NUHÇIXAN xəbər verir ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Azərbaycan Mətbuat Şurasının nümayəndələri Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.

Qonaqlar səfərləri çərçivəsində media mərkəzlərində, tarixi memarlıq abidələrində, ali təhsil ocaqlarında olub, beynəlxalq konfransda iştirak ediblər. Konfrans çərçivəsində Naxçıvan mətbuat şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv seçilib.

Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsinin önünə gül dəstəsi qoyub, öz ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, muzeydə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən dəyərli eksponatlar sərgilənir. Qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti ilə xüsusi maraqlanıblar. Bildirilib ki, muzeyin kitabxanasında 538 adda 1100-dən çox ədəbiyyat nümayiş etdirilir.

Ulu öndər Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi vaxtlara aid eksponatlar diqqəti cəlb edib.  Ali Məclisin mətbuat xidmətinin həmin dövrə aid məlumatları, “Şərq qapısı” qəzetinin nüsxələri də  muzeydə qorunub saxlanılır.

Muzeydə ümummilli liderin ictimai-siyasi fəaliyyəti, xarici dövlət başçıları ilə çəkilmiş fotoları, xatirə əşyaları, jurnalistlərlə görüşlərini əks etdirən fotolar və digər eksponatlar maraq doğurub.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker, Assosiasiyanın üzvləri nigeriyalı media eksperti Nick Nvolisa, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Nurhan Günsev, “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.

Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin rəsmi tədbirlər zalında  “Onlayn media və sosial şəbəkələr: Yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ülvi Hüseynli qeyd edib ki,  bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına böyük diqqət və qayğı göstərilir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib.

Bildirilib ki, bir əsrə yaxın tarixi olan Naxçıvan mətbuatı bu gün əsl inkişaf dövrünü yaşayır. Bu bir reallıqdır ki, muxtar respublika mediası ən müasir avadanlıqlarla təmin olunub. Universitet televiziyası və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio, 9 qəzet, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, “Nuhçıxan” İnformasiya Agentliyi fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, son illərdə media qurumlarının saytları yenilənib, onlar geniş oxucu və izləyici kütləsi qazanıblar.

Bu gün muxtar respublika barədə ölkə mətbuatı ilə yanaşı, eyni zamanda Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Çili, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, İspaniya, Pakistan, Yaponiya, Malayziya və digər ölkələrin kütləvi informasiya vasitələrində, sosial şəbəkə hesablarında məqalələr verilir, fotoşəkillər və videolar paylaşılır. 

 Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov şuranın fəaliyyəti barədə ətraflı məlumat verib, sosial şəbəkələrin və onlayn medianın əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, şura daxil olan şikayətlər əsasında qeyri-dəqiq və qərəzli informasiyaların yayılması barədə araşdırmalar aparır, bu cür xoşagəlməz hallara qarşı mübarizədə fəal iştirak edir.  

Əflatun Amaşov Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı qeyd edib ki, yeni memorondumun imzalanması ölkəmizin media mühitində əlamətdar hadisədir. Bu, həm də Naxçıvan mediasının müasir durumunu əks etdirməklə yanaşı onun beynəlxalq müstəviyə çıxarılma səviyyəsini də təsdiqləyir. Əflatun Amaşov həmçinin gənc tələbə-jurnalist kadrların Naxçıvan teleradisounda və “Şərq qapısı” qəzetində təcrübə kurslarına cəlb edildikdən sonra işə götürülmələrini də mütərəqqi addım sayıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə əsası qoyulan hamilik təcrübəsinin ölkəmizin digər universitet və dövlət oqanları, eləcə də media qurumları arasında tətbiqi günün tələbinə çevrilib. Bu, Naxçıvanda gənc jurnalistlərin yenişməsində müstəsna rol oynayır.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker  assosiasiyanın fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd edib ki, təşkilata 21 mətbuat şurası üzvdür. Biz çox sevinirik ki, Naxçıvan Mətbuat Şurası da assosiasiyaya üzv seçilir.  Bunun nəticəsində ikitərəfli münasibətlər daha da genişlənəcək, beynəlxalq tədbirlərdə Naxçıvan mətbuatı da təmsil olunacaq. Melek Sule Aker mövzunun aktuallığını diqqətə çatdıraraq qeyd edib ki, sosial şəbəkələr və sosial media ictimai fikri formalaşdırır. Bu gün ən önəmli problemlərdən biri sosial medianın tənzimlənə bilməməsi və müəllif hüquqlarının pozulmasıdır. Bu problemin aradan qaldırılması üçün tənzimləyici hüquqi bazasının formalaşması bütün dünyada öndə duran məsələlərdəndir.

