Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

”Naxçıvan” “Neftçi”yə qarşı

Bakı Voleybol Mərkəzində kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk pley-off mərhələsi sona çatıb.  

Naxcivantv.az xəbər verir ki, növbəti oyun günündə “Naxçıvan”   “MOİK”-lə qarşılaşıb. Baş məşqçi Aleksandr Çornıyın rəhbərlik etdiyi komanda qarşılaşmanı qələbə ilə tamamlayıb. (25:16, 25:17, 25:27, 25:21)

Bu gün isə “Lokomotiv” “MOİK”lə qarşılaşıb. Görüş dəmiryolçuların 3-0 hesablı qələbəsi ilə başa çatıb. “Naxçıvan” “Neftçi”  oyunu da 0-3 hesabı ilə nəticələnib. Bununla da ilk pley-off mərhələsinə yekun vurulub.

Qeyd edək ki, Azərbaycan çempionatının qalibi martın sonlarında Naxçıvan şəhərində keçiriləcək həlledici görüşlərdən sonra bəlli olacaq.

Emil Səmədov

NTVxəbər

www.naxcivantv.az