Bu yazını yazmaq üçün xeyli düşündüm. Amma yazmalıydım, hökmən yazmalıydım.

Həyatının 60-nın 25-ni blokadalı Naxçıvana həsr edən, gözlərimizlə gördüyümüz, yaşadığımız dözülməz əziyyətli illərin önündə gedən, o qara günlərin bütün ağırlıqlarını çiyninə götürən, bu yolda sağlamlığından keçən, muxtar respublikanın dörd bir tərəfindəki qurulanların, yaradılanların hər biri üçün dəfələrlə o ərazilərə gedən, saatlarla ayaq üstündə qalan və nəhayət, bugünkü Naxçıvanı naxçıvanlılara bəxş edən Cənab Vasif Talıbovun ömür yolunun 60-cı dayanacağına çatdığı gün hökmən yazmalıydın. Bunu bir naxçıvanlı kimi özümə mənəvi borc bildim. Əvvəl bu, mənə çox çətin gəldi. Nə üçün? Fikirləşdim ki, bu yazını necə qura bilərəm ki, Cənab Sədrimizə layiq olsun. Son qərarım belə oldu ki, rəsmiyyəti tamamilə bir kənara qoyub yazımın fədakar qəhrəmanının muxtar respublikamıza 25 illik rəhbərliyi dövrünü onun 25 insani xüsusiyyətləri ilə səciyyələndirməklə səmimi bir yazı ortalığa çıxara bilərəm. Beləliklə bütün naxçıvanlıların sonsuz sevgisini qazanan Cənab Sədrimizi xarakterindəki 25 qiymətli məziyyətlə yazımı başlayıram…

Sadəlik… Deyirlər ki, zəhmət adamlarının övladları onlardan halallıq, sadəlik əxz eləyərək öz həyatlarını da bu təməllər üzərində qururlar. Cənab Sədrimizin də 60 il əvvəl zəhmətkeş bir ailədə dünyaya gəlməsi, halal əməyi ən böyük mənəvi dəyər hesab edən valideynlərin mühitində böyüməsi Onun həyat yolunun hər ötən ilində özünü göstərməkdədir.

Əqidə... İnsanın sahib olduğu ən ali dəyər onun əqidəsidir. Bunu özlüyündə nə cür formalaşdırırsansa, dünyaya baxışın da o cür olur. Əqidənin düzgün olması onlara rəhbərlik edən insanların xoşbəxtliyidir. Çünki onlar bu gündən sabaha, sabahdan gələcəyə rəhbərlərinin baxış bucağı ilə getməli olurlar. Naxçıvanlılar xoşbəxtdirlər, çünki onlar blokadanın 25 il öncəki acılarından bugünkü firavanlığa bu düzgün əqidənin sayəsində nail ola biliblər. Böyük Konfutsi deyirdi: – “Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır”. Bəli, 25 il əvvəl Cənab Sədrimizin yandırdığı bir şamla bu gün bütün muxtar respublika aydınlıq içərisindədir.

Sədaqətlilik… Etiraf edək ki, sədaqət, sadiqlik, etibar heç də insanların arasında çox təsadüf edilən xüsusiyyətlər deyil. Ali Məslis Sədrinin ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyi biz naxçıvanlılara həm də illərdir, Onu sədaqətli və etibarlı bir insan kimi tanıdıb.

Dövlətçilik… Hələ ümummilli liderimiz Naxçıvanda yaşayıb işləyərkən burada gələcək milli dövlətçiliyin əsası qoyulurdu. Müstəqilliyimizi əldə etdikdən, ulu öndər Azərbaycana ikinci dəfə rəhbərliyə başladıqdan sonra 1995-ci ildən Azərbaycan dövlətçiliyinə sonsuz sevgi ilə Naxçıvanda həyata keçirilən işlər milli dövlətçiliyimizin yaradılmasına, sonrakı illərdə möhkəmlənməsinə ən böyük töhfə olmuşdur.

Vətənpərvərlik… Həyatın 25 ilinin dövlət işinə verilməsi qədər böyük vətənpərvərlik ola bilməz. Hələ 25-in hər ilinin bir kitaba sığan tarix olması isə əsl vətəndaşlıqdır. Əsl vətəndaşlar isə həm də əsl vətənpərvərdirlər və onlara görə dahilərdən birinin dediyi kimi: Vətənin dərdinə yad qala bilməz!