Əflatun Amaşov və Sule Aker göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə öz minnətdarlıqlarını ifadə ediblər.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvü, Nigeriyadan olan beynəlxalq media eksperti  Nick Nvolisa Nigeriyada və Orta Afrikada sosial medianın tənzimlənməsi və bu sahədə olan problemlər barədə məlumat verib.

Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli vurğulayıb ki, muxtar respublikanın informasiya blokadası tam yarılıb. Naxçıvan televiziyası və radiosu dünyaya açılıb və hər bir nöqtədə izlənilir.  Bu gün muxtar respublikanın mətbuat orqanlarının, “Nuhçıxan” İnformasiya Agentliyinin saytları və sosial şəbəkə hesabları dünyanın 140 ölkəsindən izlənilir və oxunur. İngilis və rus dillərində əhəmiyyətli xəbər və məqalələr  hazırlanaraq yayılır. Bu da müstəqillik illərində əldə olunan ən böyük uğurlardan biridir. Sahil Tahirli deyib ki, Naxçıvan mediası sürətlə gəncləşir, gənc jurnalistlər onlayn media üzərindən Naxçıvan həqiqətlərinin yayılmasında yaxından iştirak edirlər. Təkcə son 5 ildə Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisası üzrə  bitirən 20 nəfər gənc Naxçıvan teleradiosunda işlə təmin edilib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova bildirib ki, media  qurumlarının sosial şəbəkələrdəki çoxminlik səhifələrinin yaradılması muxtar respublika barədə operativ, dəqiq və qərəssiz informasiyaların yayılmasını təmin edir.

Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri çıxış edərək mövzunun aktuallığı və Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv seçilməsi barədə fikirlərini bölüşüblər.

Konfransın sonunda Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı ikitərəfli memorondum imzalanıb.

Qeyd edək ki, Naxçıvana gələn xarici və ölkə mediasının nümayəndələri Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələri, media mərkəzləri, tarixi abdiələri və gəzməli-görməli yerləri ilə tanış olublar.

Qonaqlar Naxçıvan Dövlət Universitetində yaradılan şəraitlə tanış olublar. İnformasiya Kommunikasiya Texnologiyaları və Elektron Təhsil Şöbəsində məlumat verilib ki, universitet ərazisində elektron imtahanların keçirilməsi mərkəzi burada yerləşir. Ali təhsil ocağının sosial şəbəkə hesabları, saytı, elektron sənəd dövriyyəsi buradan idarə olunur.

Universitetin media mərkəzi ilə yaxından tanış olan qonaqlara məlumat verilib ki, mərkəzin maddi texniki bazası möhkəmlənib, bütün lazımi avadanlıqlar, ötürücülər istifadəyə verilib. Tələbələrin iştirakı ilə  burada verilişlər,  xəbər, videoçarx və sənədli  filmlər hazırlanaraq təqdim olunur. Qonaqlar universitet televiziyasında veriliş aparıblar.  

Jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüşdə çıxış edənlər ictimai fikrin formalaşmasında jurnalistikanın rolundan, müasir dövrdə onlayn medianın fəaliyyət istiqamətlərindən söhbət açıblar. Bildirilib ki, jurnalist hər şeydən öncə savadlı və bilikli olmalı, araşdırma aparmağı bacarmalıdır. Tələbələrin suallarına da aydınlıq gətirilib, onlara jurnalistin praktik yaradıcılığı mövzusunda mühazirə oxunub, jurnalistika nəzəriyyəsinə aid kitablar tələbələrə hədiyyə edilib. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, yazıçı Rəşad Məcid özünün yeni çapdan çıxan “Qələmsiz yazılanlar” kitabını gənc jurnalistlərə bağışlayıb.

“Şərq qapısı” qəzetinin redaksiyasında olan qonaqlara məlumat verilib ki, 2010-cu ildə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilib. Burada müasir şərait yaradılıb, yeni çap avadanlıqları quraşdırılıb.

Qeyd olunub ki, 2012-ci ildən istifadəyə verilən “Şərq qapısı” qəzetinin internet saytı bu ilin sentyabr ayında yenilənib. Qonaqlar qəzetin əməkdaşları ilə söhbət edib, burada yaradılan iş şəraiti ilə daha yaxından tanış olublar.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində olan qonaqlara məlumat verilib ki, 1997-ci ildə yaradılan nəşriyyat 2010-cu ildə yeni binada yerləşdirilib və burada yüksək poliqrafik göstəricilərə malik Almaniya istehsalı olan çap avadanlıqları quraşdırılıb.

Naxçıvan Dövlət Teleradiosunda olan media nümayəndələrinə redaksiyalar, videoarxiv, dublyaj və montaj prosesi, efirə hazırlıq, çəkiliş pavilyonları, studiyalar, yayım texnologiyaları barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Radiosunun avadanlıqları da tamamilə yenilənib. Müasir səsyazma və yayım studiyalarına, geniş həcmli  arxiv sisteminə və digər müasir radio texnologiyalarına malik radionun səsi internet üzərindən bu gün dünyanın istənilən nöqtəsində dinlənilir.

“Nuhçıxan” İnformasiya Agentliyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 2018-ci ilin may ayından fəaliyyətə başlayan agentlik vasitəsilə teleradio verilişlərinin internet üzərindən yayımı  təşkil edilib. Agentliyin əsas fəaliyyət istiqamətləri muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, rəsmi materialları beynəlxalq internet şəbəkəsi və sosial şəbəkələr vasitəsilə yaymaqdır. Qonaqlar televiziyanın digər redaksiyalarının fəaliyyəti ilə də yaxından tanış olub, Televiziyanın “Nuhçıxan” xalq çalğı alətləri ansablının çıxışını izləyiblər.

Naxçıvan Dövlət Televiziyasının “Günün sözü” verilişinin qonağı olan Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker,  Assosiasiyanın üzvü Nurhan Günsev, beynəlxalq media eksperti  Nick Nvolisa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə onlayn medianın mövcud durumu, bu sahədəki narahatedici məqamlar, sosial şəbəkələrdən istifadə ilə bağlı fikirlər səsləndiriblər.

Sonra dillər əzbəri Batabatda olan qonaqlar buranın qış mənzərəsini, xüsusən də qarlı dağlarını böyük heyranlıqla izləyib, fotolar çəkdiriblər. Əsgərlərimizlə görüşən media nümayəndələri onlarla xatirə şəkli çəkdirib, ucqar dağlıq ərazilərdə yaradılan nümunəvi xidməti yüksək qiymətləndiriblər .

Duzdağ Fizioterapiya Mərkəzinə gələn qonaqlara mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib. Bildirilib ki, insanların təbii yolla şəfa tapdığı bu səhiyyə ocağında yüksək xidmət şəraiti yaradılıb. Türkiyədən gələn pasiyentlər də burada ağciyər və yuxarı tənəffüs yolları xəstəliklərindən müalicə olunurlar.

