Hüseyn İbrahimov... Ərtoğrol Cavid...

Bu il Naxçıvan ədəbi-mədəni mühitinin bu iki yetirməsinin 100 illik yubileylərinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları böyük şəxsiyyətlərin həyat və yaradıcılığına bəslənən hörmətin, verilən dəyərin, mədəniyyət və ədəbiyyatımıza qayğının növbəti göstəricisi kimi yaddaşlara həkk olundu. Ard-arda verilən sərəncamlar həm də bu iki böyük sənətkarı “Böhtan” əsərində birləşdirən anları xatırlatmışdı mənə. Gözəl romanlar müəllifi, Xalq yazıçısı Hüseyn İbrahimovun Hüseyn Cavidə atılan böhtandan bəhs edən “Böhtan” əsərindəki anları. Düşünmüşdüm ki, hələ illər öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük köməkliyi ilə işıq üzü görən romanı yenidən vərəqləyib 100 ilin işığında Hüseyn İbrahimovun Cavid ömrünün qaranlıqlaşdırılmış səhifələrinə gətirdiyi aydınlıqdan söhbət açmaq yerinə düşər. Vərəqlədim də...

Məhbus... Bu sözü eşidən an ilk olaraq nəzərlərdə yalnız hansısa bir cinayət – oğurluq, quldurluq, qətliam törədib dəmir barmaqlıqlar arasına məhkum olunanlar – məhbus adını daşıyanlar canlanır. Lakin bu, xalqımızın acı taleyi idi ki, onun ictimai-siyasi, ədəbi-mədəni həyatının ən fəal üzvləri, ölkəmizin aparıcı qüvvələri məhbus olmuşdular: Böhtanın məhbusu. Özlərini, vəzifələrini hər şeydən üstün tutanların, sovet imperiyasının əsarət buxovu zəncirlərinin qoruqçularının, ona kiçik bir xələl gəlməsini xalqından, millətindən çox sevənlərin böhtanı ilə yüzlərlə dəyərli insanlarımızı itirdik repressiya illərində. Xalqının tarixinə, milli adət-ənənələrinə, dilinə, dininə sadiq, istəkləri, sadəcə millətini azad, xoşbəxt görmək olan insanları... Böhtanın, şərin həyatını nisgilə çevirdiyi, bu gün də haqqında oxuyarkən qəlbimiz yanan, içimizə ruhundan əzmkarlıq, fədakarlıq hopan qurbanlardan biri də Azərbaycan poeziyasının romantik, dahi filosof şairi Hüseyn Cavid idi.

Cavidə qarşı haqsızlığa üsyandan qələmə alınan onun haqqında ilk əsər olan Hüseyn İbrahimovun “Böhtan” romanı müəllifin özünün də qeyd etdiyi kimi, şair-dramaturqun zəngin və orijinal ədəbi irsini dəfələrlə araşdırmasından, onunla bir yerdə sürgün həyatı yaşamış şahidlərin dediklərini saf-çürük etməsindən, onun həbs olunması üçün düzəldilən xüsusi qovluqdakı sənədlərlə tanış olmasından sonra, bir də şəxsi mülahizələri və yazıçı təxəyyülü ilə ərsəyə gəlmişdir. Hüseyn İbrahimovun naxçıvanlı olması Hüseyn Cavidin uşaqlıq illərinin Naxçıvanının gözəl təsviri, onun Türkiyədə, Bakıda yaşadığı, həbsxanada olduğu dövrlərdə doğma şəhəri, bu qədim diyarın adət-ənənələri, şairin ata ocağının dolğun təsvirləri ilə əsəri daha da canlandırmışdır.
“Yalan ayaq tutar, amma yeriməz”, – deyib atalarımız. Bəli, bu yalan və böhtanların hamısı illər sonra alt-üst olsa da, böyük ­şəxsiyyətlərimizin hər biri bəraət alsalar da, lakin bu yalanlar, böhtanlar repressiya illərində ayaq da tutdu, yeridi də, yüzlərə, minlərlə ömürləri sonlandırdı da, ailələri viran, övladları ata-ana həsrətli, “xalq düşməninin” oğlu, qızı etdi də. Lakin...

