Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Muxtar Respublikada dinamik inkişaf qorunub saxlanılır” – Naxçıvan Muxtar Respublikası  Dövlət Statistika  Komitəsinin hesabatı

Muxtar Respublikada əvvəlki dövrlərdə iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər 2017-ci ilin yanvar-fevral ayları  ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.  

Bu barədə naxcivantv.az-a  Naxçıvan Muxtar Respublikası  Dövlət Statistika  Komitəsinin  Aparat rəhbəri Əliheydər Qurbanlı məlumat verib.

Aparat rəhbəri Əliheydər Qurbanlı bildirib ki, cari ilin ilk iki ayı  ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 2016-cı ilin  müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 332 milyon manatı ötüb. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə bir il öncəyə nisbətən 3,9 faiz artaraq 740 manata çatmışdır.

Müsahibimiz onu da qeyd etdi ki, yanvar-fevral ayları  ərzində sənaye üzrə 164 milyon 647 min 700 manat həcmində məhsul istehsal edilib ki, bu da 2016-ci ilin müvafiq dövründəki göstəricini 0,9 faiz üstələyib. Sənaye sahəsi yaranmış ümumi daxili məhsulda 36 faizlik payla ilk yerdə təmsil olunur.

İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-fevral ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 96 milyon 652 min 600 manat  həcmində investisiya yönəldilib ki,  bu da  bir il öncəki göstəricidən 0,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 88 milyon 988 min 400 manatı və ya 92,1 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Muxtar respublikada əhalinin müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması, sürətli internetlə ümumdünya elektron məkanına inteqrasiyası bu sahənin də dinamik inkişafıma təkan verib.   

“2017-cı ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 8 milyon  700 min manatı ötmüşdür. Bu dövr ərzində mobil rabitə xidmətlərinin həcmi 7 milyon 217 min manat təşkil etmiş, bir il öncəki göstərici ilə müqayisədə 1,6 faiz artmışdır”.

Kənd təsərrüfatı muxtar respublikanın iqtisadiyyatında əsas yerlərdən birini tutur. Bu sahə ilə bağlı statistik göstəricilər isə belədir.

“2017-ci ilin yanva-fevral aylarında muxtar respublikada 14 milyon manata yaxın kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,6 faiz çoxdur.  Bu dövr ərzində diri çəkidə 3443 ton ət, 4844 ton süd istehsal edilmiş, 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə ət  istehsalı 5,7 faiz, süd istehsalı 1,5 faiz artmışdır. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal

olunur. Bu məhsulların 120 növü ərzaq 246 növü qeyri ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri ərzaq olmaqla, 344 növdə məhsula olan təlabatın tamamıilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib. Ötən müddət ərzində təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları da davamlı olaraq yaxşılaşdırılıb. 2017-cı ilin yanvar-fevral  aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 2 milyon 826 min 400 mana həcmində kreditlər verilib.Verilmiş kreditlərin 26 faizi qısamüddətli, 74 faizi uzunmüddətli kreditlər olub”.

İqtisadi və sosial sahələrdə qazanılmış uğurlar əhalinin həyat səviyyəsini də əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Əhalinin gəlirlərinin artımına gəldikdə isə: “Əhali gəlirləri 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 242  milyon manatı ötmüş, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 539 manat təşkil edib. 2017-cı ilin yanvar ayında  muxtar respublika iqtisadiyyatında  bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 413,4 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artıb”.

İqtisadiyyatın şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət şərait yaradıb.

“2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikada 38 milyon 423 min 700 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 1 faiz artaraq 36 milyon 676 min  800, idxalın həcmi 50,1  faiz azalaraq 1 milyon 746 min 900  ABŞ dolları təşkil edib, 34 milyon 929 min 900 ABŞ dolları həcmində müsbət saldo yaranıb”. 

Ötən müddətdə muxtar respublikamızın zəngin tarixi keçmişi, təbiəti turizmin inkişafı üçün yaradılan şərait də öz sözünü deyib.

“Həyata keçirilən tədbirlər MR-ya gələn turistlərin sayına da öz müsbət təsirini göstərib. Cari ilin yanvar-fevral  ayları  ərzində muxtar respublikaya 45 min nəfərə yaxın turist gəlmişdir ki, bu da bir il öncəki  göstəricidən 7  faiz çoxdur”.

Müsahibimiz muxtar respublikadakı demoqrafik vəziyyətlə bağlı isə bunları deyib:            

“1 fevral  2017-cı il tarixə muxtar respublikada əhalinin sayı 1 il öncəyə nisbətdə 4638 nəfər  artaraq 449 min   nəfəri ötüb”.

 

                                                                         Turab Hacızadə

NTVxəbər

 

www.naxcivantv.az