Media nümayəndələri gəzinti çərçivəsində  həmçinin, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olublar.

Turab Hacızadə

Nurlan Sadiqov

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

26-01-2020-18-56 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanı...

Yeməklərimiz və adətlərimiz: Şilə

26-01-2020-18-11 Xəbərlər

Yeməklərimiz və adətlərimiz: Şilə

- Zəhra xala, ay Zəhra xala!

Qədim yurd yerlərimiz: Yaycı

26-01-2020-12-59 Xəbərlər

Qədim yurd yerlərimiz: Yaycı

Şərur rayonunun dağlıq ərazisində Aşağı Yaycı və Yuxarı Yaycı adında iki qədim y...

Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının bir qrupu artıq Naxçıvana çatıb

26-01-2020-10-01 Xəbərlər

Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının bir qrupu artıq Naxçıvana çatıb

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyəsi da...

“Soya südü”-nün əhəmiyyəti

26-01-2020-09-00 Xəbərlər

“Soya südü”-nün əhəmiyyəti

Naxçıvan Muxtar Respublikasının iqlimi və torpaqları soya bitkisinin inkişafı üç...

Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb

25-01-2020-22-01 Xəbərlər

Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Zəlzələ bölgəsindən təxliyə olunan tələbələr Naxçıvandan Bakıya təyyarə ilə yola salınacaqlar

25-01-2020-18-53 Xəbərlər

Zəlzələ bölgəsindən təxliyə olunan tələbələr Naxçıvandan Bakıya təyyarə ilə yola salınacaqlar

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələr...

"Təbiət" göbələk istehsalı müəssisəsi yerli tələbatı tam ödəyir - VİDEO

25-01-2020-17-21 Xəbərlər

"Təbiət" göbələk istehsalı müəssisəsi yerli tələbatı tam ödəyir - VİDEO

Culfa şəhərində fəaliyyət göstərən "Təbiət" göbələk  istehsalı müəssisəsi muxtar...

Naxçıvanda sabaha olan hava proqnozu

25-01-2020-13-44 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanı...

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

24-01-2020-17-09 Xəbərlər

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

24-01-2020-14-59 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

24-01-2020-13-32 Xəbərlər

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tə...

Təbiəti qoruyaq

24-01-2020-12-48 Xəbərlər

Təbiəti qoruyaq

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri “Təbiəti ...

Elektron qaimə-fakturalarla bağlı yenilik

24-01-2020-12-07 Xəbərlər

Elektron qaimə-fakturalarla bağlı yenilik

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

24-01-2020-11-06 Xəbərlər

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində bu ilki qış imtahan ses...

Naxçıvanda sabaha olan hava proqnozu

24-01-2020-10-45 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

24-01-2020-10-24 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

23-01-2020-18-31 Xəbərlər

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə Azərbaycan Respubl...

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-16-48 Xəbərlər

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsin...

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

23-01-2020-16-06 Xəbərlər

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

Ölkənin tanınmış CBC telekanalında “Qafqazın sirrləri” layihəsi çərçivəsində haz...

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

23-01-2020-14-42 Xəbərlər

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitab...

Ötən günün mənzərəsi - VİDEO

23-01-2020-12-36 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

23-01-2020-11-29 Xəbərlər

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikamızda sa­hibkarlığın inkişafında dövlət dəstəyinin genişləndiri...

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

23-01-2020-11-13 Xəbərlər

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Müasir ...

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

23-01-2020-10-08 Xəbərlər

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ildə keçiriləcək imtahanların ta...

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-09-00 Xəbərlər

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasının 201...

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

22-01-2020-18-43 Xəbərlər

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

22-01-2020-18-01 Xəbərlər

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça...

Maarifləndirici seminarlar davam etdirilir

22-01-2020-14-42 Xəbərlər

Maarifləndirici seminarlar davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...

Ötən günün mənzərəsi - VİDEO

22-01-2020-12-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...