Mübarizlik… Naxçıvanın blokadasına- bütün sahələrdəki çətinliklərə, sanki həyatın birdən-birə dayanmasına yalnız mübarizə apararaq qalib gəlmək mümkün ola bilərdi. Naxçıvanlılar isə tarixin bütün dönəmlərində yaranan çətinlikləri məhz elə mübarizlikləri ilə yara biliblər. Bir naxçıvanlı kimi Cənab Sədrin də mübarizliyi 25 ilin başlanğıcı ilə bu gün arasında körpü sala bilmişdir.

Prinsipiallıq… Cənab Sədr həyatının 60 ilinin 25-ni verdiyi bu uzun illərdə sübut etdi ki, blokada heç də maneə ola bilməz. O yerdə ki, prinsipiallıq var, o, blokadanı yarıb bügünkü Naxçıvana çevrilə bilər. O Naxçıvan ki, indi minlərlə turistlərinin, qonaqlarının heyran qaldıqları, təəssüratlarında əbədiləşən, dünya mediasında sözü gedən qədim və müasir diyardır.

Yorulmazlıq… Prinsipiallıq həm də yorulmazlığı şərtləndirir. Yorulmazlıq isə fərqlilikdir. Gündəlik təkrar olunan işlərdən yorulduğumuz dilimizdən düşmədiyi halda düz 25 il muxtar respublikanın yüzlərlə yaşayış məntəqələrində, kəndlərində eyni işləri aparmaq – məktəblər, kənd, xidmət mərkəzləri, digər obyektlər tikdirmək, yollar, körpülər salmaq, bütün bunların hər biri ilə maraqlanmaq, açılış mərasimlərində iştirak etmək düşünəndə bir insanın enerjisi daxilindədirsə, O, fərqlidir. Bu fərqliliyi isə Ulu Yaradan həyata rəhbər, xilaskar kimi göndərdiyi insanlara bəxş edir.

Dözümlülük… Muxtar respublikanın davamlı inkişafına böyük dözümlə, səbrlə nail olunub. Bunu blokadanın canlı şahidləri təsdiqləyə bilər. Həqiqətən də bütün infrastrukturun məhv edildiyi, elektrik enerjisi, təbii qaz, mənsub olduğumuz ölkə ilə quru yolla əlaqənin kəsildiyi, insanların aclıq, səfalətə, sərhəd kəndlərin ermənilər tərəfindən gülləbarana məruz qaldığı, gələcək üçün ümidverici bir zərrənin belə olmadığı bir dövrdə zamanın bu keşməkeşlərinə dözməyi, səbr etməyi hər kəs bacara bilməzdi. Səbrli insanları Allah sevər, onların yollarını açar. Bu mənada Cənab Sədrimiz böyük səbri, təmkini ilə Ulu Yaradanın sevimli bəndəsidir.

Uzaqgörənlik… Naxçıvanın o qara günlərdən uzaqgörənlik xilas etdi. Cənab Sədrimizin böyük uzaqgörənliklə hadisələrə yüksək səbr və təmkinlə yanaşması, gələcəyə hesablanan düşünülmüş siyasətində Naxçıvanın perspektivini görə bilməsi, bunun üçün atdığı doğru və dürüst addımlar muxtar respublikanın ilk olaraq var olmasını, daha sonra hərtərəfli inkişafını reallaşdırdı. Məşhur dövlət adamlarından birinin də dediyi kimi: “Siyasətdə doğru və dürüst olanlar həmişə qalib gəlir”. 

Cəsarətlilik… Uinston Çörçill deyirdi ki, cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir. Bəli, söz yox ki, bütün işlərin, hadisələrə yanaşmanın başlanğıcında cəsarət dayanır. Muxtar respublikanın 90-cı illərində görünən bu idi ki, bütün sahələr iflic vəziyyətə düşmüşdü və buranın dirçəldilməsinə sıfırdan başlanmalı idi. Bu isə həqiqətən böyük cəsarət tələb edirdi. Həmin cəsarəti isə Cənab Sədrimizin şəxsində görə bildik. Bu cəsarət naxçıvanlılara da stimul oldu. İnsanlar öz rəhbərlərinə inanaraq onun ətrafında birləşdilər və Cənab Vasif Talıbovun həmişə nitqində səsləndirdiyi “güc birlikdədir” kəlamı ilə bir olaraq muxtar respublikanın inkişafına öz töhfələrini verdilər.

