Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, noyabrın 30-da Naxçıvan şəhərində “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. 

Konfransda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Azərbaycan Mətbuat Şurasının nümayəndələri də iştirak edəcəklər. Tədbirə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker, üzvləri  Ali Hancerli, Nurhan Günsev, Nik Nvolisa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid və Naxçıvan mediasının rəhbər və nümayəndələri Mətbuat Şurası idarə heyyətinin üzvü Vüqar Rəhimzadə eləcə də gənc jurnalistlər qatılacaqlar. 

Səfər çərçivəsində nümayəndələr ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və muzeyini ziyarət edəcək, muxtar respublikanın tarixi abidələri və turizm obyektlərini gəzəcəklər.

Jurnalistlər həmçinin Naxçıvan Dövlət Televiziyası, “Şərq qapsı” qəzeti, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində olacaq,  Naxçıvan Dövlət Universitetində tələbələr üçün  yaradılan media infrastrukturu ilə tanışlıqdan sonra gənc-tələbə jurnalistlərə mühazirələr oxuyacaqlar.

Konfrans çərçivəsində həmçinin Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzvlük məsələsinə də baxılacaq.

www.naxcivantv.az