Söz hələ ki, qəvinin idi

Bəli, hələ ki, söz bu xalqın “sapı özündən olan baltalarının” idi. Mənəviyyatını boyunduruğunda yaşadığı imperiyanın yolunda qurban verən, yalnız bu gün üçün yaşayan, dünənini unudub, gələcəyin üstündən bir xətt çəkən qəvilərin idi söz. Onların bir kəlməsi ilə dəyərli bir insan ömrü puç olur, onların bir sözü ilə həyatı, fəaliyyəti ilə xalqının bir gərəklisi damğalanır, şərin, böhtanın qurbanına çevrilirdi. Tək Azərbaycanın yox, digər 14 müttəfiq respublikanın da hər birinin bəlasına çevrilən “sovet sədaqəti” fəhlə, kəndli, cavan, qoca, ziyalı, kim olur olsun sözünü deməyə, fikrini bildirməyə cəsarəti olanların qəvisi idi. Böyük yazıçı Hüseyn İbrahimov böyük ürək yanğısı ilə Cavidin simasında Uzaq Sibirdə bu müttəfiqlərdən olan və böhtanın məhbusluğunu yaşayan yüzlərlə insanın oxşar taleyindən söhbət açır: “Baraka toplaşan məhbusların hamısının onsuz da kədərli, tük basmış sifətində nahaqdan əzab çəkən, havayıdan mənliyi ləkələnən, üstünə şər atılan, şamata yaxılan adamlara xas olan müəmmalı cizgiləri oynaşırdı”.
Bakıda Keşlə həbsxanasında Cavidi dindirən poeziya vurğunu çeşməkli müstəntiq də günlərin bir günü “imam övladının” (Azərbaycanın ozamankı rəhbərini dustaqlar öz aralarında belə adlandırırdılar) qəzəbinə gəlib böhtanın məhbusuna çevriləndə və Maqadanda Cavidlə barak yoldaşı olanda şairə verdiyi sual və aldığı cavab da çox maraq doğurur:
“Keçmiş müstəntiq:
– Dostoyevskinin “Alçaldılmışlar və təhqir olunmuşlar” romanını oxuyubsan?
Hüseyn Cavid:
– Oxumuşam... Ancaq biz nə alçaldılmışlarıq, nə də təhqir olunmuşlar... Biz ləkələnmişlər və qara yaxılmışlarıq...”
Bəli, dindirmələrdən, yalanlardan, təhqirlərdən bezən Cavid əfəndi ləkələnməyin alçaldılmaqdan, qara yaxılmanın təhqir olunmaqdan da dəhşətli olduğunu vurğulayırdı bu cavabı ilə.

İblis nədir? – Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

– İblis!..

Azərbaycan romantik mənzum dramaturgiyasının banisi Hüseyn Cavidi ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. Onun mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları aşılayan “Ana”sı, qadın azadlığını önə çəkən “Maral”ı, məhəbbət faciəsi olan “Şeyx Sənan”ı, cəmiyyətin sosial ziddiyyətlərində usanan “Şeyda”sı, avropalaşmanın milli mənəviyyatı yuvarlatdığı “Uçurum”u, müharibələrin, faciələrin, iblisliyin insanlığı məhvə sürükləyən “İblis”i, faciəvi “Afət”i, islami “Peyğəmbər”i, tarixi ziddiyyətli “Topal Teymur”u, inqilabi “Knyaz”ı, “Şahnamə” dastanlı “Səyavuş”u, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfəli “Xəyyam”ı, “İblis”inin davamı olan “İblisin intiqamı”nın hər biri Hüseyn Cavidin gözlərinin işığını alan gözəl səhnə əsəridir. Həyatın əsl üzünü açan, insanları doğruluğa, dürüstlüyə, sülhə, əmin-amanlığa, insanlığa, saflığa, milliliyə, Vətənə sevgiyə çağıran bu əsərlərindəki əksər obrazlar kim deyərdi ki, bir gün kimlərinsə ürəyinə xof salıb, o obrazlarda özlərini gördükləri üçün Cavidin faciəsinə çevriləcəkdi. Həmin obrazlar iblisləşmiş insanların prototipi olaraq bu suallara cavab verəcəkmiş: İblis nədir? – Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? – İblis!.. Üçüncü sualı da, sualın cavabını da biz verək: Kim idi yüzlərlə insanı böhtanın, yalanın qurbanına çevirən? – Xalqına xəyanət edən xainlər, iblislər...

Mişkinaz, Ərtoğrol, Turan...bir də Vətən həsrəti

Hüseyn Cavid həbsxanada deyirdi: – Məhbusun iki məşğuliyyəti var: biri işləmək, digəri xəyala getmək, ötən günlərin acılı-şirinli çağlarını yenidən yaşamaq. Xəyalla baş-başa qalmaq olmasa, məhbus dəli olar. Çənəmizi əlimizin içinə almaqdan dişlərimizin çoxu tökülsə də, tavana dikib baxmaqdan gözlərimizin işığı azalsa da, yenə xəyala borcluyuq, bərk ayaqda dadımıza çatan, əlimizdən tutan xəyala...
Bəli, qəlbi Vətən sevgisi ilə dolu olan, könlünü yurd nisgili didib-parçalayan Cavid əfəndi həbsxanada doğulub böyüdüyü Naxçıvanın “Qızlar bulağı”nın suyunu, atası ilə tez-tez getdiyi bol çeşidli, haylı-haraylı Naxçıvan baza­rını, Şahbuzun kəklikotu, qantəpər, həmərsinini, Xok lavaşını, Ordubad armudunu, Batabat yemişanını xatırlayır, tez-tez anasının təzə quzu ətindən hazırladığı reyhanlı yarpaq dolmasının, atasının həyətlərində qaynatdığı samovar çayının ətri burnuna gəlir, ürəyinin dərinliklərindən gələn bir köks ötürürdü. Ömrünün Bakılı çağlarını, yaradıcılığının ən gözəl dövrlərini, “Şeir pəri”sinin Xəzərin sahillərində, küçələrdə, xiyabanlarda, yuxusuz gecələrində verdiyi ­ilhamdan yaratdığı əsərlərini xatırlayır, təsəllisi onlardan ürəyində söylədiyi misralar olurdu.
Sibirin dumanlı-çiskinli payız günlərindən birində məhbusları ağac doğramağa apararkən Cavid əfəndi çeşməyini gözündən salır. Saralmış-soluxmuş, həyatına, gününə-güzəranına bənzətdiyi yarpaqların arasında onu axtararkən birdən otların arasında bir kökün üzərində bitən iki gül sataşır gözünə. Çox baxır, amma dərmir. Fikrə gedir, Ərtoğrolla Turan yadına düşür. Axı onlar da bir kökün üstündə bitən iki gül kimi məsum idilər... Qəlbi övladlarının həsrəti ilə yanır, yaxılır...
Həyat yoldaşı Mişkinaz xanım çox tez-tez yuxularına gəlir, onu qərib ellərdə tək-tənha qoymurdu. Bu yuxular uzun illər onun yeganə təsəllisi oldu. Axı Mişkinaz xanım çox qayğıkeş idi. O, gecə yarıyadək yazıb-yaradan həyat yoldaşına baş çəkər, ona təzə çay dəmləyib, bəzən mane olmamaq üçün barmaqlarının ucunda otağa girib, çayı qoyub çıxardı.
Artıq Mişkinaz xanım da, Ərtoğrol, Turan da, doğma Vətəni də Cavid əfəndidən çox uzaqlarda idi. Bir böhtan bütün sevdiklərini ondan ayrı salmış, arzu-istəklərini yarımçıq qoymuş, onu Vətən, övlad, ailə həsrətlisi etmişdi. İndi onun həmdəmi xatirələr, nisgil və həsrət idi. Odur ki, anasının atası Molla Abdulla rəhmətə gedəndə dediyi bir bayatını tez-tez xatırlayır, dodağının altında söyləyirdi:

Əziziyəm qəmdə gül...
Qəmdə danış, qəmdə gül...
Şadlıqda gülən könlüm...
Mərd igidsən...qəmdə gül...