 Qurucu Rəhbər… Ümummilli liderimizin Naxçıvanda başladığı quruculuq siyasəti ötən 25 ildə yüksək səviyyədə davam etdirilib və hər il coğrafiyası bir qədər də genişləndirilib. Cənab Sədrimizin göstərişi ilə quruculuq işləri ucqarlardan başlandı. Çünki Onun fəaliyyətində hər zaman insan amili ön sırada dayanıb. Kənd yerlərində insanların rahatlığının təmin olunması, kəndlə şəhər arasında fərqin aradan qaldırılması, müasir infrastrukturun yaradılması, yeni məktəblərin, səhiyyə ocaqlarının tikilməsi, xüsusilə bərbad vəziyyətdə olan yolların abadlaşdırılması ötən illərin Naxçıvanının sosial-iqtisadi inkişafının əsas göstəricilərinə çevrilmişdir. İnsanlara göstərdiyi bu qayğı ilə Cənab Sədr onların Qurucu Rəhbərinə çevrilmişdir.

Ənənəvilik… Beşminillik Naxçıvan qədim adət-ənənələrə, mentalitetə malik bir diyarıdır. Ötən illərdə tariximizin, etnoqrafiyamızın, folklorumuzun qorunub yaşadılması, nəsillərdən-nəsillərə ötürülməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilib. Naxçıvan həm də abidələr diyarıdır. Burada bir vaxtlar məhv olmaq təhlükəsi ilə üz-üzə qalan yüzlərlə qədim abidələrimizə son 25 ildə gələcəyimizə xidmət amalının keçmişimizi yaşatmaq olması dilindən düşməyən Cənab Vasif Talıbovun sayəsində yeni həyat verilib.

Zövqlülük… Naxçıvana gələn qonaqların, turistlərin buradakı sosial obyektlərin xüsusi zövqlə tikildiyini söyləmələrini, parkların cazibədarlığından söhbət açdıqlarını tez-tez eşidirik. Muxtar respublika rəhbərinin qədimliyi qorunaraq müasirləşdirilən Naxçıvanda tikilən-qurulanların hər birinin arxitektura layihəsinə baxmağa vaxt ayırması, yeri gələndə onların yenidən işlənməsinə göstəriş verməsi ilə bu gün belə yaraşıqlı binaların sahibinə çevrilmişik. Bu zövq Cənab Sədrimizin zövqüdür, bunun üçün də hər birimiz Ona minnətdarıq.

Təmizlik… Bugünkü Naxçıvan haqqında söylənən xoş sözlərdən biri də təmizliklə bağlıdır. Demək olar ki, bu gözəl diyara gələnlərin hamısı buradakı təmizliyə heyran qalırlar. Naxçıvanın maddi təmizliyi illərlə mənəvi təmizliyə də sirayət edib, buranı cinayətsiz zonaya çevirib. Çünki Naxçıvanın rəhbərinin fəaliyyət proqramında insan sağlamlığı və gələcəyi üçün həm maddi, həm də mənəvi təmizliyə xüsusi yer ayrılıb.

Qonaqpərvərlik… Naxçıvanlılarda qonaqpərvərlik gözəl keyfiyyətlərdən biridir. Gözəl keyfiyyətləri övladlara verə bilmək isə daha gözəldir. Muxtar respublika rəhbərinin ulularından aldığı qonaqpərvərliyin nəticəsidir ki, Naxçıvana gələn hər kəsin təəssüratında bu qonaqpərvərlikdən bəhs olunur.

 Zəhmətkeşlik… Cənab Sədrimiz əsl zəhmətkeş bir insandır. Blokadanın ilk illəri qışın soyuğunu dəf etmək üçün insanların kəsib sobalarda yandırdıqları, nəticədə isə ulu öndərimizin də söylədiyi kimi “təbiət qəbiristanlığı”na çevrilən Naxçıvanda ötən 25 ildə muxtar respublikanın tarixinin heç bir dönəmində olmayan qədər yaşıllıqlar salınıb. Keçirilən ümumxalq iməciliklərində camaatla birgə iştirak edən Cənab Sədr öz əlləri ilə yüzlərlə ting əkib ki, indi onların hər biri bar üstündədir.

Qayğıkeşlik… Zəhmətkeşlik həm də qayğıkeşlikdir. Çünki zəhməti duyan insan qayğıkeş olmaya bilməz. Cənab Sədrimizin fəaliyyətində zəhmət adamlarına xüsusi bir qayğıkeşliklə yanaşıldığı həmişə açıqca görünüb. Naxçıvanda aqrar sahənin sütunu sayılan zəhmət adamları üçün illərdən bəri yaradılan hərtərəfli şərait, ailə təsərrüfatlarına göstərilən dəstək, əməklərinin qiymətləndirilməsi, kənd təsərrüfatı məhsullarını istehsal edənlər üçün festivalların keçirilməsi ilə muxtar respublika rəhbəri zəhmət adamlarının ən yaxın dostuna çevrilib.

