Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən 2019-cu tədris ilində mülki müdafiəyə və fövqəladə hallara hazırlığın yekunlarına dair tədbir keçirilib.

Tədbirdə Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov qeyd edib ki, yola saldığımız 2019-cu ildə muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində yerləşən mühüm obyektlərdə, səhiyyə, təhsil ocaqlarında müxtəlif mövzularda mülki müdafiə təlimləri, əməli məşğələlər, əməli tədbirlər keçirilib.

Təsərrüfat obyektlərində hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin hazırlığı diqqətdə saxlanılıb, 17 kateqoriya üzrə 76 tədris qrupunda 1322 nəfər rəhbər, komandir-rəis heyətinin, dərs hissə müdiri və sinif rəhbərinin mülki müdafiəyə və fövqəladə hallara hazırlanması təmin edilib.

Əhalinin fövqəladə hadisələrdən qorunma qaydaları və üsulları, mülki müdafiə tədbirləri barədə maarifləndirilməsi məqsədilə 137 təşkilatda 3712 nəfərin iştirаkı ilə mааrifləndirici tədbir, 108 təşkilatda 7885 nəfər şəхsi hеyəti ilə qrup məşğələsi, 1664 nəfər 2, 5 və 6-cı sinif şаgirdləri ilə nümunəvi dərslər kеçirilib. 

Həmçinin 111 ictimai yaşayış binasının mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanılıb, yeni tikilən və əsaslı təmir olunmuş binaların zirzəmisi qeydiyyata alınaraq pasportu hazırlanıb.

Qeyd olunub ki, içməli su mənbələrində təhlükəsizlik tədbirlərinə, sanitar-gigiyenik qaydalara əməl olunmasınan nəzarət olunub, içməli su anbarlarının ərazisində sanitar təmizlik, təmir və dezinfeksiya işlərinin aparılması təmin olunub. Əhalinin sel və daşqın sularının zərərli təsirindən qorunması məqsədilə mövcud bəndlərin və eroziya təhlükəli sahələrin monitorinqi keçirilərək Arpaçay, Naxçıvançay və Əlincəçay hövzələrində selə qarşı tikilən qoruyucu bəndlərin və selötürücü qurğuların vəziyyəti yoxlanılıb.

www.naxcivantv.az