Hüseyn Cavid istedadlı olduğu qədər də, qürurlu, mərd bir insan idi. Lakin gülə bilmirdi. Gülüş çoxdan onun üzündən uzaq düşmüşdü. Çünki düşdüyü bəla bütün itkilərdən ağır, bədbəxtliklərdən bədbəxt idi.

Mən Bakıya gələn deyiləm, yollar bağlıdır

“Böhtan”dan: Deyirlər, dahilər, aqillər ölümlərinin uzaq, yaxud yaxın olduğunu kəsdirə bilirlər. Cavid də bilirdi ki, onun ölümü haradasa yaxındadı, bəlkə də, dəhlizdə, ya da lap bu palatanın içərisində hərlənir və məqam axtarır ki, vaxt tamam olanda qanadlarını onun sinəsi üzərinə gərsin... Və o da qara qanadları gözləyirdi. Nə qədər tez sərilsəydi o qanadlar, o qədər yaxşıydı... Çünki ölüm onun üçün indi bir rahatlıq idi: ömrünün son dörd ilində çəkdiyi əzablar, gördüyü işgəncələr, tab gətirib dözdüyü təhqirlər onu lap bezdirmişdi. Həmişə öz iradəsinə əhsən deyirdi ki, hələ başqa məhbuslar kimi iradəsini itirməmişdi, dəli olmamışdı. Bircə ona heyifsilənirdi ki, gözləri tamam işıqdan düşmüşdü...
Cavid əfəndi ömrünün son anlarını yaşadığı xəstəxanada bir vaxtlar Bakıda erməni daşnakları tərəfindən gülləbaran edilən “Təbriz” mehmanxanasındakı vəziyyəti düşünərək xəyala dalır: – Neçə-neçə illər keçməsinə baxmayaraq, elə bil həmin güllələr indi atılırdı, özü də xəstəxananın bu kimsəsiz palatasında. ...Heyif, yüz kərə, min kərə heyif!.. Haradasan, mənim doğma ata-baba yurdum?.. Haradasan, əziz, mehriban şəhərim?.. Elə ölmək istərdim sənin doğma torpağında!.. Amma qismət olmadı, tale məni sürüyə-sürüyə gör gətirib haralara çıxardı?.. Nə “Qurani-Kərim” avizi ilə omuzlara qalxacaq cənazəm, nə ağır-ağır addımlarla Came məscidinə aparılacaq cənazəm... Nə namazıma duranım, nə “Fatihə” deyənim olacaq... Belə ölümdənsə, elə “Təbriz” mehmanxanasında ölməyim əfzəl idi...
Xəstəxananın o miskin otağında ürəyinə daman ölümü saatbasaat, anbaan gözləyən, ölüm yatağına xas sayıqlamalar, xəyallar aləminin qonağı olan şair bir azacıq yuxularkən dostu Abdulla Şaiq gəlir bu ayrılıq küləyi dolan palataya. Deyir ki, Bağırov xəbər göndəribmiş ki, Şaiqə deyin cümə günü Biləcəriyə getsin... Cavid gəlir, qarşılasın onu. Sübh tezdən getdim, gecəyarısına qədər vağzalda oldum. Hansı qatar gəldi, qabağına qaçdım, pəncərələrinə boylandım, bələdçilərdən xəbər aldım. Hamı çiynini çəkdi. Kor-peşman evə döndüm...indi özüm gəlmişəm. Cavid əfəndi cavab verir ki, “imam övladı” səni ələ salıb, bəradəri-əziz... Mən Bakıya gələn deyiləm, yollar bağlıdır... Şaiq: – “Biz açarıq o yolları”. Hüseyn Cavid: – “Gücün çatmaz, çatmaz”. Şaiqsə “Çatar, çatar, Cavid!” – deyib yoxa çıxır.
Bəli, Cavid əfəndinin gördüyü, sadəcə, bir yuxu deyildi, həyatda baş verən reallığın ona ölüm ayağında agah olması idi. Cavid qayıdır deyə Bakıya yalan xəbər yaydıran ozamankı ölkə rəhbərinin cavidsevərləri müəyyənləşdirib, onlara cəza vermək tədbirlərindən biri idi bu. Bu hadisədən sonra neçə-neçə insanlar həbs olunub, Cavidi sevdikləri, onunla dost olduqları üçün işgəncələrə məruz qalmışdılar...

