Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikanın rayonlarında  Novruz şənlikləri keçirilib - FOTOLAR

Ata-babalarımızdan bizə yadigar qalan, milli ruhumuzu özündə əks etdirən Novruz bayramı Babək rayonunda da hər il yüksək əhval-ruhiyyə ilə qeyd olunur.

Bu bayram münasibətilə Babək rayonunda da şənlik keçirilib. Babək qəsəbəsinin tədbirlər meydanı bayramsayağı bəzədilib.

Naxcivantv.az xəbər verir ki, tədbirin aparıcıları rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək bildiriblər ki, bu bayram bizim milli bayramımız olmaqla bərabər, həm də bütün dünyada ən qədim bayramlardandır. Babəklilər hər zaman bu bayramı böyük sevinclə qeyd ediblər. Novruzun dövlət səviyyəsində qeyd olunması bizi daha da qürurlandırır. Bu qürurun digər səbəbi isə budur ki, ildən-ilə dövlətimizin gücü daha da artır. Hər yerdə böyükhəcmli quruculuq, abadlıq işləri aparılır, kəndlərimiz öz simasını dəyişir. Təkcə Babək rayonunda ötən il Xəlilli, Hacıvar, Yarımca, Məzrə kimi kəndlərdə yeni sosial obyektlər tikilib, kompleks quruculuq işləri görülüb, kənd yolları abadlaşdırılıb. Elə bunun özü də bir bayram sevincidir. Novruz bayramı isə bu sevincimizi ikiqat artırır.

Bayram tədbirində mədəniyyət və incəsənət ustalarının ifalarında Novruzu, baharı vəsf edən mahnılar oxunub, milli musiqi alətlərində xalq mahnıları, aşıq havaları səsləndirilib.

Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb. Xalq çalğı alətləri, nağaraçalanlar və sazçalanlar ansambllarının ifaları, yallı qrupunun təqdim etdikləri rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Müxtəlif milli oyunlar, qədim məişət əşyaları, milli mətbəx nümunələri  və şirniyyatlar, adət-ənənələrimiz, folklorumuz nümayiş etdirilib.

Tədbirdə yun darama, cəhrədə yun əyirmə, xalça toxuma, kırkırada qovut çəkmə, daşda ət döymə və sair bu kimi qədim el nümunələrimiz də ictimaiyyətin nümayəndələri tərəfindən maraqla izlənilib. 

Həmçinin tədbirdə rayonun məktəbdənkənar müəssisələrinin üzvlərinin əl işlərindən ibarət sərgi və iaşə xidməti də təşkil olunub.

Bayram şənlikləri Babək rayonu ilə yanaşı Şərur, Şahbuz, Culfa, Ordubad, Kəngərli və Sədərək rayonlarında da yüksək əhval ruhiyyə ilə qeyd edilib.

 

Babək rayonu

Şərur rayonu

Ordubad rayonu

Culfa rayonu

Kəngərli rayonu

Şahbuz rayonu

Sədərək rayonu

 

 

                                                                             Kənan Cəlilov

NTVxəbər

 

www.naxcivantv.az