Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Etna vulkanının püskürməsi səbəbindən Kataniya aeroportu bağlanılıb

Etna vulkanının püskürməsi səbəbindən Siciliyanın ən böyük ikinci şəhəri olan Kataniyanın aeroportu bağlanılıb.

Naxcivantv.az xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda texnika uçuş-eniş zolağını vulkan külündən təmizləsə də, vəziyyət yenə də kirtik olaraq qalır. Kataniyaya gələn təyyarələrin bir hissəsi şəhərdən 100 kilometr məsafədə yerləşən Komizo hava limanına yönləndirilir.

Qeyd edək ki, Etna fevralın 28-də oyanıb. Son günlər vulkanın aktivliyinin xeyli artdığı və 2,7 min metr yüksəklikdə iki lava axını müşahidə olunur. Son günlər vulkanik maddələrin püskürməsi nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

www.naxcivantv.az