Antik yunan filosofu Aristotel “Politika” əsərində yazır ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir.

Bu mənada, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov da böyük siyasətdə və dövlət idarəçiliyində bütün uğurlara məhz xalqın böyük sevgisi, mənəvi dəstəyi, etimadı sayəsində nail olub. Ən mühüm fakt odur ki, cənab Vasif Talıbov blokada şəraitində yerləşən Naxçıvanda iqtisadi uğurlarla yanaşı, cəmiyyətin mənəvi bütövlüyünü yarada bilib. Əsl rəhbər digər insanlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış etmir, hadisələrə biganəlik-laqeydlik göstərmir. Öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməməsi ilə sübuta yetirir ki, onun hədəfləri xalqın xoşbəxt gələcəyi, işıqlı sabahıdır.  

Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı olan  Vasif Talıbovun milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, bu mənada, onun həm də yüksək liderlik əzmini nümayiş etdirir. Naxçıvanın 1990-cı illərdə düşdüyü siyasi, iqtisadi vəziyyəti hamımıza yaxşı məlumdur. Məhz həmin çətin illərdə Heydər Əliyevin xeyir-duası ilə Naxçıvana rəhbər təyin edildi. O, çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmadı, əksinə  xalqının, dövlətinin problemlərinə biganə qalmayaraq əzmkarlığını, xalqına olan sevgisini nümayiş etdirdi. Vasif Talıbov üzərinə düşən missiyanın öhdəsindən bu müddət ərzində və bu gün də uğurla gəlməkdədir.

Ulu öndərimizin müəyyənləşdirdiyi inkişaf strategiyasının reallaşdırılması sayəsində 25 ildir  ki, Naxçıvan Muxtar Respublikasının tərəqqisi ilə fəxr edir, qürurlanırıq. Bütün bunlar həm də nümunəvi vətənpərvərliyin, dövlətçiliyə dərin sədaqətin, sabitliyin, sosial-iqtisadi yüksəlişin təmin edilməsinin, ən əsası isə rəhbər qayğısının nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan səfərlərindən birində  “Heydər Əliyev öz vətəninə, doğulduğu yerə-Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”,- deməklə Naxçıvanın ictimai-siyasi həyatında mühüm addımlar atıldığını və muxtar respublika rəhbərliyinin bu istiqamətdə xalq üçün nə qədər mühüm işlər həyata keçirdiyini vurğulayıb.

Siyasi fəaliyyətdə uğur qazanmaq üçün ictimai inam və etibar başlıca şərtdir. Yalnız öz fəaliyyətini xalqa layiqli xidmət prinsipi üzərində quran və bunu əməli işi ilə sübuta yetirən şəxslər yüksək etimada layiqdirlər. Elə bu səbəbdən də ictimai rəyə əsaslanan, insanların maraq və mənafeyinə xidmət edən siyasi fəaliyyət hər zaman dəstəklənir, təqdir olunur. Müstəqillik dövründə muxtar respublikada inkişafın mükəmməl modeli yaradılıb. Bu model dövlət müstəqilliyimizin və davamlı inkişafın qarantı olan Heydər Əliyev siyasi xəttinə sonsuz sədaqət və xalqa xidmət prinsipləri üzərində qurulub. Böyük fransız maarifçisi Volter vaxtilə yazırdı ki, “İş ideya üçün yaranmır – ideya iş üçün yaranır”. Bu illərdə Naxçıvan Muxtar Respublikasının keçdiyi hərtərəfli inkişaf yolu da məhz xalq və dövlət üçün formalaşan ideyanın real həyatda təzahürünə çevrilmişdir. Bu gün Naxçıvanda Naxçıvan Muxtar Respublikasının hansı sahəyə baxsan, orada kompleks islahatların aparıldığının şahidi olursan. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilmişdir ki, bu uğurların blokada şəraitində qazanılması inanılmaz gerçəklikdir. Naxçıvanın inkişafdan intibaha qovuşması böyük siyasi xadim, dövlət adamı Ali Məclis Sədrinin düzgün idarəetməsinin nəticəsi, vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir. Ulu öndər Heydər Əliyev çıxışlarından birində “...Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. O, sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”,- demişdir. Bu ifadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ulu öndər Heydər Əliyevin etimadının doğrultması nəticəsində deyilib.   

