Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin elmi işçisi Leyla Səfərovanın “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi” adlı monoqrafiyası işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən naxcivantv.az – a verilən məlumata görə, monoqrafiyada ölkəmizdə günümüzədək ali məktəblər üçün yazılan dərslik və dərs vəsaitlərində, eləcə də tədqiqat işlərində ingilis dilinin qrammatikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar geniş şəkildə öz əksini tapıb.

Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Fikrət Cahangirov, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə elmlər doktoru, professor Adil Babayevdir.

Tədqiqat əsərində müəllif ilk dəfə olaraq Azərbaycanda ingilis dili qrammatikasının azərbaycanlı dilçilər tərəfindən necə və hansı prinsiplər əsasında yerinə yetirilməsini araşdırır.

Yeni nəşr magistrlər, doktorantlar, həmçinin ingilis dilinin nəzəri problemləri ilə məşğul olanlar üçün nəzərdə tutulub.

www.naxcivantv.az