Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda voleybol üzrə ölkə çempionatı başlayıb  - YENİLƏNİR

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatı “Yüksək Liqa” yarışlarının 2016-2017-ci il mövsümünə start verilib. Naxçıvan şəhərinin ev sahibliyi etdiyi ilk dövrədə artıq bir oyun yekunlaşıb.

Naxcivantv.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyası tərəfindən təşkil olunan yarış İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksində keçirilir. Birinci dövrə çərçivəsində keçirilən ilk matçda “Nəqliyyatçı” ilə “Lokomotiv” üz-üzə gəlib. Görüşdə daha üstün təsir bağışlayan tərəf “Lokomotiv” olub 0:3.       

Bu görüşdən sonra Naxçıvan komandası da mübarizəyə qoşulub. Meydan sahiblərinin rəqibi Sumqayıtın eyniadlı komandasıdır. Görüş hazırda davam edir. Günün növbəti qarşılaşmasında isə  voleybolsevərlər “MOİK” və “Neftçi” arasında keçiriləcək oyunu izləyə biləcəklər. Sabah keçiriləcək ikinci turda Naxçıvan-Lokomotiv, Neftçi-Nəqliyyatçı və Sumqayıt-MOİK görüşləri təşkil olunacaq.

Qeyd edək ki, birinci dövrənin oyunlarına noyabrın 7-də yekun vurulacaq. 

Emil Səmədov

NTV xəbər 

www.naxcivantv.az