 Həssaslıq… Həqiqətən, gözəl keyfiyyətlərə malik insanın rəhbərliyi altında yaşamaq xoşbəxtlikdir. Hələ bu keyfiyyətlərdən bir həssaslıq olanda, bu xoşbəxtliyi ikiqat yaşayır insan. Muxtar respublikada elə bir sahə yoxdur ki, Cənab Sədrimiz həssaslıqla yanaşmasın. Elə hərtərəfli inkişafa da bu həssaslıqla nail olmuşuq. Çünki burada heç nə diqqətdən kənarda qalmayıb. Elə heç kim də diqqətdən kənarda qalmayıb diyarımızda. Xidmətində, fəaliyyətində, təhsilində, fərqlənənlərin hər birinin əməyi qiymətləndirilib. Bu, Naxçıvanda bir ənənəyə çevrilib. İndi artıq hər bir naxçıvanlı çox gözəl bilir ki, gəncindən yaşlısınadək, məktəblisindən tələbəsinə, idmançısınadək, fəhləsindən ziyalısınadək fərqlənən fərqli də qiymətini alır.

 Mərhəmətlilik…Mərhəmət insani dəyərlərin şahıdır, humanizm və insanpərvərlik məcmusudur. Cənab Sədrimizin mərhəməti ilə bağlı tək bir nüansı xatırlatmaq istəyirəm: Naxçıvanda sağlamlıq imkanları məhdud insanlara əlil demirlər. Muxtar respublika rəhbərinin uzun illər çıxışlarında insanpərvərliyindən əlil sözünü dilinə gətirə bilməyib onları fiziki qüsurlu şəxslər adlandırması Naxçıvanda bu söz birləşməsini formalaşdırıb. İndi burada hamı həmin sevgi və insanpərvərlikdən gələn həssaslıqla məhz bu ifadəni işlədir.

Etibarlılıq… Etibar insanın doğruluğunun, dürüstlüyünün, sədaqətinin, vəfasının təsdiqindən sonra yaranır. Cənab Vasif Talıbov ulu öndərimizə sədaqətinin, vəfasının ardınca naxçıvanlıları o çətin illərdən bu günlərə qovuşdurmaqla, haqlı olan insanların həmişə arxasında olmaqla etibarlılıq rəmzinə çevrilib. Bu gün insanlar etibar etdikləri rəhbərlərinə dərdlərini danışırlar.

Məğrurluq… Deyirlər insanların ətrafında olanlar zaman-zaman onlara yansıyır. Məğrurluq rəmzi sayılan Əlincədən məğrurluq alıb Cənab Sədrimiz. Əsrlərdir, tarixin yol yoldaşı, sirdaşı Əlincə necə məğrur dayanıbsa, naxçıvanlıların 25 ildə yol yoldaşı, sirdaşı, məsləhətkeş rəhbəri də eyni məğrurluqla dayanmaqdadır.

Xilaskarlıq... Bu sözün mənasını, mahiyyətini dərk etmək üçün blokadanın lap çətin ilk onilliyinin şahidi olmaq yetər. Bu günün o illərlə müqayisəsində Cənab Vasif Talıbov ulu öndərimizdən sonra ikinci xilaskardır. Naxçıvanın və naxçıvanlıların Xilaskarı.

Əbədilik… Mir Cəlal yazır: “ Bu səadət səhəri o qədər zəngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən”. Bu gözəl sözlər sanki Naxçıvan üçün deyillb. Bu gün muxtar respublikamızda hara baxsan, hansı göstəricilərə nəzər salsan, ürəyin açılır. 25 il əvvəlin qaranlıq səhərini yarıb şəfəqləri ilə zərrə-zərrə diyarımızı işıqlandıran o Günəş artıq Naxçıvanı əbədi bir nura qərq edib. Əbədilik isə tarixdir. Tarix durduqca yaşamaq deməkdir.

