Salam, 2020! Salam, Ağbulaq kəndi!  Bir zamanlar ağbulaqlılara xəyal kimi görünən, bu gün isə reallığa çevrilən Azərbaycanın ən müasir kəndlərindən biri olmusan. 

31 dekabr gecəsi səmanda atəşfəşanlıq oldu. Bu təkcə yeni ilə xoş gəldin mesajı deyildi, həm də yeni günlərinin başlanmasının  müjdəsi idi.

Əslində bu xoş günlərin əsası 2013-cü ilin yanvar ayında qoyuldu və   muxtar respublikanın kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi kimi Ağbulaqda mühüm tədbirlərin görülməsinə başlanıldı. İstifadəyə verilən  Ağbulaq İstirahət Mərkəzi, məktəb binası, kənd və xidmət mərkəzləri, yolların müasir səviyyədə yenidən qurularaq asfaltlanması, internetdən istifadə imkanı hər bir ağbulaqlını sevindirir. 2018-ci ildə hər bir kənd sakininin evində yenidənqurma işləri aparıldı, həyətlər  abadlaşdı, yeni təsərrüfat binaları tikildi.

Bir qədər əvvələ qayıdaraq deyim ki, 2013-cü ildən Ağbulaq naxçıvanlıların  ən çox üz tutduğu ünvanlardan birinə çevrilib.  Hazırda Ağbulaq İstirahət Mərkəzində populyar istirahət növləri təşkil edilir. Gənclərin burada keçirdikləri günlər daha yaddaqalan olur. Mərkəz muxtar respublikanın  dövlət qulluqçularının ailələri ilə birlikdə şənbə, bazar günləri mənalı istirahətinə ev sahibliyi edir. 

Hər il kəndin həyatında yeni hadisələrlə yadda qalır. Belə hadisələrdən biri də 2018-ci ilin  dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatının keçirilməsi oldu. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması ilə muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə digər kəndlərdə də tətbiq etmək istiqamətində ən mühüm  hadisə kimi yadda qaldı. Həmin ilin iyul ayında Ağbulaq daha bir möhtəşəm tədbirin şahidi oldu. Burada Xizək Mərkəzinin təməli atıldı. Azərbaycanda  3-cü dağ-xizək mərkəzinin yaradılması Ağbulaqda gerçəkləşdi.  Məlumdur ki, dağ xizəkçiliyinin inkişafı üçün təbii şərait mühüm amildir. Ağbulaq kəndinin  relyefi və iqlim xüsusiyyətləri burada Xizək Mərkəzinin  yaradılmasına geniş imkanlar açır. Hazırda dağ-xizək enişinin, kanat yolunun, xizəksürmə məktəbinin, əyləncə və uşaq parklarının yaradılması,  süni qaryaratma sistemlərinin qurulması istiqamətində işlər davam etdirilir. Ərazidə turistlərin istirahəti üçün xidmət sahələri də fəaliyyət göstərəcək. 

Dağ-xizək enişinin bir hissəsi hazırdır. Bu günlərdə Naxçıvanın fəal gəncləri  Fərid Seyidov və Fərman Hacıyev mərkəzə ilk turlardan birini təşkil etdilər. Həmkarlarımla biz də mərkəzə yollandıq. Hər kəs həyəcanlı idi. Çünki bir zamanlar televiziya kanallarından xizək mərkəzlərini  həsrətlə izləyirdik.  Artıq Naxçıvanın da Xizək Mərkəzi var. Həyəcanla xizək geyimlərimizi geyindik, mərkəz təlimçilərinin müşayiəti ilə Ağbulaqda ilk dəfə xizək sürdük. Daha doğrusu, sürməyə çalışdıq.   Güründüyü qədər asan olmayan bu idman növü ayaq üstə dura bilən hər bir insan üçün maraqlı və həyəcanlıdır.  Tam olmasa da, ilkin vərdişlərə yiyələndik.  