Ömrün 59-ları...

59 nömrəli məhbus... 59 nömrəli məzar... 59 yaşda ölüm... 1937-ci ildən 59 il sonra doğulduğu torpaqda əzizlərinə qovuşmaq... Alın yazısına inananlar da olur, inanmayanlar da. Lakin hər kəsin bir alın yazısı vardır və o öz taleyini yalnız ona yazılmış bu yazı ilə yaşayır. Hələ bəzən eyni rəqəmlər də bir ömür yolunun ayrı-ayrı sevincli, kədərli məqamlarını birləşdirir. Yaşarkən fərq etmədiyimiz, lakin sonradan, “Nə üçün məhz bu rəqəm?” – dediyimiz məqamlar. Hüseyn Cavidin ömründəki rəqəmlər – 59-lar kimi. 59 Cavid ömrünün kədərli anları ilə bağlı bir rəqəm olaraq əbədiləşdi. Şair böhtanın 59 nömrəli məhbusu oldu, böhtanın acısından 59 yaşında vəfat etdi. Qərib ölkədə 59 nömrəli məzara gömüldü. Və 37-nin təlatümlü dənizinin ləpələrindən 59 il sonra böyük zəhmət hesabına doğulduğu torpağa gətirildi. Sonuncu 59 özündən əvvəlki 59-lardan fərqliliyi ilə bu rəqəmin sərtliyini əritdi. Hüseyn Cavid həbsxanada xəyallarında yaşatdığı Vətəninə, yurduna qayıda bilməsə də, bu 59-la o Naxçıvandakı “evində” həyat yoldaşı Mişkinaza, övladı Ərtoğrola qovuşdu.

Türmədən türbəyə: Naxçıvanda üçüncü məqbərə

1981-ci ildə Hüseyn Cavidin 100, 1992-ci ildə 110 illik yubileylərinin qeyd olunması haqqında qərarlar verən, 1982-ci ildə şairin cənazəsini Uzaq Sibirdən Naxçıvana gətirtdirən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il oktyabrın 29-da Naxçıvan şəhərində Hüseyn Cavidə ucaldılan məqbərənin açılış mərasimi keçirildi. Diyarımızın Möminə xatın və Yusif Küseyir oğlu türbə-məqbərələrindən sonra bu qəbildən olan üçüncü mədəniyyət abidəsi ilə böyük şairimiz əsl bəraətini alıb türmədən türbəyə – layiq olduğu məqama ucaldıldı. Ulu öndərimiz açılış mərasimindəki çıxışı ilə Hüseyn Cavid şəxsiyyətini bu məqbərədən də yüksəklərə qaldırmaqla xalqının layiqli övladına hörmət və ehtiramını belə izhar etdi: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxslərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycanın milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır”.
Naxçıvanımızın ötən 25 illik həyatında ulu öndərimizin ideyalarının davamçısı, arzularını gerçəkləşdirən cənab Vasif Talıbovun da ­Hüseyn Cavidin məqbərəsinin açılışı zamanı çıxışında ulu öndərə xitabən söylədiyi dəyərli fikirlər unudulmazdır: “Möhtərəm Heydər Əliyev dühasının bəhrəsi olan Hüseyn Cavid türbəsi Əcəmi yaradıcılığına mənsub Möminə xatın məqbərəsinin davamıdı...bu məqbərə-türbə Sizin Azərbaycan memarlıq abidələri tarixində saldığınız ən dərin və silinməz izlərdən biridir. Bu abidənin tikilməsi ilə Siz Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın dünəninə, bu gününə, sabahına və gələcəyinə deyil, bütünlüklə maddi mədəniyyət tariximizə ürəkdən bağlılığınızı, sədaqətinizi əməli işinizlə sübuta yetirdiniz. Sizin həyatınız və tarixə yazılacaq bu əməli işləriniz bizim üçün daim örnək olacaqdır”.
Sonrakı illərdə şair-dramaturqun Naxçıvan şəhərindəki ata ocağında fəaliyyət göstərən ev-muzeyinin adının dəyişdirilərək “Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi” adlandırılması, adının məktəb, uşaqlıq və gəncliyinin xatirələri çökən küçədə əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi, Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən hər il oktyabrın 24-nün Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilməsi Hüseyn Cavid şəxsiyyətinə göstərilən hörmətin davamı oldu.

