Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyət və nəfis tərtibatla nəşr edilib.

Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamı­nın icrası istiqamətində görülən tədbirlər çərçivəsində işıq üzü görüb.

Kitabın ilk səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muzeylər haqqında dediyi fikirlər, “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı yer alıb.

Kitabda Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimovun “Naxçıvan Dövlət Tarix Muzeyinin yaranması, təşəkkülü və inkişafı”, arxeoloq-alim V.M.Sısoyevin “Balabəy Əlibəyovun Naxçıvan Muzeyi”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Naxçıvanda ilk Tarix-Etnoqrafiya Muzeyinin yaradıcısı Balabəy Əlibəyov (Əlixanov) haqqında bəzi qeydlər”, Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədovanın “Əsrə yaxın tarix və ya bir ekspedisiyanın izi ilə”, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Naxçıvan Dövlət Tarix Muzeyində nümayiş etdirilən epiqrafik abidələr”, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyətinə dair bəzi sənədlər”, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova və tarix müəllimi Şəhla Talıbovanın birlikdə yazdıqları “Mirbağır Mirheydərzadə Naxçıvan Dövlət Tarix Muzeyinin yaradıcılarından biri kimi” irihəcmli məqalələri və muzeyin tarixini əks etdirən fotoşəkillər yer alıb.

www.naxcivantv.az