Hər birimiz ilk dəfə öz doğma torpağımızda  xizək sürmənin sevincini yaşayırdıq. Naxçıvan Dövlət Televiziyasının baş redaktoru  Ramal Məmişovla sevincimizi paylaşdıq: Həqiqətən, möhtəşəm və fərqli gün oldu. Qış aylarının ən əyləncəli məşğuliyyətlərindən biri xizək idmanıdır. Artıq Naxçıvanda bu idman növü ilə də məşğul olan gənclər yetişəcək. Bilməmiş deyilsiniz ki,  2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına bu idman növü də əlavə olunub. Kim deyə bilər ki, gələcəkdə keçiriləcək belə möhtəşəm yarışlarda naxçıvanlılar da öz güclərini sınamayacaq, muxtar respublikanın idman tarixinə yeni qələbələr yazdırmayacaq?

Yuxarıda da qeyd etdiyimiz  kanat yolunun qurulması davam edir.  Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaqdır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaq. Bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcəkdir.  Bunu da qürurla deyim ki, kanat yolu vasitəsilə Şahbuz rayonun əsrarəngiz gözəlliyini səmadan izləmə imkan qazanacağıq.

Axşama doğru Ağbulaq kəndindən xoş təəssüratlarla ayrılırıq. Yaxın zamanlarda yüzlərlə turistin ayaq basacağı bu yurd yerimizin xoş günləri hər birimizi sevindirir, qürurlandırır. Heç şübhə yoxdur ki, çox yaxın gələcəkdə bu kənd dünyanın ən tanınmış məkanlarından birinə çevriləcək.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi   Sədrinin dediyi kimi: “Ağbulaq kəndində ilin bütün fəsillərində turizmi inkişaf etdirmək mümkündür. Təbiəti, havası və müasir infrastrukturu kənddə istər yaz, yay və payız, istərsə də qış turizminin inkişafı üçün geniş imkanlar açır. Qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq kənddə dağ-xizək mərkəzinin qurulmasına başlanılmışdır. Turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıdacaqdır”.    

Sara Əzimova

                                               jurnalist

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

07-08-2020-13-30 Xəbərlər

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsu...

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

07-08-2020-12-50 Xəbərlər

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

Muxtar respublikada çimərlik futbolu üzrə ilk çempionat keçirilir. Ötən gün star...

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

07-08-2020-09-56 Xəbərlər

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində...

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

07-08-2020-09-18 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

07-08-2020-00-00 Xəbərlər

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

Naxçıvanın elm məbədində əldə edilən uğurlar elmə göstərilən qayğının təntənəsid...

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

06-08-2020-18-02 Xəbərlər

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

Naxçıvan balı öz dadı, tamı, üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zaman...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

06-08-2020-17-39 Xəbərlər

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki...

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

06-08-2020-15-00 Xəbərlər

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satı...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-14-35 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

06-08-2020-14-27 Xəbərlər

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin a...

Muxtar respublikada yaradılan yeni meliorasiya və irriqasiya sistemləri aqrar sektorun inkişafını təmin edir

06-08-2020-13-50 Xəbərlər

Muxtar respublikada yaradılan yeni meliorasiya və irriqasiya sistemləri aqrar sektorun inkişafını təmin edir

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sa...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-12-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

2020-ci il Naxçıvan üçün uğurlu tarixə çevrilməkdədir

06-08-2020-10-36 Xəbərlər

2020-ci il Naxçıvan üçün uğurlu tarixə çevrilməkdədir

Bunu ilin birinci yarısının yekunları məlum olan ötən ayın sosial mənzərəsi də t...

“Naxçıvan” Universiteti beynəlxalq layihəyə tərəfdaş seçilib

05-08-2020-16-56 Xəbərlər

“Naxçıvan” Universiteti beynəlxalq layihəyə tərəfdaş seçilib

“Naxçıvan” Universitetinin  Beynəlxalq əlaqələr şöbəsi yeni akademik  ildə daha ...

Ötən günün mənzərəsi - VİDEO

05-08-2020-11-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM

05-08-2020-11-32 Rəsmi

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev avqustun 5-də Bakı şəhərinin Yasamal rayonu ərazisində av...