Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətidən NUHÇIXAN-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə keçirilib.

Müqsabiqə Nazirlik və Naxçıvan Muxtar Respublikası Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Bu ilin aprel ayında elan olunan festival-müsabiqəyə xalqımızın tarixini, adət-ənənəsini, dünya və Azərbaycan pedaqogika tarixinin görkəmli nümayəndələrinin əsər və hikmətli fikirlərini əks etdirən, həmçinin vətənpərvərlik mövzusunda 30-60 dəqiqəlik tamaşa və kompozisiyalar təqdim edilib.

Müsabiqənin məqsədi muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr arasında olan istedadlı gənclərin üzə çıxarılması, tələbələrdə teatr sənətinə maraq yaradılması və gəncləri xalqımızın milli-mənəvi dəyərlərini öyrənməyə həvəsləndirməkdən ibarətdir. 

Sonra festival müsabiqəyə təqdim olunan tamaşa və kompozisiyalar göstərilib. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası Nəbi Xəzrinin  “Burla Xatın”, “Naxçıvan” Universitetinin Tələbə Teatr Studiyası “Ayrılarmı könül candan!”, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Teatr Studiyası “Ruhların görüşü”, Naxçıvan Texniki Kollecinin Tələbə Teatr Studiyası Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında  tamaşa və Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyası Tofiq Seyidovun “Vaqif” əsəri əsasında hazırlanan tamaşaları təqdim ediblər.

Qeyd edək ki, festival-müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və qaliblər yekun tədbirdə mükafatlandırılacaqdır.

www.naxcivantv.az