1995-ci il 16 dekabr tarixi Naxçıvan üçün böyük dönüş ili oldu. Bu illər ərzində Naxçıvan Muxtar Respublikasının əldə etdiyi nailiyyətlər məhz ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı Vasif Talıbovun rəhbərliyi altında həyata keçirilib. Naxçıvan tarixi boyu bugünkü qədər böyük inkişaf yolu keçməyib. Əsrin dörddə biri qədər dövr ərzində muxtar respublika demək olar ki, bütün sahələrdə sürətli inkişaf əldə edib. Unutmayaq ki, bütün bunlar blokada şəraitində baş verib. Düşmən ölkə ilə əhatələnmiş bir halda, paytaxt Bakı ilə quru sərhəddin olmadığı bir vəziyyətdə bu qədər uğurun əldə edilməsi fövqəladə bir bacarıq, idarəetmə üstünlüyü və ən əsası vətənə məhəbbətdən qaynaqlanır. Naxçıvan Muxtar Respublikasının bütün şəhər, rayon, qəsəbə hətta ucqar kəndlərində belə müasir üslubda inzibati, sosial, təhsil və digər obyektlər qurulub, modern yollar və bütün infrastruktur çağdaş tələblərə tam cavab verməkdədir.

Doğulduğum Ordubad rayonuna və kəndlərinə səfər etdikdə insanın ürəyi fərəhlənir. Burada köklü yeniliklər, hər kəsin zövqünə xoş təsir bağışlayan abadlıq tikinti işlərini xüsusi olaraq qeyd edim. Onu da qeyd etməyi özümə borc bilirəm ki, 13 yanvar 2020-ci il tarixində Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilib. Bu yeniliklər əhali arasında böyük sevincə səbəb olub. Obyektlərin açılış mərasimində şəxsən iştirak edən Ali Məclis Sədrinə yerli sakinlər hansı sevgi, ehtiramla öz minnətdarlıqlarını bildirdilər. Bu rəhbərlə xalqın arasında olan, qırılmaz tellərlə bağlanan sevginin təcəssümü idi. Hər kəs onu öz doğması kimi qarşılayıb, ürək sözlərini deyirdi. Baxın, budur xalqın məhəbbətini öz əməli işi ilə qazanmaq.

İndi Naxçıvana gələn hər bir qonaq, turist böyük razılıqla geri dönərək bir daha bura qayıtmaq arzusunu bildirir. Bu münasibət Naxçıvanın təmiz, abad, müasir görkəm almasının nəticəsidir. Bu gün Naxçıvan, burada həyata keçirilən geniş layihələr haqqında deyilən hər bir xoş söz tərif deyil, Naxçıvanın gerçək və danılmaz həqiqətləridir.

Ən çox qiymətləndirilən məqamlardan biri də modernləşən, müasirləşən  Naxçıvanda milli-mənəvi dəyərlərin itməməsi, adət-ənənələrin bu gün də layiqincə yaşadılması, ailə modelinin, ənənələrinin dəyişməməsidir.  Azərbaycan mədəniyyətinin Naxçıvanda qorunub saxlanılmasıdır. Yəni müasirləşmə prinsipləri  milli köklər, təməllər  üzərində qoyulanda onun ömrü də uzun olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında həyata keçirilən quruculuq tədbirlərini, xüsusilə də Naxçıvanın bu illər ərzində təhlükəsizliyi, müdafiəsi istiqamətində fasiləsiz görülən işləri bir vətəndaş olaraq dəyərləndirməyi özümə borc bilirəm. Həm qorunub müdafiə edilən, həm də yenidən qurulub yaradılan müasir Naxçıvanın bu günü tarixə qızıl hərflərlə yazılacaq. Qızıl hərflərlə tarixə yazılan Naxçıvan Muxtar Respublikası tarixində isə Vasif Talıbovun adı artıq çoxdan qızıl hərflərlə tarixə düşüb. Qələmə aldığım bu fikirləri Ali Məclisin Sədri Vasif Talıbovun 60 illik yubileyi münasibətilə sadə vətəndaş mövqeyi olaraq bildirirəm. Ömrünüzün ən mənalı dövrünü Azərbaycan dövlətçiliyinin qurulmasına və möhkəmləndirilməsinə həsr etmiş dövlət və siyasət xadiminin xidmətləri qarşısında minnətdarlıq hisslərimi çatdırıram.

Cənab Sədr, Doğum gününüz, yubileyiniz mübarək olsun!

 

Samir Adıgözəlli

İSBAM sədri

boyukmillet.com saytının baş direktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...