08 Xəbərlər

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ildə keçiriləcək imtahanların ta...

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-09-00 Xəbərlər

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasının 201...

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

22-01-2020-18-43 Xəbərlər

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

22-01-2020-18-01 Xəbərlər

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça...

Maarifləndirici seminarlar davam etdirilir

22-01-2020-14-42 Xəbərlər

Maarifləndirici seminarlar davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...

Ötən günün mənzərəsi - VİDEO

22-01-2020-12-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

22-01-2020-12-42 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

NUHÇIXAN xəbər verir ki, yeni tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıva...

Nuh yurdunun rəssamı

22-01-2020-12-21 Xəbərlər

Nuh yurdunun rəssamı

Bəhruz Kəngərlinin çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığı gənclər üç...

Muxtar Məmmədov tam səmimi: Çətin ki, xasiyyətimi dəyişəm - VİDEO

22-01-2020-11-16 Xəbərlər

Muxtar Məmmədov tam səmimi: Çətin ki, xasiyyətimi dəyişəm - VİDEO

Yol boyu ilk sualımın ətrafında var-gəl elədim, haradan başlamalı?

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

22-01-2020-10-56 Xəbərlər

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb...

Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur

22-01-2020-10-38 Xəbərlər

Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur

Muzeylər mədəniyyət, elmi-­tədqiqat və təbliğat müəssisələri kimi tarixi-mədəni ...

Müasirliyə qovuşan Vənənd kəndi - VİDEO

22-01-2020-09-00 Xəbərlər

Müasirliyə qovuşan Vənənd kəndi - VİDEO

Muxtar respublikada həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş...

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

21-01-2020-17-35 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

MƏNALI ÖMÜR YOLU

21-01-2020-16-53 Xəbərlər

MƏNALI ÖMÜR YOLU

Elm elə bir ciddiyətdir ki...

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

21-01-2020-15-47 Xəbərlər

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

Muxtar respublikada enerji sahəsində alternativ və bərpa olunan enerji mənbələri...