Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu il 4-9 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin  tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsil Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Noyabrın 2-də baş redaktor Şərif Əl-Bəsilin “Əl-Fəcr” qəzetində “Böyük işləri böyük şəxsiyyətlər yaradırlar.

Heydər Əliyev Muzeyi.. Naxçıvanda Azərbaycan adında Vətənin işıqlı xatirəsi” sərlövhəli məqaləsi qəzetin çap və elektron nüsxələrində işıq üzü görüb.Məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid fotoşəkillər yerləşdirilib. Şərif Əl-Bəsil məqalənin girişində haşiyə çıxaraq yazır: “Fenomenal insan.. Nailiyyətləri dağlar boydadır. Zirvə ONUN yanına gəlməyib. Məhz ÖZÜ zirvəni fəth edib. Öz səyləri və yorulmaz fəaliyyəti ilə davamlı və sərhəd tanımayan uğurlara imza atmaqla şan-şöhrət qazanıb, yüksək postlar tutub. Doğma Vətəni və ölkəsinin gələcəyi naminə öz əzmkarlıq, israr və hərtərəfli düşüncəsinin məhsulu olan hədəfləri müəyyənləşdirərək yerinə yetirib. Xalqı onun quruculuq və inkişafdakı önəmli roluna inanırdı.. O insan - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər prezidentliyi dönəmində Vətənin inkişafı və xalqa xidmət niyyətini daşıyan ali missiyanı həyata keçirib. Azərbaycan xalqı ümumən və Naxçıvan əhalisi xüsusən dövlətin qurucusu olan ulu öndər Heydər Əliyevlə fəxr etmək və xatirəsini yüksək tutmaq haqqına sahibdir. Çünki Heydər Əliyev Azərbaycanın müstəqilliyini irəliyə aparıb, bütün dünyanın gözü önündə ölkəsini unikal inkişaf və intibaha qovuşdurub. Dahi şəxsiyyətin əziz xatirəsi Vətənin hər qarışında əbədiləşdirilib və xalqın qəlbində yaşayır. Ulu öndərin Vətəni naminə fəaliyyətinin əbədiləşdirilməsi məqsədilə doğulduğu Naxçıvanda adını daşıyan muzey təsis edilib”.

Oxuculara ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verən müəllif diqqətə çatdırır ki, uşaqlıqdan incəsənətə meyl göstərən ulu öndəri sonrakı dövrdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alır. Təhsilini başa vurduqdan sonra dahi rəhbər Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarında işə başlayır və bu sahədə ali vəzifələrə yüksəlir. Sovet İttifaqı dövründə Azərbaycana rəhbərliyi əsnasında aparılan geniş tikinti-quruculuq işləri zamanı memarlıq sahəsində əldə etdiyi biliklərə arxalanaraq, memarlara öz tövsiyələrini verir. Ümummilli lider Heydər Əliyev SSRİ dönəmində ali postlardan biri hesab edilən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini icra edən yeganə müsəlman idi.

Məqalədə Heydər Əliyev Muzeyindən söhbət açan Şərif Əl-Bəsil bu mədəniyyət ocağının 1999-cu ildə yaradıldığını qeyd edir.  Muzeyin ulu öndər Heydər Əliyevin irsini özündə ehtiva etdiyi, burada ümummilli liderin Azərbaycana və Naxçıvana rəhbərliyi dövrünə aid eksponatların nümayiş olunduğu, məhz Heydər Əliyevin hakimiyyəti illərində ölkənin əsaslı inkişafa qovuşduğu diqqətə çatdırılır. Məqalənin müəllifi muzeydə ulu öndərin həyatına, fəaliyyətinə və ölkəsinin müstəqilliyi uğrunda gördüyü işlərə həsr olunmuş kitablardan ibarət kitabxananın yerləşdiyini bildirir. Bu kitablarda Şərq dövlətləri ilə əlaqələrin strategiyası, o cümlədən İslam dövlətlərinin rəhbərləri ilə görüşlər barədə məlumatların olduğundan bəhs edir.

Muzeydə ümummilli lider Heydər Əliyevin ordu quruculuğu və digər sahələrdə gördüyü işləri əks etdirən sənədli filmlərin saxlandığını da qeyd edən Şərif Əl-Bəsil eyni zamanda ulu öndərin öz xətti ilə yazdığı, Vətəninə sevgisini ifadə edən sənədlərin yer aldığını, Azərbaycanın müstəqilliyə qovuşacağına hər zaman inanan ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən ordu quruculuğu, iqtisadiyyat və digər sahələrdə qəbul etdiyi mühüm qərarlar toplusunun nümayiş etdirildiyini qeyd edib. Məqalənin sonunda Vətəninə böyük məhəbbətin dahi şəxsiyyət Heydər Əliyevə hədsiz xalq sevgisi qazandırdığı oxucunun nəzərinə çatdırılır. 

www.naxcivantv.az