Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bədii obrazı müasir təsviri sənətimizin çox maraqlı, aktual, rəngarəng əsərlərlə zəngin olan mövzularındandır.

Azərbaycan və dünyanın bir çox rəssamları Ulu öndərin bədii – estetik baxımdan mükəmməl portretlərini yaradıblar. Onların içərisində dünya miqyasında tanınmış, korifey fırça ustalarından tutmuş, incə zövqə və bənzərsiz sənət duyumuna malik həvəskarlara qədər, Ulu öndərlə ta uşaqlıq illərindən yaxın olan qocaman sənətkarlardan ibtidai siniflərdə oxuyan istedadlı məktəblilərə qədər fərqli simalar vardır. Bu rəssamlar həm Azərbaycanı, həm də dünyanın digər ölkələrini təmsil edirlər. Heydər Əliyevin portretini rəssamlar yağlı boya və qrafika ilə, müxtəlif bədii texnikalarda və üslublarda işləyiblər. Onun mükəmməl obrazı qrafika sənətinin müxtəlif növlərində yaradılıb, xalçalarda toxunub, spesifik sənət sahələrində canlandırılıb. Ulu öndərin portreti hətta unikal vasitələrlə olduqca maraqlı, bənzərsiz materiallarla, qeyri-adi üsullarla işlənilib. Bu müdrik insanın nurlu çöhrəsi qiymətli daşlarla, muncuqlarla, zərif ipliklərlə, güllərlə, sünbüllərlə, buğda dənələri ilə, hətta canlı insanların geniş sahədə müəyyən sıralarda düzülüşü- “fləşmob” ilə yaradılıb. Dünyada bu qədər əlvan vasitələrlə obrazı yaradılan ikinci bir şəxsiyyət tapmaq çətindir. Bütün bunlar əbədiyaşar, dahi şəxsiyyətə olan intəhasız sevginin, ürəkdən gələn bağlılığın, ümumxalq məhəbbətinin təzahürüdür. Bu təsviri sənət əsərləri Ulu öndərin şəxsiyyətinə olan sonsuz məhəbbətin, yaradıcı marağın rəngarəng təzahürləri, sayı bilinməyən nur zərrələridir.

Təsviri sənətdə Heydər Əliyev mövzusu təkcə Azərbaycan məkanı və incəsənəti ilə məhdudlaşmır. Bu mövzu çağdaş dünya incəsənətində özünəməxsus yer tutmaqdadır. Çünki Heydər Əliyev mövzusu təkcə milli olmayıb, həm də bəşəri xarakter daşıyır. Bu mənada 2007-ci il dekabrın 15-də Böyük Britaniyanın London şəhərində dünyaca məşhur Madam Tüsso Muzeyinin “Dünya liderləri” salonunda nümayiş olunmuş dahi fenomen şəxsiyyət, dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru bir nümunədir. Mum-fiqurun müəllifi, muzeyin əməkdaşı Stiv Sueys (o kraliça II Yelizavetanın və Kuba lideri Fidel Kastronun fiqurlarının da müəllifidir) bu fikirləri söyləyib: “Mən heykəl-fiqur üzərində işə başlayanda bu şəxsiyyət haqqında geniş informasiya əldə etmək üçün Bakıya getdim. Heydər Əliyev Fondunda oldum, xeyli arxiv materialını öyrəndim, minlərlə fotoşəkilə baxdım. Mən onu şəxsən tanıyan adamlarla görüşdüm”. Heykəltəraş bildirib ki, Heydər Əliyevin xarakterinin müxtəlif xüsusiyyətlərini açmağa, onu həm Prezident, həm də adi insan kimi təsvir etməyə çalışıb. Fiqur üzərində iş 6 aydan çox çəkib. Ümummilli liderin heykəl-fiquru boyu hündürlüyündə hazırlanıb. Onun əynində smokinq, ağ köynək və yaxasında kəpənək-qalstuk var. Heydər Əliyevin müdrik baxışları uzaqlara dikilib, üzündə ona məxsus olan isti, sirli təbəssüm, qamətində arxayınlıq və əminlik hiss edilir. Qoluna Ulu öndərin sağlığında gəzdirdiyi saat taxılıb. Xatırladaq ki, muzeydə indiyədək Rusiyadan savayı, MDB ölkələrinin heç birinin liderinin fiquru qoyulmayıb.