Dünəndən bu günə

Bəli, ulu öndərin örnək olan əməlləri, işləri illərdir ki, muxtar respublikamızda bütün sahələrə göstərilən böyük diqqət, qayğı və məhəbbətdə özünü göstərir. 2019-cu ildə Ərtoğrol Cavidin və Hüseyn İbrahimovun 100 illik yubileyləri ilə əlaqədar keçirilən tədbirlər onların simasında muxtar respublikamızda elm, ədəbiyyat və mədəniyyət nümayəndələrinə göstərilən qayğını, bəslənən ehtiramı nümayiş etdirdi. Hüseyn Cavid kimi böyük şəxsiyyətin gecikmiş bəraətinin dünənlə bu gün arasında yaratdığı müqayisədə son 25 ildə diyarımızda yaradılan muzeylər, ucaldılan heykəllər, keçirilən yubileylər, verilən təltiflər, fəxri adlar qürur hissi doğurur. Düşünürəm ki, hələ də blokada şəraitində yaşayan Naxçıvanda bütün sahələrə Qurucu Rəhbərimizin göstərdiyi diqqət və qayğının, ürək yanğısının, həssaslığın nəticəsidir ki, dillər əzbərinə çevrilən diyarımız bura gələn hər bir turistin, qonağın xoş təəssüratına, burada gördüklərini yaşadıqları yerlərdə də görmək istəklərinə, Naxçıvan haqqında ölkə və xarici media nümayəndələrinin yazılarına çevrilir.

 Mətanət Məmmədova

"Şərq qapısı" qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu - VİDEO

05-12-2019-21-20 Xəbərlər

“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu - VİDEO

Dekabrın 5-də “Naxçıvan” Universitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana...

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub

05-12-2019-19-32 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fa...

Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM

05-12-2019-17-54 Rəsmi

Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də Nu...

Ekskursiya işinin təbliği diqqət mərkəzində

05-12-2019-16-57 Xəbərlər

Ekskursiya işinin təbliği diqqət mərkəzində

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin ...

Gülüstan türbəsində açıq dərs

05-12-2019-15-53 Xəbərlər

Gülüstan türbəsində açıq dərs

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin tələbələri üçün Gülüstan tür...

Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub

05-12-2019-12-24 Xəbərlər

Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatç...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

05-12-2019-12-01 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvan cüdoçusu birinciliyin qalibi olub

05-12-2019-11-42 Xəbərlər

Naxçıvan cüdoçusu birinciliyin qalibi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yeti...

Naxçıvana ilk səfərimin təəssüratları

05-12-2019-11-23 Xəbərlər

Naxçıvana ilk səfərimin təəssüratları

Muxtar respublikamız öz füsunkar gözəlliyi və zəngin təbii sərvətləri, müasir in...

Ötən günün mənzərəsi - VİDEO

05-12-2019-10-21 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib

04-12-2019-20-35 Rəsmi

Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx...

Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub

04-12-2019-20-20 Rəsmi

Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub

Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahş...

Mübariz Qurbanlı Naxçıvanda jurnalistlərə müsahibə verib - VİDEO

04-12-2019-20-00 Xəbərlər

Mübariz Qurbanlı Naxçıvanda jurnalistlərə müsahibə verib - VİDEO

Ordubad rayonun Dırnıs kəndində istifadəyə verilən Allahşükür məscidinin açılışı...

