Ağbulaq bütün fəsillərdə ayrı-ayrı gözəlliyə qərq olur.

Bu diyarın uca dağları, yaşıllıq aləmi, təmiz havası, mənzərəli yerləri istirahət arzusunda olanları onun “qoynunda” dincəlməyə səsləyir. Füsunkar yurd yerinin qədim tarixi, adət-ənənələri, xalq sənəti nümunələri çox zəngindir. Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta payızda və soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir. Buraya gələn qonaqların bir çoxu yerli mədəniyyətlə tanış olmaq, digərləri kəndin füsunkar təbiəti ilə təmasda olmaq, həmçinin zəngin milli mətbəx təamlarından dadmaq, öz dostlarından və yaxınlarından Ağbulaq barəsində eşitdikləri ən xoş duyğuları yaşamaq və təsdiqləmək üçün bu gözəl məkana gəlməyə can atırlar. Ona görə də qayaların sinəsində qərar tutan Ağbulaq kəndinin qonaqsız günü olmur. Bu günlərdə istirahət üçün dağ kəndinə üz tutan bir ailəylə həmsöhbət olub, onların təəssüratlarını öyrəndik.  Bakı şəhərindən qonaq gələn Elçin Vəliyev deyir ki, paytaxtda yaşasam da, doğma diyara yolum tez-tez düşür. Bu il Ağbulağa gəlişimizin əsas səbəbi Almaniyada yaşayan qızım və ailəsi idi. Onlar sosial şəbəkələrdə Naxçıvanla bağlı yayımlanan fotoları, videoçarxları maraqla izləyirlər və öz sosial şəbəkə hesablarında da paylaşımlar edirlər. Və bu paylaşımların rəy bölməsində “Naxçıvanda olmağı çox istəyirik”, “Səni sevirik Naxçıvan”, “Bizim gözəl diyarımız, sənə qovuşmağa tələsirik” və sair fikirlər bildirirdilər. Hər dəfə onlarla telefon danışıqlarımızda deyirdilər ki, vətənə gəlsək, ilk gedib görəcəyimiz yer Naxçıvan olacaq. Onlar sözlərini tutdular. Ağbulaq doğurdan da çox gözəl istirahət eləməli yerdir. 

Ağbulağa istirahətə gələn Səfər Əbilov isə Almaniyada yaşayır. Deyir ki, qədim diyarı görmək ən böyük arzularımdan olub. Mən bu diyarın gözəlliklərini, sadəcə virtual aləmdə izləyirdim. Fotolarda, videoçarxlarda o qədər gözəl vəsf olunurdu ki, öz-özümə dedim ki, Naxçıvanı mütləq  gedib görməliyəm. Gəldik,  ancaq gözəllik, təmizlik, səliqə-sahman, istiqanlı, mehriban insanlar gördük. Buradakı tarixi abidələri ziyarət etdim. Əshabu-Kəhfə getdim. Əlincəqalanı gördüm. Təbiət incisi Batabata yollandıq. Yolboyu salınan yaşıllıqları görəndə Şahbuz mənə haradasa yaşadığımız Varendorf şəhərini xatırlatdı.

Səfər Əbilovun həyat yoldaşı Aytəkin Əbilova da Ağbulaqda keçirdiyi vaxtdan razı qalmışdı. Aytəkin Şahbuz rayonunda anadan olub. Atasının işi ilə bağlı Bakı şəhərinə köçüb, orada yaşayıblar. Amma Naxçıvana və Şahbuza yolu tez-tez düşüb. İmkanım olsaydı, yaşayış yeri kimi də buranı seçərdim, deyir qonağımız. Uşaqlığımın ən gözəl çağları doğma diyarımda keçib. Ailə həyatı qurduqdan sonra isə Almaniyada yaşamağa başladım. Ancaq yurdum üçün hər zaman darıxmışam. Bu günlərdə ailəmlə birgə yolumuzun boya-başa çatdığım rayona düşməsi məni hədsiz sevindirdi. Səfərimiz çərçivəsində Ağbulaq kəndində də olduq. Burada üç gün mənalı istirahət keçirdik. Kəndin təmiz havasında gəzib-dolanmaq, təbiəti seyr etmək, diş göynədən bulaqların suyundan içmək, kənd camaatı ilə həmsöhbət olmaq yaddaşımda silinməz izlər saldı.

