Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramının növbəti mərhələsi çərçivəsində Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonları üzrə, ümumilikdə, 12 nəfərə yanında balası olan iribuynuzlu, 5 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu heyvan, 1 nəfərə dülgər alətləri, 1 nəfərə isə dərzi avadanlıqları və ləvazimatları verilib.

NUHÇIXAN xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Proqramın icrası, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə hərtərəfli şərait yaradır, aztəminatlı ailələrin özünüməşğulluq imkanlarını artırır.

“Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdə və təsərrüfatlarda daimi olaraq artım müşahidə olunur”, - deyən Nicat Babayev vurğulayıb ki, bu da onların sosial rifah halının yaxşılaşdırılmasına, məşğulluqlarının təmin olunmasına və fərdi təsərrüfatlarının inkişafına köməklik göstərir.

Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

www.naxcivantv.az