Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində toxumla bərpa işləri aparılıb. Tədbir zamanı 5 hektarlıq sahəyə yemişan, həmərsin, badamça, iydə, armud və ardıc bitkilərinin toxumları əkilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şərur Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbir rayonun Şahbulaq kəndinin yaxınlığında, dağlıq ərazidə həyata keçirilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə bu il Şərur rayonunda daha 8 hektar sahədə, xüsusən də Havuş kəndinin yaxınlığında və Qaraquş deyilən ərazidə toxumla bərpa işləri aparılıb. Tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.  

www.naxcivantv.az