 Müdriklik… Böyük filosof Konfutsinin nəzəriyyəsinə görə üç yol bilgiyə-müdrikliyə aparır: düşüncə yolu - bu, ən nəcib yoldu; təqlid yolu - bu, ən asan yoldu; və təcrübə yolu - bu isə ən ağrı-acılı yoldu. 35 yaşında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışmağa başlayan Cənab Sədrimiz müdrikliyə doğru bu nəzəriyyənin üçüncü qanunu-təcrübə-ən ağrı-acılı yol ilə yolçu olmuşdu: Blokada Naxçıvanının təcrübəsi. 60 yaşa insanın müdriklik çağı deyirlər. 1995-ci ildə qarşıda olmazın əzab-əziyyətini görə-görə bu yolçuluğa başlayan Cənab Vasif Talıbov isə müdrikliyə elə 35 yaşında çatıbmış. Yoxsa Naxçıvan bugünkü Naxçıvan ola bilməzdi…

P.S. Ad gününüz, 60 yaşınız mübarək, Cənab Sədrimiz! Sizi həm də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilməyiniz münasibətilə təbrik edirik. Sizə uzun ömür, cansağlığı, Naxçıvanımızın daha da inkişafı naminə uğurlar arzulayırıq. Biz Sizinlə qürur duyuruq. Çox sevdiyiniz, qoruyub yaşatdığınız, məsləyinizə çevirdiyiniz tarix isə özü Sizin qiymətinizi verib, adınızı səhifələrinə yazmaqla Sizi tarixi şəxsiyyətə çevirib.

 Mətanət Məmmədova

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

21-01-2020-17-35 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

MƏNALI ÖMÜR YOLU

21-01-2020-16-53 Xəbərlər

MƏNALI ÖMÜR YOLU

Elm elə bir ciddiyətdir ki...

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

21-01-2020-15-47 Xəbərlər

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

Muxtar respublikada enerji sahəsində alternativ və bərpa olunan enerji mənbələri...

Respublika çaylarında suyun səviyyəsi azalıb

21-01-2020-15-26 Xəbərlər

Respublika çaylarında suyun səviyyəsi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin...

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

21-01-2020-13-20 Xəbərlər

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

21-01-2020-12-31 Xəbərlər

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

21-01-2020-11-49 Xəbərlər

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Ötən günün mənzərəsi - VİDEO

21-01-2020-09-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

20-01-2020-18-57 Xəbərlər

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Bir ana həsrəti...

20-01-2020-16-27 Xəbərlər

Bir ana həsrəti...

Bir qələbəliyin tam qarşısındayam. Qələbəlik deyirəm, bildiyin insan karvanı.

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

20-01-2020-16-00 Xəbərlər

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-...

Şanlı Yanvarın şəhid məktəbliləri

20-01-2020-14-50 Xəbərlər

Şanlı Yanvarın şəhid məktəbliləri

30 il bundan öncə azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğ...

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20-01-2020-14-00 Xəbərlər

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib.

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

20-01-2020-12-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

20-01-2020-10-08 Xəbərlər

Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

Gələcək nəsillərimiz müstəqilliyin bugünkü  şirinliyini dadsalar da, tariximizi,...

Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

20-01-2020-09-00 Xəbərlər

Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

NUHÇIXAN xəbər verir ki, Təbriz şəhərində fəaliyyət göstərən “Fəcr Azərbaycan” q...

QÜRUR GÜNÜM

20-01-2020-00-53 Xəbərlər

QÜRUR GÜNÜM

İnsanın yüksəldiyi ən uca zirvə ŞƏHİDLİKDİR. Şəhidlik Vətənlə bir olmaqdır, V...

20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

20-01-2020-00-00 Xəbərlər

20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

Bakıda sovet ordusu tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc ...

20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

19-01-2020-17-12 Xəbərlər

20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

Azərbaycan xalqı tarixin müxtəlif səhifələrində öz müstəqilliyi, azaldığı uğrund...

Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

19-01-2020-15-20 Xəbərlər

Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin güclənd...

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

18-01-2020-14-53 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirl...

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

18-01-2020-14-29 Xəbərlər

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tə...

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

18-01-2020-13-00 Xəbərlər

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Re...

20 Yanvar faciəsi rəsm əsərlərində

18-01-2020-11-50 Xəbərlər

20 Yanvar faciəsi rəsm əsərlərində

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Sa...

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

18-01-2020-09-51 Xəbərlər

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq A...

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-23 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

Muxtar respublikada ədliyyə orqanları dövlət qayğısı ilə əhatə olunub.

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir.

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

18-01-2020-00-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

Daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

17-01-2020-17-55 Xəbərlər

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Vet...

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020-16-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin...