NUHÇIXAN xəbər verir ki, dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri Ulu öndərin abidəsi önünə gələrək əziz xatirəsini yad ediblər. 

Azərbaycanın müstəqil və inkişaf etmiş dövlət kimi regionda söz sahibi olması görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Dahi rəhbərin şərəfli ömür yolu Vətənə xidmət nümunəsi, qürür və fəxarət rəmzidir. Ulu öndərin “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”, – fikirləri Onun bütün həyat amalının ifadəsidir. 

Ümummilli lider elə bir fenomen şəxsiyyətdir ki, zaman keçdikcə, illər ötdükcə, onun böyüklüyünü daha dərindən dərk edirik. Xalqımızın böyük oğlu Azərbaycanın uğurlu gələcəyinə işıq salan mükəmməl inkişaf konsepsiyası hazırlamış və mənalı ömrünü bu ideyaların həyata keçirilməsinə həsr etmişdir. O, hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, onu zamanın ağır sınaqlarında məharətlə çıxarmışdır. 

Dahi liderin ölkəmizə rəhbərliyinin 1969-1982-ci illəri Azərbaycan tarixinə iqtisadi və milli-mədəni yüksəliş dövrü kimi daxil olmuşdur. Həmin dövrdə respublika həyatının bütün sahələrində kompleks tədbirlər həyata keçirilmiş, Azərbaycan ittifaq respublikaları içərisində inkişaf tempinə görə öncül mövqeyə yüksəlmiş, tarixi-mədəni irsimiz, milli dəyərlərimiz qorunub yaşadılmışdır. Məhz Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi o illərdə dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmuşdur. 

Heydər Əliyev şəxsiyyəti və dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. Ümummilli liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasına həsr edilmişdir. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşayan və fəaliyyət göstərən Ulu öndər müstəqilliyimizin əsasını təşkil edən mühüm tarixi qərarlar qəbul etmiş, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görmüşdür. Üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də Ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, aqrar islahatların keçirilməsinə, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan uğurlu addımlar idi. 

1993-cü ildə xalqımız Ümummilli liderinə yenidən üz tutdu, nicatını onun hakimiyyətə qayıdışında gördü. Görkəmli dövlət xadimi Azərbaycanı hərc-mərclikdən, müstəqilliyini itirmək təhlükəsindən xilas edərək ictimai-siyasi sabitlik və hərtərəfli inkişaf yoluna çıxardı. 1993-2003-cü illərdə Vətənə və xalqına xidmət nümunəsi göstərən ümummilli liderimiz doğma Azərbaycanın davamlı inkişafını təmin etdi, onu tərəqqiyə qovuşduraraq bütün dünyada tanıtdı. 

Bu gün Ulu öndərin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan öz tarixinin yeni, şanlı səhifələrini yazır. Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşdurur. Xalqımız Ümummilli liderin şah əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, Ulu öndərə dərin məhəbbətlərini onun ideyaları ətrafında sıx birləşməklə nümayiş etdirir. 

Bu yolun davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da yeni inkişaf mərhələsinə qovuşdurmuşdur. Muxtar respublikada quruculuq işləri geniş vüsət almış, iqtisadiyyatın dinamik inkişafı, sosial proqramların icrası, enerji, ərzaq və müdafiə təhlükəsizliyi təmin edilmişdir. Qazanılan bütün bu uğurlar dahi şəxsiyyətin ideya və amallarının dönmədən həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan cəmiy­yə­tində inkişafın bir hərə­kət­verici qüvvəsi var: bu–Heydər Əliyev ideyalarıdır. Heydər Əliyev yoluna sadiq qalan xalqımız özünün milli liderinin ide­yalarını yaşatdıqca, onun zəngin xəzinəsindən bəhrələndikcə, daim irə­liyə gedəcək, yaşayacaq və rifaha qovuşacaqdır”. 

Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də Ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

18-01-2020-14-53 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirl...

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

18-01-2020-14-29 Xəbərlər

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tə...

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

18-01-2020-13-00 Xəbərlər

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Re...

20 Yanvar faciəsi rəsm əsərlərində

18-01-2020-11-50 Xəbərlər

20 Yanvar faciəsi rəsm əsərlərində

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Sa...

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

18-01-2020-09-51 Xəbərlər

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq A...

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-23 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

Muxtar respublikada ədliyyə orqanları dövlət qayğısı ilə əhatə olunub.

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir.

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

18-01-2020-00-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

Daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

17-01-2020-17-55 Xəbərlər

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Vet...

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020-16-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin...

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

17-01-2020-16-24 Xəbərlər

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tə...

Şanlı tariximiz 20 yanvar

17-01-2020-16-05 Xəbərlər

Şanlı tariximiz 20 yanvar

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzey...

Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans

17-01-2020-15-02 Xəbərlər

Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “...

Ötən günün mənzərəsi - VİDEO

17-01-2020-12-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

İlk dərslər 20 Yanvara həsr olunub

17-01-2020-11-21 Xəbərlər

İlk dərslər 20 Yanvara həsr olunub

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həs...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17-01-2020-09-57 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nü...

Ali Məclisin Sədri Sərəncam imzaladı

16-01-2020-19-30 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 16-da C...

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

16-01-2020-19-05 Xəbərlər

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın ...

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb

16-01-2020-19-01 Rəsmi

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb

Yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir ...

Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi qurulur

16-01-2020-17-25 Xəbərlər

Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi qurulur

Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin...

Naxçıvanda sabaha olan hava proqnozu

16-01-2020-17-03 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrıldı - SƏRƏNCAM

16-01-2020-16-37 Xəbərlər

Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 8,8 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev yanvarın 16-da Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzini...

Muxtar respublikada əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib

16-01-2020-12-47 Xəbərlər

Muxtar respublikada əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respu...

Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə xidmətləri göstərilir

16-01-2020-11-23 Xəbərlər

Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə xidmətləri göstərilir

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə,...

Ötən günün mənzərəsi - VİDEO

16-01-2020-11-01 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda növbəti humanitar tibbi aksiya

16-01-2020-10-19 Xəbərlər

Naxçıvanda növbəti humanitar tibbi aksiya

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda növbəti humanitar tibbi aksiya keçirilir.

Şəhid ailələrinin problemləri dövlətin diqqətindədir

16-01-2020-09-37 Xəbərlər

Şəhid ailələrinin problemləri dövlətin diqqətindədir

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respub...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

16-01-2020-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində yanvar ayının ilk 15 günü ərzi...

Naxçıvan şəhərində dronla gəzinti: ilk qardan sonra - VİDEO

15-01-2020-18-36 Xəbərlər

Naxçıvan şəhərində dronla gəzinti: ilk qardan sonra - VİDEO

Yanvarın 13-də Naxçıvan şəhərinə ilk qar yağıb. Naxçıvan televiziyasının əməkdaş...

Naxçıvanlı şairin kitabı Tehranda nəşr olunub

15-01-2020-16-42 Xəbərlər

Naxçıvanlı şairin kitabı Tehranda nəşr olunub

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü...