Xalqların böyüklüyü onların ərazilərinin böyüklüyü-kiçikliyi, yaxud əhali sayı ilə deyil, əsrlər boyu bəşər tarixinə verdikləri böyük şəxsiyyətləri və qüdrətli övladları ilə ölçülür.

Böyük Azərbaycan xalqı bütün dövrlərdə olduğu kimi, iyirminci əsrdə də Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yetirib.

 Müasir dövrdə müdrik dövlət xadimi Heydər Əliyevin adı müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Müstəqil Azərbaycanın simasını müəyyənləşdirmiş bu qüdrətli şəxsiyyət xalqımızın tarixində və taleyində silinməz izlər qoyub. “Ulu öndər Heydər Əliyevin mənalı ömür yolunu göz önünə gətirsək, bu ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu – Azərbaycandır!”,

“Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım–varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”, - görkəmli dövlət xadiminin bu sözləri onun həyatının mənasını dəqiq ifadə edir. 1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan ulu öndər Heydər Əliyev nəsillərə nümunə olan şərəfli ömür yolu keçib, daim xalqımızın rifahı, Azərbaycan naminə çalışıb. Ulu öndərimiz Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən o, Azərbaycanı müqəddəs yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr edirdi.

“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.

 Məhz buna görə iyirminci əsr siyasi tariximizdə ulu öndər Heydər Əliyev qədər həyatını Azərbaycana həsr edən, azərbaycançılıq, dövlətimizin və xalqımızın müstəqilliyi uğrunda bu qədər fədakarlıqlar göstərən və hətta öz canından belə keçməyə hazır olan ikinci bir şəxsiyyət, ikinci bir dövlət xadimi yoxdur.

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu ilk vaxtlardan başlayaraq Azərbaycanı qısa müddətdə öz tarixi taleyinin sahibi etdi. Ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı.

Təkcə həmin dövrdə Naxçıvan Muxtar Respublikası ərazisində 11 böyük elektrik stansiyası, o cümlədən Araz çayı üzərində 22 meqavat gücündə su elektrik stansiyası tikilərək istifadəyə verildi. Ümummilli liderimizin Azərbaycanda hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdı. Bununla yanaşı Azərbaycandan kənarda təhsilin də əsası qoyuldu. Hər il minə yaxın gənc ölkəmizdən kənarda təhsil almağa göndərilirdi.

O zaman elan olunmuş iqtisadi dirçəliş xətti Naxçıvan Muxtar Respublikasının da simasını inanılmaz dərəcədə dəyişdi. Muxtar respublika başdan-başa tikinti meydançasına çevrildi. Sənayenin, emal və hasilat sahələrinin şəbəkəsi genişləndi, mədəniyyət evləri, muzeylər, məktəblər və xəstəxanalar inşa olundu. Artıq tamamilə yeni Naxçıvan yaradıldı.

Ötən əsrin 70-80-ci illərində Ümummilli liderimizin Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqəti çəkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev təkcə müdrik şəxsiyyət deyildi. O, həm də müdrik dövlət xadimi idi. Müdrik dövlət xadiminin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdən xalqı üçün faydalı nəticələr götürməyi bacarsın, hətta şəraitin ən təhlükəli gedişini belə xalqın və dövlətin xeyrinə dəyişdirə bilsin. Xalqımızın böyük oğlu, şübhəsiz ki, atdığı addımların onun şəxsi həyatı üçün son dərəcə təhlükəli olacağını bildiyi halda Azərbaycanın xilası və inkişafı naminə tutduğu yoldan dönməyəcəyini bəyan edirdi. 

“Xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”

Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Xalqımızın böyük oğlunun 1990-cı il iyul ayının 22-də Moskvadan Naxçıvana qayıdışı Azərbaycanın qurtuluş tarixinin parlaq səhifəsini təşkil edir.

Ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan xalqına ilk böyük xidmətini məhz Naxçıvanı qorumaqla göstərdi. 1990-cı ilin iyul ayında-Naxçıvanın çətin günlərində Heydər Əliyevin muxtar respublikaya gəlişi bu qədim torpağı xilas etdi. Ulu öndərin milli dirçəliş ideyaları və bu istiqamətdə Naxçıvanda qəbul edilən taleyüklü qərarları Azərbaycanın gələcəkdə müstəqil, demokratik və dünyəvi dövlət kimi formalaşmasında əsas hərəkətverici qüvvə oldu.

İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib, yeni həyat quruculuğuna başlamasında Heydər Əliyev şəxsiyyətinin önəmli rolu oldu. Elə bu səbəbdən də Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, azad bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Ali Məclisə Sədr seçildiyi gündən başlayaraq Heydər Əliyev muxtar respublikanı ağır iqtisadi böhrandan çıxartmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra mütərəqqi tədbirlər həyata keçirməyə başladı.     

Həmin ağır şəraitdə isə Heydər Əliyev böyük dövlət xadimi, qətiyyətli və iradəli siyasətçi olduğunu növbəti siyasi gedişlər ilə sübut edirdi.

Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə Azərbaycanın müstəqilliyi naminə atılan addımları yüksək dəyərləndirən ölkə Prezidenti cənab İlham Əliyev deyirdi: “O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Ölkəmizin müstəqilliyinin bünövrəsi də məhz o illərdə qoyulmuşdu. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Beləliklə, ulu öndər Heydər Əliyev bütün dövrlərdə, çalışdığı bütün vəzifələrdə, ictimai-siyasi quruluşlardan asılı olmayaraq həmişə Azərbaycan xalqını müdafiə edirdi. Doğma Azərbaycanın inkişafına səy göstərirdi. Bunun nəticəsində bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan çox sürətlə inkişaf edir”.

Böyük öndərimiz Azərbaycan naminə yaşadığı həyatın, mənalı ömür yolunun siyasi mübarizələrlə dolu olan anlarını göz önünə gətirərək belə deyirdi: “İndi... bütün həyatımı təhlil edərək görürəm ki, hər halda bir başlıca hadisə də var. O da bundan ibarətdir ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.

  Ümummilli liderimizin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən və separatçılıq meyllərindən xilas oldu, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı, milli ordu quruculuğunda əməli addımlar atıldı, əldə olunmuş sabitlik nəticəsində iqtisadi inkişafın əsası qoyuldu.

Ulu öndərimiz güclü, müstəqil Azərbaycan dövləti yaratmaqla yanaşı onu özündən sonra inamla idarə edə biləcək lideri, rəhbəri də yetişdirdi.

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”

Məhz bu ifadələrlə Ümummilli liderin özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyev ötən 15 ildə Heydər Əliyev strategiyasını uğurla davam etdirdi, bu strategiyanı yeni dövrün ruhuna uyğun olaraq zənginləşdirdi.

Yüksək prinsipiallıq, yorulmaz fəaliyyət, əqidə bütövlüyü və vətənpərvərlik kimi yüksək keyfiyyətlərə malik olan dövlət xadimləri həmişə nümunəvi addımları ilə ictimaiyyətin rəğbətini qazanırlar. Əsaslı şəkildə yenidən qurularaq alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası da dahi liderin yolunu uğurla davam və inkişaf etdirən QURUCU RƏHBƏRİN əsəridir.

“Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”- bu sözlər ümummilli liderin layiqli davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova məxsusdur.

Naxçıvanda 1996-cı ildən başlayaraq həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində inkişaf və tərəqqi üçün mühüm amil olan ictimai-siyasi sabitlik təmin edildi. Bütün fəaliyyət sahələrində yeniləşməyə yol açan səmərəli iqtisadi siyasət kursu götürüldü. Şəhər və rayonlarımızda canlanma yarandı. İş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırıldı. Minlərlə yeni iş yerləri açıldı. Şübhəsiz ki, həyata keçirilən tədbirlər insan faktoruna yönəldildi. O da öz nəticəsini göstərdi. Muxtar respublika əhalisinin yaşayışında və həyat tərzində əsaslı dəyişikliklər baş verdi.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar Azərbaycanın hər bir bölgəsini əhatə edib. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu və icra olunması ölkəmizdə tikinti-quruculuq işlərinin həcmini xeyli artırdı, sosial-iqtisadi islahatların əhatə dairəsi genişləndi, əhalinin rifah halı yaxşılaşdı. Ötən dövrdə istifadəyə verilən məktəb binaları, olimpiya idman kompleksləri, xəstəxanalar, salınan yollar, yaradılan yeni istehsal müəssisələri, açılan yüz minlərlə iş yerləri bir daha göstərir ki, Azərbaycanda inkişafın mərkəzində insan amili dayanır. Naxçıvan Muxtar Respublikasının inkişafı da ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanır.

Azərbaycan Prezidenti Naxçıvana sonuncu səfərində muxtar respublikada aparılan quruculuq işlərini yüksək qiymətləndirib və bunun səbəblərini belə açıqlayıb:

“Bu gün ümummilli liderimizin arzuları ölkə Prezidentinin diqqət və qayğısı ilə həyata keçirilir. 25 ildən artıq bir dövrdə blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada sabitlik və inkişafa nail olunub, etibarlı müdafiə sistemi yaradılıb. Daxili imkanlardan səmərəli istifadə və həyata keçirilən iqtisadi islahatlar nəticəsində ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Şəhər və rayon mərkəzlərindən ən ucqar dağ və sərhəd kəndlərinə qədər, bütün yaşayış məntəqələri qazlaşdırılıb, mənzillərə fasiləsiz elektrik enerjisi verilir, əhaliyə dayanıqlı rabitə və sürətli internet xidməti göstərilir”.

Yaradılmış inkişafın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017 və 2018 -ci illər də ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxdı. Təbii ki, muxtar respublikamız bu uğura ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, ümummilli liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olub.

İqtisadi və sosial sahələrdə infrastrukturun yenilənməsinin təmin edilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması, muxtar respublikada müxtəlif təyinatlı obyektlərin tikilməsi, yenidən qurulub və ya əsaslı təmir olunması muxtar diyarımızın son illərdə qazandığı böyük uğurlardandır.

Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər Ulu öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi və siyasət patriarxı adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır.

 

                                                                                         Ramal Məmişov

Naxçıvan televiziyasının baş redaktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

18-01-2020-14-53 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirl...

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

18-01-2020-14-29 Xəbərlər

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tə...

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

18-01-2020-13-00 Xəbərlər

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Re...

20 Yanvar faciəsi rəsm əsərlərində

18-01-2020-11-50 Xəbərlər

20 Yanvar faciəsi rəsm əsərlərində

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Sa...

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

18-01-2020-09-51 Xəbərlər

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq A...

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-23 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

Muxtar respublikada ədliyyə orqanları dövlət qayğısı ilə əhatə olunub.

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir.

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

18-01-2020-00-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

Daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

17-01-2020-17-55 Xəbərlər

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Vet...

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020-16-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin...

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

17-01-2020-16-24 Xəbərlər

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tə...

Şanlı tariximiz 20 yanvar

17-01-2020-16-05 Xəbərlər

Şanlı tariximiz 20 yanvar

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzey...

Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans

17-01-2020-15-02 Xəbərlər

Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “...

Ötən günün mənzərəsi - VİDEO

17-01-2020-12-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

İlk dərslər 20 Yanvara həsr olunub

17-01-2020-11-21 Xəbərlər

İlk dərslər 20 Yanvara həsr olunub

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həs...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17-01-2020-09-57 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nü...

Ali Məclisin Sədri Sərəncam imzaladı

16-01-2020-19-30 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 16-da C...

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

16-01-2020-19-05 Xəbərlər

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın ...

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb

16-01-2020-19-01 Rəsmi

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb

Yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir ...

Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi qurulur

16-01-2020-17-25 Xəbərlər

Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi qurulur

Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin...

Naxçıvanda sabaha olan hava proqnozu

16-01-2020-17-03 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrıldı - SƏRƏNCAM

16-01-2020-16-37 Xəbərlər

Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev yanvarın 16-da Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzini...

Muxtar respublikada əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib

16-01-2020-12-47 Xəbərlər

Muxtar respublikada əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respu...

Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə xidmətləri göstərilir

16-01-2020-11-23 Xəbərlər

Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə xidmətləri göstərilir

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə,...

Ötən günün mənzərəsi - VİDEO

16-01-2020-11-01 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda növbəti humanitar tibbi aksiya

16-01-2020-10-19 Xəbərlər

Naxçıvanda növbəti humanitar tibbi aksiya

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda növbəti humanitar tibbi aksiya keçirilir.

Şəhid ailələrinin problemləri dövlətin diqqətindədir

16-01-2020-09-37 Xəbərlər

Şəhid ailələrinin problemləri dövlətin diqqətindədir

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respub...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

16-01-2020-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində yanvar ayının ilk 15 günü ərzi...

Naxçıvan şəhərində dronla gəzinti: ilk qardan sonra - VİDEO

15-01-2020-18-36 Xəbərlər

Naxçıvan şəhərində dronla gəzinti: ilk qardan sonra - VİDEO

Yanvarın 13-də Naxçıvan şəhərinə ilk qar yağıb. Naxçıvan televiziyasının əməkdaş...

Naxçıvanlı şairin kitabı Tehranda nəşr olunub

15-01-2020-16-42 Xəbərlər

Naxçıvanlı şairin kitabı Tehranda nəşr olunub

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü...