Dünəndən etibarən start götürən  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında növbəti istiqamət Ordubad və Culfa rayonları olub. Gəzinti zamanı iştirakçılar tarixi abidələr,  görkəmli şəxsiyətlərin həyat və fəaliyyətini əks etdirən muzeylərdə olublar.

Qeyd edək ki, tur-aksiya çərçivəsində Bakının 6 rayonundan 160 məktəbli, 18 bələdçi-müəllim Naxçıvana gəlib. Naxcivantv.az xəbər verir ki, aksiya iştirakçıları  füsunkar təbiəti, tarixi abidələri ilə diqqət çəkən Ordubada heyranlıqla tamaşa ediblər. Onlar əvvəlcə 3 nömrəli tam orta məktəbə gəliblər. Diqqətə çatdırılıb ki, üçmərtəbəli məktəb binası 744 şagird yerlikdir. Təhsil ocağında müasir tələblər səviyyəsində maddi-texniki baza yaradılıb. Burada ayrı-ayrı fənn kabinələri və laboratoriyalar mövcuddur.

Sonra Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasına gələn məktəblilərə buradakı eksponatlar barədə məlumat verilib.  Bildirilib ki, keçmişdə daş-qaş satılması məqsədilə tikilmiş örtülü Şərq bazarına “Qeysəriyyə” deyilirdi. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.  Məktəblilər Ordubadın qədim və zəngin tarixini əks etdirən muzeydən zəngin təəssüratlarla ayrılıblar.

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev muzeyində də olan şagirdlərə məlumat verilib ki, burada onun tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər qorunur.

Məktəblilər Məmməd Səid Ordubadinin ev-muzeyində də olublar. Məlumat verilib ki, ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. 2010-cu ildə muzeydə yenidənqurma işləri aparılıb. Bu gün muzeydə yazıçının həyatını və yaradıcılığını əks etdirən 2 minə yaxın eksponat qorunub saxlanılır.

Daha sonra Yusif Məmmədəliyevin ev muzeyində olan iştirakçılara   məlumat verilib ki,  ev muzeyi 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-ə yaxın eksponat saxlanılır. Bu eksponatlardan 250-si ekspozisiyada nümayiş olunur.

Günün ikinci yarısında isə şagirdlər Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsində də olublar. Tur – aksiya iştirakçlarına  məlumat verilib ki,   türbə  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən bərpa edilib və 2016-cı il iyunun 30-da istifadəyə verilib. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilmiş, abidənin orijinallığı qorunub saxlanmışdır. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb. 

Sonda Naxçıvanın qədim tarixində mühüm rola malik “Əlincəqala”da olan iştirakçılara əzəmətli qala haqqında dolğun məlumatlar verilib. Bildirilib ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə bərpa olunan “Əlincəqala” tarixi abidəsi 2015-ci il iyunun 17-də burada yaradılmış muzeylə birgə istifadəyə verilib. Qalanını zirvəsində üçrəngli bayrağımız dalğalanır. 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstəən “Əlincəqala” məğrurluq və yenilməzlik rəmzidi.

Qeyd edək ki, tur-aksiya növbəti günlərdə də davam edəcək.

Aygün Hüseynli

NTVxəbər

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

22-01-2020-18-43 Xəbərlər

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

22-01-2020-18-01 Xəbərlər

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça...

Maarifləndirici seminarlar davam etdirilir

22-01-2020-14-42 Xəbərlər

Maarifləndirici seminarlar davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...

Ötən günün mənzərəsi - VİDEO

22-01-2020-12-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

22-01-2020-12-42 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

NUHÇIXAN xəbər verir ki, yeni tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıva...

Nuh yurdunun rəssamı

22-01-2020-12-21 Xəbərlər

Nuh yurdunun rəssamı

Bəhruz Kəngərlinin çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığı gənclər üç...

Muxtar Məmmədov tam səmimi: Çətin ki, xasiyyətimi dəyişəm - VİDEO

22-01-2020-11-16 Xəbərlər

Muxtar Məmmədov tam səmimi: Çətin ki, xasiyyətimi dəyişəm - VİDEO

Yol boyu ilk sualımın ətrafında var-gəl elədim, haradan başlamalı?

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

22-01-2020-10-56 Xəbərlər

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb...

Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur

22-01-2020-10-38 Xəbərlər

Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur

Muzeylər mədəniyyət, elmi-­tədqiqat və təbliğat müəssisələri kimi tarixi-mədəni ...

Müasirliyə qovuşan Vənənd kəndi - VİDEO

22-01-2020-09-00 Xəbərlər

Müasirliyə qovuşan Vənənd kəndi - VİDEO

Muxtar respublikada həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş...

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

21-01-2020-17-35 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

MƏNALI ÖMÜR YOLU

21-01-2020-16-53 Xəbərlər

MƏNALI ÖMÜR YOLU

Elm elə bir ciddiyətdir ki...

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

21-01-2020-15-47 Xəbərlər

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

Muxtar respublikada enerji sahəsində alternativ və bərpa olunan enerji mənbələri...

Respublika çaylarında suyun səviyyəsi azalıb

21-01-2020-15-26 Xəbərlər

Respublika çaylarında suyun səviyyəsi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin...

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

21-01-2020-13-20 Xəbərlər

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

21-01-2020-12-31 Xəbərlər

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

21-01-2020-11-49 Xəbərlər

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Ötən günün mənzərəsi - VİDEO

21-01-2020-09-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

20-01-2020-18-57 Xəbərlər

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Bir ana həsrəti...

20-01-2020-16-27 Xəbərlər

Bir ana həsrəti...

Bir qələbəliyin tam qarşısındayam. Qələbəlik deyirəm, bildiyin insan karvanı.

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

20-01-2020-16-00 Xəbərlər

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-...

Şanlı Yanvarın şəhid məktəbliləri

20-01-2020-14-50 Xəbərlər

Şanlı Yanvarın şəhid məktəbliləri

30 il bundan öncə azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğ...

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20-01-2020-14-00 Xəbərlər

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib.

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

20-01-2020-12-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

20-01-2020-10-08 Xəbərlər

Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

Gələcək nəsillərimiz müstəqilliyin bugünkü  şirinliyini dadsalar da, tariximizi,...

Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

20-01-2020-09-00 Xəbərlər

Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

NUHÇIXAN xəbər verir ki, Təbriz şəhərində fəaliyyət göstərən “Fəcr Azərbaycan” q...

QÜRUR GÜNÜM

20-01-2020-00-53 Xəbərlər

QÜRUR GÜNÜM

İnsanın yüksəldiyi ən uca zirvə ŞƏHİDLİKDİR. Şəhidlik Vətənlə bir olmaqdır, V...

20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

20-01-2020-00-00 Xəbərlər

20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

Bakıda sovet ordusu tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc ...

20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

19-01-2020-17-12 Xəbərlər

20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

Azərbaycan xalqı tarixin müxtəlif səhifələrində öz müstəqilliyi, azaldığı uğrund...

Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

19-01-2020-15-20 Xəbərlər

Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin güclənd...