Təzə bir nəğmə eşitmək istəyirsənmi, oxucu?! Bu nəğmənin misralarına və ahənginə əziz tutduğumuz, müqəddəs sandığımız müəllim-jurnalist əməyinin ətri hopubdur.

Bu nəğmənin nəqəratı dünyanın incisi, gözəlliklər diyarı, Ordubadın qiymətli sərvətlərindən sayılan sarı limonun ətri kimi qəlboxşayan, fikirləri mavi səma kimi aydın, sözləri şipşirindi. Bu nəğmənin bəstəkarı həyat, vəsf olunanı isə ömrünün 60-cı baharına çatan müəllim-jurnalist Muxtar Məmmədovdur.

Bir insan ömründən danışmaq istəyirəm. Bu ömür bir vaxtlar Günəş olub fidan balalarımızın yollarına nur ələyib, saf və müqəddəs müəllim ömrü yaşayıbdır.
Bir insanın ömür kitabını vərəqləyirəm. Bu kitabın hər səhifəsinə xoş əməllər, xeyirxah işlər, müdrik sözlər yazılıbdır.
Bir insanın sevdiyi peşəsinə məhəbbət hisslərinin gücündən söz açmaq istəyirəm...

Muxtar Məmməd oğlu Məmmədov 60 il bundan əvvəl – 1959-cu ildə Ordubad rayonunun Aza kəndində ziyalı ailəsində dünyaya göz açıb. Atası Məmməd müəllim dövrünün tanınmış pedaqoqlarından olub. Hələ orta məktəb illərində dilimizə və ədəbiyyata olan marağı Muxtar Məmmədovu Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) ali təhsil almağa sövq edib. İmtahanları uğurla verib ali məktəbə qəbul olub və təhsilini başa vuraraq müəllimlik fəaliyyətinə başlayıb.
O, 1976-cı ildən 2002-ci ilin iyun ayınadək Ordubad rayonunun Aza və Azadkənd məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi, tərbiyə işləri, sonralar isə tədris işləri üzrə direktor müavini vəzifələrində işləyib.

Böyüməkdə olan nəsillərin tərbiyəsi sahəsindəki fədakar, cəfakeş əməyinə görə 1996-cı ildə keçirilən müəllimlərin attestasiyasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi kollegiyasının qərarı ilə ona “Ali kateqoriyalı müəllim” adı verilib.

Mətbuata bağlı ömür

Muxtar Məmmədov müəllim işlədiyi illərdə mətbuatla da sıx bağlı olub, onlarla müxtəlif mövzulu yazıları qəzet və jurnallarda dərc edilib. Bu sənətə olan marağı nəzərə alınaraq 2002-ci ildə “Şərq qapısı” qəzetinə işə dəvət olunub. Çətin və şərəfli jurnalist peşəsinə qəlbən bağlanan Muxtar müəllim 18 ildir ki, “Şərq qapısı” qəzetində çalışır və hazırda bu mötəbər qəzetin məsul katibidir.

Muxtar müəllim cəmiyyətdə ictimai fikrin formalaşmasında çox fəal rola malik jurnalistikanın ayrılmaz tərkib hissəsi olan publisistika sahəsində bir çox uğurlu yazılara imza atıb. “Şam ömrünün nağılı” kitabından sonra “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 2018-ci ildə çap etdirdiyi “Mənim Naxçıvan dünyam” adlı ikinci kitabında toplanan “Müsahibələr”, “Bir-birinə bənzəməyən həyat yolları”, “Sərbəst”, “Esselər”, “Stolüstü kitablarım”, “Gəzdiyim yurd yerləri” bölmələrindəki yazılarda müstəqil dövlətçiliyimizə sədaqət, milli-mənəvi dəyərlərin qorunması ana xətti təşkil edir.