Ulu öndərin çoxcəhətli məqsədyönlü fəaliyyəti və düşünülmüş siyasəti müasir Azərbaycan dövlətçiliyinin təməl prinsiplərindən biri olan multikulturalizmin formalaşmasında mühüm rol oynayıb. Ona görə də cəsarətlə demək olar ki, Ulu öndərimizin bədii obrazı multikultural dəyərlərə xidmət edir, sənət mühitinin böyük sevgisinin ideal səviyyəsində canlandırılır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı çoxaspektli siyasətdə də mühüm yer tutan multikulturalizmin bir böyük təzahürü də Heydər Əliyevin müxtəlif xalqların nümayəndələri tərəfindən yaradılmış parlaq obrazında öz əksini tapır. Bu, tarixi xidmətləri ilə böyük ümumxalq məhəbbəti qazanmış Heydər Əliyev dühasına daha geniş masştabda bəslənilən sevginin rənglərlə ifadə olunmuş ifadəsidir. Heydər Əliyevin obrazı təsviri sənətdəki multikultural mühitin ən parlaq ortaq mövzusudur.

Bu gün Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin rəssamları və heykəltəraşları da Azərbaycançılığın daim canlı, əbədi simvolu olan Heydər Əliyev mövzusuna müraciət edirlər. Bir çox ölkələrin şəhərlərində Heydər Əliyevin adını daşıyan parkların, xiyabanların, mövcud olduğunu görür, onun əzəmətli heykəlləri ilə qarşılaşırıq. Azərbaycanla yanaşı qardaş Türkiyədə, eləcə də Rusiya, Böyük Britaniya Ukrayna, Gürcüstan, Rumıniya və digər ölkələrdə ən böyük azərbaycanlı, ulu öndər Heydər Əliyevin heykəllərinin ucaldılması xalqımızda böyük qürur hissləri doğurur. Bütün bunlar Azərbaycanın xarici ölkələrlə dostluq simvolu olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin, onun fərqli mədəniyyətlərə, multikultural dəyərlərə ehtiramının canlı ifadəsidir.

Toğrul Cəfərli

Naxçıvan Dövlət Universitetinin müəllimi

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

18-01-2020-14-53 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirl...

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

18-01-2020-14-29 Xəbərlər

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tə...

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

18-01-2020-13-00 Xəbərlər

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Re...

20 Yanvar faciəsi rəsm əsərlərində

18-01-2020-11-50 Xəbərlər

20 Yanvar faciəsi rəsm əsərlərində

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Sa...

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

18-01-2020-09-51 Xəbərlər

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq A...

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-23 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

Muxtar respublikada ədliyyə orqanları dövlət qayğısı ilə əhatə olunub.

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir.

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

18-01-2020-00-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

Daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

17-01-2020-17-55 Xəbərlər

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Vet...

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020-16-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin...

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

17-01-2020-16-24 Xəbərlər

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tə...

Şanlı tariximiz 20 yanvar

17-01-2020-16-05 Xəbərlər

Şanlı tariximiz 20 yanvar

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzey...

Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans

17-01-2020-15-02 Xəbərlər

Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “...

Ötən günün mənzərəsi - VİDEO

17-01-2020-12-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

İlk dərslər 20 Yanvara həsr olunub

17-01-2020-11-21 Xəbərlər

İlk dərslər 20 Yanvara həsr olunub

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həs...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17-01-2020-09-57 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nü...

Ali Məclisin Sədri Sərəncam imzaladı

16-01-2020-19-30 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 16-da C...

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

16-01-2020-19-05 Xəbərlər

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın ...

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb

16-01-2020-19-01 Rəsmi

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb

Yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir ...

Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi qurulur

16-01-2020-17-25 Xəbərlər

Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi qurulur

Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin...

Naxçıvanda sabaha olan hava proqnozu

16-01-2020-17-03 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrıldı - SƏRƏNCAM

16-01-2020-16-37 Xəbərlər

Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev yanvarın 16-da Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzini...

Muxtar respublikada əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib

16-01-2020-12-47 Xəbərlər

Muxtar respublikada əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respu...

Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə xidmətləri göstərilir

16-01-2020-11-23 Xəbərlər

Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə xidmətləri göstərilir

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə,...

Ötən günün mənzərəsi - VİDEO

16-01-2020-11-01 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda növbəti humanitar tibbi aksiya

16-01-2020-10-19 Xəbərlər

Naxçıvanda növbəti humanitar tibbi aksiya

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda növbəti humanitar tibbi aksiya keçirilir.

Şəhid ailələrinin problemləri dövlətin diqqətindədir

16-01-2020-09-37 Xəbərlər

Şəhid ailələrinin problemləri dövlətin diqqətindədir

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respub...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

16-01-2020-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində yanvar ayının ilk 15 günü ərzi...

Naxçıvan şəhərində dronla gəzinti: ilk qardan sonra - VİDEO

15-01-2020-18-36 Xəbərlər

Naxçıvan şəhərində dronla gəzinti: ilk qardan sonra - VİDEO

Yanvarın 13-də Naxçıvan şəhərinə ilk qar yağıb. Naxçıvan televiziyasının əməkdaş...

Naxçıvanlı şairin kitabı Tehranda nəşr olunub

15-01-2020-16-42 Xəbərlər

Naxçıvanlı şairin kitabı Tehranda nəşr olunub

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü...