Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Universitetində “Huawei” şirkəti tərəfindən növbəti seminar-treninq keçirilib.

Şirkət tərəfindən “Naxçıvan” Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim” mövzusunda keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.

“Huawei-Azərbaycan” MMC-nin müşahidə və üztanıma kameraları üzrə mütəxəssisi Əliəkbər Mirzəquliyev tərəfindən “Telekommunikasiya sistemləri və yeni nəsil Core avadanlıqları” haqqında iştirakçılara geniş mühazirə oxuyub.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

                                                                               Seyfur Hacımuradov

www.naxcivantv.az