Jurnalistikanın ən çətin və məsuliyyətli janrlarından biri də müsahibədir. Bir çox qələm sahibləri bu janrda yazsalar da, uğur qazana bilməyiblər. Ancaq Muxtar Məmmədov “Heydər Əliyev mübarizliyi xalqımızı düşdüyü bəlalardan qurtardı”, “Vətən, dövlət, millət ən böyük milli dəyərlərimizdəndir”, “Naxçıvanın bugünkü inkişaf və tərəqqisi hər bir azərbaycanlının qürur mənbəyidir”, “Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, “Bu yurdun gözəl­liyi heç bir bölgə ilə müqayisə olunmaz” adlı müsahibələrində fikir­lərini yaradıcılığına xas olan tərzdə ifadə etməsi ilə seçilib.

Həyatda bir-birinə oxşayan insanlar olmadığı kimi, bir-birinə bənzəyən həyat yolları da yoxdur. Muxtar Məmmədovun yaradıcılığının məhsulları olan oçerkləri də bir-birinin təkrarı deyil. Jurnalist dostlarının hər birinə xas olan xüsusiyyətləri ön plana çəkməklə onların zəhmətdən yoğurulmuş portretlərini öz qələmi ilə yaratmışdır.

Şərur Rayon İcra Hakimiyyətinin orqanı olan “Şərurun səsi” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Məmmədovun ad gününə yazdığı “Mətbuatda keçən ömür”, “Şərq qapısı” qəzetinin uzun illər baş redaktoru və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, Əməkdar mədəniyyət işçisi Səxavət Kəngərlinin ömür yoluna həsr etdiyi “Ömrünün mənasını mətbuatda tapan jurnalist”, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nurəddin Babayev barədə dərc etdirdiyi “Ağsaqqal jurnalistlə yarım saatlıq söhbət” kimi oçerklərin dili aydın və şirin, gətirilən faktlar düzgün və maraqlıdır. Bu kimi yazıları oxuyan oxucu həm daxili dünyası işıqlandırılan qəhrəmanı, həm də daxili dünyanı işıqlandıran müəllifi görür.

Muxtar Məmmədovun “Mənim Naxçıvan dünyam” adlı kitabında, qəzet və jurnal səhifələrində dərc olunan esseləri ona görə sevilə-sevilə oxunur ki, bu bədii nümunələrdə həm informasiya var, həm də bədii yanaşma. “Başını uca tut, Azərbaycan”, “Böyük ana haqqında düşüncələr”, “Xocalı, ay Xocalı”, “Özgə bir payızdır bu gələn payız”, “Müdhiş gecə haqqında düşüncələr” kimi esseləri həyəcansız oxumaq olmur.

Muxtar Məmmədovun janrından asılı olmayaraq, qələmindən çıxan yazılar iş otağında ərsəyə gəlmir. Onlar qarış-qarış gəzdiyi yurd yerlərində qələmə alınır. Ümumiyyətlə, muxtar respublikamızın elə bir guşəsi yoxdur ki, Muxtar Məmmədov orada olmasın və gördüklərini işıqlandırmasın. O, muxtar respublikada yaşayan ədəbiyyat, incəsənət və mədəniyyət sahəsində çalışan yaradıcı adamların müəllifləri olduqları kitablar, almanaxlar, toplular haqqında öz rəyini bildirir, oxuculara təqdim edir.

Muxtar Məmmədov: “İllər, sizdə nəyim qaldı?!”

...İllər, sizdə nəyim qaldı: İlk addımlarımın ləpirləri, ayna gözlü bulaqlardan su içəndə baxışlarım, dağların gədiklərində açdığım ­cığırlar...

Orta məktəb dünyamdan şirin-şirin xatirələr, şagird hörməti, müəllim məhəbbəti qalıb sizdə. Ana yurdumun dilbər bir guşəsində vətəndaşlıq borcumu vermişəm, boya-başa çatdığım kənddə həmyerlilərimin mənə göstərdikləri etimadı doğrultmuşam. Qəlbən inanmışam ki, dünyada ən müqəddəs peşə müəllimlikdir. Və bu peşənin arxasınca getmişəm, müəllim kimi çalışmışam, gül balaların təlim-tərbiyəsi ilə məşğul olmuşam.

2002-ci ildə məni “Şərq qapısı” qəzetinə işə dəvət edəndə Aza kəndindən Naxçıvan şəhərinə köç­düm. İllər boyu şəhərin müxtəlif ­məhəllələrindəki evlərdə kirayə ­yaşadım.

İllərin birində – 2011-ci ilin noyabr ayında doğma “Şərq qapısı” qəzetinin 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən fəaliyyətim yüksək qiymətləndirilərək mənə ikiotaqlı mənzil hədiyyə edilməsi həyatımın heç vaxt yaddan çıxmayacaq ən gözəl anına çevrildi.

Yenə də ayağı sayalı illərin birində – 2015-ci ilin iyul ayının 15-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldüm. Bu təltif illər uzunu mətbuat sahəsində çəkdiyim zəhmətə verilən yüksək qiymətdir.
Və ötən il – 2018-ci ildə publisistik yazılarımdan ibarət “Mənim Naxçıvan dünyam” adlı kitabı oxucularıma təqdim etdim. Ona görə ki, yazdıqlarım kitab şəklində övladlarımın, nəvələrimin, dostlarımın, oxucularımın, qəhrəmanımın pərəstişkarlarının rəflərində yer tapsın, onların həmişə xatırlanan kitabı olsun.
Budur, 60 illik ömrüm! Xoş gəldin ömrümə, 60 yaşım!...
Bunlar şərəfli ömür yaşayan bir insanın mənəvi hesabatıdır.

Son söz: “Qələbə reportajlarını oxuyaq”

Ömrünün müdrik çağına çatan Muxtar Məmmədov məsul katib vəzifəsində çalışdığı “Şərq qapısı” qəzetinin hər bir sayının məzmunlu və yüksəkkeyfiyyətli tərtibatla çıxmasında yaxından iştirak edir. O, gənc jurnalistlərdən də köməyini əsirgəmir. Onların gələcəyin peşəkar qələm sahibləri kimi yetişmələri üçün əlindən gələni edir, dəyərli məsləhətlərini verir.

Biz də qələm dostumuzu ömrünün müdrik çağına – 60 yaşına çatması münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy Muxtar Məmmədovun imzası ilə Odlar Yurdu Azərbaycanımızdan, onun ən qədim və ayrılmaz hissəsi olan doğma Naxçıvanımızdan uğur dolu, xoş müjdələr soraqlı yazılar, qələbə reportajları dərc edilsin.

İbrahim YUSİFOĞLU
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezident
mükafatçısı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

28-05-2020-16-22 Xəbərlər

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan ...

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

28-05-2020-12-50 Xəbərlər

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində muxtar respublikamızda ardıc...

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

28-05-2020-12-26 Xəbərlər

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Kons...

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

27-05-2020-16-53 Xəbərlər

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə s...

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

27-05-2020-16-50 Xəbərlər

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 27-də Naxçıvan Muxtar Respu...

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

27-05-2020-16-44 Rəsmi

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ümummilli liderimiz Heydər Əliyev deyib: "Bizim qarşımızda duran əsas məqsəd, və...

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

27-05-2020-16-15 Xəbərlər

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

Mayın 27-də - Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istif...

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

27-05-2020-15-06 Xəbərlər

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

27-05-2020-13-29 Xəbərlər

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub. Doğulanların 5...

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

27-05-2020-11-16 Xəbərlər

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

Naxçıvan Muxtar Respublikasında arıçılıq qədim ənənələrə malik məşğuliyyət növlə...

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

27-05-2020-10-34 Xəbərlər

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriy...

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

26-05-2020-17-14 Xəbərlər

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

Muxtar respublikanın ən böyük kəndlərindən olan Babək rayonun Nehrəm kəndində iç...

145-in KADRARXASI - Fərhad Zamanbəyov

26-05-2020-15-40 Xəbərlər

145-in  KADRARXASI - Fərhad  Zamanbəyov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.  