Hikmət Babaoğlu: “Hər kəs ən azından bir dəfə Naxçıvana gəlməlidir” - VİDEO

04-12-2019-19-46 Xəbərlər

Hikmət Babaoğlu:  “Hər kəs ən azından bir dəfə Naxçıvana gəlməlidir” - VİDEO

Tanınmış jurnalist, ziyalı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bab...

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Naxçıvanla bağlı fikirlərini bölüşüb - VİDEO

04-12-2019-19-31 Xəbərlər

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Naxçıvanla bağlı fikirlərini bölüşüb - VİDEO

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Ordubad rayonun Dırnıs kəndin...

Arxiyepiskop Aleksandr: “Sevindirici haldır ki Nuh peyğəmbərin məzarı məhz Naxçıvandadır” - VİDEO

04-12-2019-19-15 Xəbərlər

Arxiyepiskop Aleksandr:  “Sevindirici haldır ki Nuh peyğəmbərin məzarı məhz Naxçıvandadır” - VİDEO

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ordubad rayonun Dırnıs...

Allahşükür Paşazadə: “Naxçıvan həmişə mənə doğma olub” - VİDEO

04-12-2019-18-36 Xəbərlər

Allahşükür Paşazadə:  “Naxçıvan həmişə mənə doğma olub” - VİDEO

Bu gün Ordubad rayonun Dırnıs kəndində Allahşükür məscidinin açılışı olub.

Ordubadda Allahşükür məscidi istifadəyə verilib - VİDEO

04-12-2019-17-33 Xəbərlər

Ordubadda Allahşükür məscidi istifadəyə verilib - VİDEO

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşa...

Ötən günün mənzərəsi

04-12-2019-15-33 Xəbərlər

Ötən günün mənzərəsi

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Cari ildə muxtar respublikada 9 heyvandarlıq təsərrüfatı yaradılıb

04-12-2019-12-45 Xəbərlər

Cari ildə muxtar respublikada 9 heyvandarlıq təsərrüfatı yaradılıb

Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı daim diqqət mərkəzində sa...

Böhtanın məhbusu

04-12-2019-12-24 Xəbərlər

Böhtanın məhbusu

Hüseyn İbrahimov... Ərtoğrol Cavid...

Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində yaşıllaşdırma işləri görülüb

04-12-2019-09-57 Xəbərlər

Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində yaşıllaşdırma işləri görülüb

NUHÇIXAN xəbər verir ki, Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində toxumla b...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

04-12-2019-09-18 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin noyabr ayı ərzind...

Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM

03-12-2019-17-53 Xəbərlər

Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 3-də Saleh Məhərrəmovun Naxçıvan Dövlət Universi...

Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edildi - SƏRƏNCAM

03-12-2019-17-49 Xəbərlər

Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 3-də Elbrus İsayevin Naxçıvan Dövlət Universitet...

Akademik İsa Həbibbəyli “Şərəf” medalı ilə təltif olunub

03-12-2019-14-56 Xəbərlər

Akademik İsa Həbibbəyli “Şərəf” medalı ilə təltif olunub

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli...

Naxçıvanda paralimpiyaçılar arasında şahmat birinciliyinin qalibləri müəyyənləşib

03-12-2019-14-00 Xəbərlər

Naxçıvanda paralimpiyaçılar arasında şahmat birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan Şahmat Mərkəzində sağlamlıq imkanları məhdud olan 18 yaşadək şəxslər ar...

Rza Talıbov və daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak ediblər

03-12-2019-12-44 Xəbərlər

Rza Talıbov və daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş ...

Əflatun Amaşov: “Naxçıvanın özünəməxsus jurnalistika məktəbini ölkədə yaymaq kifayət qədər önəmli olacaq” - VİDEO

03-12-2019-11-46 Xəbərlər

Əflatun Amaşov: “Naxçıvanın özünəməxsus jurnalistika məktəbini ölkədə yaymaq kifayət qədər önəmli olacaq” - VİDEO

Naxçıvan bu günlərdə “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışların...

Ötən günün mənzərəsi - VİDEO

03-12-2019-11-26 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...