Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Mövsümlə əlaqədar Naxçıvan şəhərindəki, Şərur, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarındakı soyuducu anbarlara meyvə-tərəvəz məhsullarının tədarükü davam etdirilir.

Noyabrın 15-dək həmin anbarlara 4579,5 ton kartof, 335,97 ton soğan, 582,03 ton alma, 10,65 ton kələm tədarük olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, hazırda muxtar respublikada ümumi tutumu 15 min 945 ton olan 38 soyuducu anbar var. Payız mövsümünün sonunadək bu anbarlara daha çox kənd təsərrüfatı məhsullarının tədarük ediləcəyi gözlənilir. Bu da qış mövsümündə əhalinin yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına imkan verəcək.

Qeyd edək ki, muxtar respublikada yaradılmış soyuducu anbar təsərrüfatı payız-qış aylarında əhali istehlakında mühüm paya malik olan yerli meyvə və tərəvəz məhsullarının münasib qiymətlərlə satışa çıxarılmasına imkan verir. Bundan əlavə, soyuducu anbarlar, əsasən, muxtar respublikada yetişdirilən meyvə-tərəvəz hesabına doldurulduğundan aqrar sahənin inkişafına, istehsalçıların öz işini genişləndirməsinə stimul yaradır. Belə ki, soyuducu anbarlar muxtar respublikanın, demək olar ki, bütün rayonlarında olduğundan bu, meyvə-tərəvəz məhsullarının daşıma xərclərinin və müvafiq olaraq satış qiymətlərinin də aşağı salınmasına təsir edir.

www.naxcivantv.az