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

26-05-2020-15-05 Xəbərlər

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

Naxçıvanda müalicəvi əhəmiyyətə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ ...

Sosial şəbəkələrdə - VİDEO

26-05-2020-13-57 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

26-05-2020-11-12 Xəbərlər

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəllik...

İsti yaz günlərində ağaclara qulluq qaydası

26-05-2020-10-29 Xəbərlər

İsti yaz günlərində ağaclara qulluq qaydası

Əkilən ağacların bitiş faizinin yüksək olması üçün yay aylarında onlara düzgün a...

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

26-05-2020-09-31 Xəbərlər

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən b...

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə asfalt üzərində rəsm müsabiqəsi keçirildi

25-05-2020-18-08 Xəbərlər

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə asfalt üzərində rəsm müsabiqəsi keçirildi

NUHÇIXAN Informasiya Agentliyi xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müd...

“Məişət Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini genişləndirib - VİDEO

25-05-2020-15-54 Xəbərlər

“Məişət Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini genişləndirib - VİDEO

Naxçıvan şəhərində 2010-cu ildən fəaliyyət göstərən “Məişət Xidməti” Məhdud Məsu...

Naxçıvanlı gənclər “Yaşıl kitab” filmini müzakirə ediblər

25-05-2020-13-28 Xəbərlər

Naxçıvanlı gənclər “Yaşıl kitab” filmini müzakirə ediblər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədə...

Ali təhsil ocağında beynəlxalq onlayn elmi konfrans keçirilib

25-05-2020-11-37 Xəbərlər

Ali təhsil ocağında beynəlxalq onlayn elmi konfrans keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb...

Şahbuzqalanın ətəyinə sığınan qədim yurd yeri - Şahbuzkənd

25-05-2020-11-15 Xəbərlər

Şahbuzqalanın ətəyinə sığınan qədim yurd yeri - Şahbuzkənd

Uzun illərdir ki, muxtar respublikamız sürətli inkişaf yoluna qədəm qoyub.

Abbasqulu Nəcəfzadə NDU tələbələrinə musiqi mədəniyyətimizin inkişafından danışıb

25-05-2020-10-51 Xəbərlər

Abbasqulu Nəcəfzadə NDU tələbələrinə musiqi mədəniyyətimizin inkişafından danışıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Konservatoriyada təşkil edilən nö...

Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub

25-05-2020-09-29 Xəbərlər

Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Mayın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və ...

Şahmat üzrə yeniyetmələr arasında dünya çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb

24-05-2020-21-16 Xəbərlər

Şahmat üzrə yeniyetmələr arasında dünya çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb

Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı k...

Nazir müavini: Bayram günlərində hər bir vətəndaşın sanitar-gigiyenik qaydalara riayət etməsi vacibdir

24-05-2020-16-40 Xəbərlər

Nazir müavini: Bayram günlərində hər bir vətəndaşın sanitar-gigiyenik qaydalara riayət etməsi vacibdir

Ramazan bayramı günlərində karantin rejiminin kifayət qədər yumşaldılması, məhz ...

Ramazan bayramı insanları bərabərliyə və savab işlərə dəvət edir

24-05-2020-12-31 Xəbərlər

Ramazan bayramı insanları bərabərliyə və savab işlərə dəvət edir

Elə sözlər var ki, özündə bir çox mənanı ehtiva edir. Səbr, ibadət, birlik, bəra...

Çaşırın bilmədiyimiz faydaları

24-05-2020-11-46 Xəbərlər

Çaşırın bilmədiyimiz faydaları

Hər il yaz  mövsümündə dağları, yamacları  bəzəyən  çaşır  çoxillik ot bitkisidi...

Bu gün xalqımız müqəddəs Ramazan bayramını qeyd edir

24-05-2020-09-29 Xəbərlər

Bu gün xalqımız müqəddəs Ramazan bayramını qeyd edir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ)...