Ailənin digər bir üzvü Vəfa xanımın da maraqlı fikirlərini öyrəndik: Mənim əzizlərim Naxçıvanda-Şahbuzda yaşayır. Ona görə də bura istədiyim zaman gəlirəm. Hər gəlişimdə yeniliklərlə qarşılaşıram. Mən ötən il buraya gələndə şəhərin mərkəzində tikinti-quruculuq işləri gedirdi. İndi baxıram ki, qısa zamanda nə qədər iş görülüb. Mədəniyyət sarayı, Aviakassa binası istifadəyə verilib, yaşayış binası inşa olunur. Eynilə Ağbulaq kəndində də evlərin abadlaşdırılması istiqamətində işlərə başlanılmışdı. Bu gün mən, doğrudan da, gördüyüm gözəlliklər qarşısında donub qalmışam. O gördüyüm köhnə dam örtüklü evlərdən əsər-əlamət qalmayıb. Dam örtükləri yenidən vurulub, həyətlər abadlaşıb, səliqə-sahman yaradılıb. Kənddə Xizək Mərkəzinin yaradılması üçün işlər görülür. Asudə vaxtın mənalı təşkili üçün Ağbulaq İstirahət Mərkəzində hər bir şərait yaradılıb. Mərkəzdə milli mətbəximizə xas olan yeməklər bişirilir. Turşusundan, mürəbbəsindən tutmuş, kompotlarına kimi nə varsa, hamısı kəndin ekoloji saf məhsullarından hazırlanır. Buna görə də yediyimiz təamların ləzzətinə söz ola bilməzdi. Ümumiyyətlə, bura gəlməkdən çox məmnunam. İstirahət üçün burada imkanlar çox genişdir. Kəndin adamları mehriban və qonaqpərvərdirlər. Xidmət mədəniyyəti çox yüksəkdir.

Qonaqlarımız yurdumuzun ən ucqar dağ kəndlərində yaradılan şərait, gözoxşayan gözəlliklər üçün muxtar respublika rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, hər zaman olduğu kimi, bu dəfəki gəlişimizdə də buradan aldığımız xoş təəssüratlarla geri dönürük. Lakin sağollaşmırıq, hələlik deyib, ayrılırıq.  


Hicran Əliyeva

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

18-01-2020-14-53 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirl...

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

18-01-2020-14-29 Xəbərlər

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tə...

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

18-01-2020-13-00 Xəbərlər

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Re...

20 Yanvar faciəsi rəsm əsərlərində

18-01-2020-11-50 Xəbərlər

20 Yanvar faciəsi rəsm əsərlərində

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Sa...

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

18-01-2020-09-51 Xəbərlər

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq A...

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-23 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

Muxtar respublikada ədliyyə orqanları dövlət qayğısı ilə əhatə olunub.

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir.

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

18-01-2020-00-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

Daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

17-01-2020-17-55 Xəbərlər

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Vet...

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020-16-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin...

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

17-01-2020-16-24 Xəbərlər

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tə...

Şanlı tariximiz 20 yanvar

17-01-2020-16-05 Xəbərlər

Şanlı tariximiz 20 yanvar

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzey...

Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans

17-01-2020-15-02 Xəbərlər

Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “...

Ötən günün mənzərəsi - VİDEO

17-01-2020-12-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

İlk dərslər 20 Yanvara həsr olunub

17-01-2020-11-21 Xəbərlər

İlk dərslər 20 Yanvara həsr olunub

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həs...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17-01-2020-09-57 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nü...

Ali Məclisin Sədri Sərəncam imzaladı

16-01-2020-19-30 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 16-da C...

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

16-01-2020-19-05 Xəbərlər

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın ...

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb

16-01-2020-19-01 Rəsmi

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb

Yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir ...

Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi qurulur

16-01-2020-17-25 Xəbərlər

Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi qurulur

Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin...

Naxçıvanda sabaha olan hava proqnozu

16-01-2020-17-03 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrıldı - SƏRƏNCAM

16-01-2020-16-37 Xəbərlər

Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev yanvarın 16-da Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzini...

Muxtar respublikada əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib

16-01-2020-12-47 Xəbərlər

Muxtar respublikada əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respu...

Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə xidmətləri göstərilir

16-01-2020-11-23 Xəbərlər

Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə xidmətləri göstərilir

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə,...

Ötən günün mənzərəsi - VİDEO

16-01-2020-11-01 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda növbəti humanitar tibbi aksiya

16-01-2020-10-19 Xəbərlər

Naxçıvanda növbəti humanitar tibbi aksiya

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda növbəti humanitar tibbi aksiya keçirilir.

Şəhid ailələrinin problemləri dövlətin diqqətindədir

16-01-2020-09-37 Xəbərlər

Şəhid ailələrinin problemləri dövlətin diqqətindədir

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respub...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

16-01-2020-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində yanvar ayının ilk 15 günü ərzi...

Naxçıvan şəhərində dronla gəzinti: ilk qardan sonra - VİDEO

15-01-2020-18-36 Xəbərlər

Naxçıvan şəhərində dronla gəzinti: ilk qardan sonra - VİDEO

Yanvarın 13-də Naxçıvan şəhərinə ilk qar yağıb. Naxçıvan televiziyasının əməkdaş...

Naxçıvanlı şairin kitabı Tehranda nəşr olunub

15-01-2020-16-42 Xəbərlər

Naxçıvanlı şairin kitabı Tehranda nəşr olunub

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü...