NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir açıq elan edildikdən sonra torpaqlarımız uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar günü xalqımızın öz azadlığı,suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. Azərbaycan xalqının qəhrəmanlıq,mübarizlik tarixi kimi yaddaşlara həkk olunmuşdur. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu mənfur cinayət əməli,əslində,bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş açıq,dəhşətli terror aktı idi".- deyən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 20 yanvar hadisələri ilə bağlı ərtaflı çıxış edib. Bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışan daimi nümayəndəliyin rəhbəri bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm də unudulmaz qəhrəmanlıq səhifəsi kimi yaşayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet hakimiyyətinin qəddar rəhbərlərinin əmri ilə, qana susamış Sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, tanklar və digər ağır hərbi texnikadan istifadə edilməklə, dinc əhali atəşə məruz qoyulmuş, silahsız mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və yaşlı insanlar hərbi gəmilərlə gətirilmiş desant qrupları tərəfindən amansızcasına öldürülmüşdür. Bütün bunlar beynəlxalq hüquq normalarının, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının, fundamental insan hüquqlarının kobudcasına pozulması, ayaqlar altına atılması demək idi. 1990-cı il 20 yanvar hadisələrində doğma yurdunun müstəqilliyi, azadlığı və öz hüquqları uğrunda müdafiəyə qalxmış Azərbaycan xalqına qarşı, əslində, insanlıq əleyhinə qatı cinayət törədilmişdir-desək, daha doğru olar. Bütün bunlara baxmayaraq, bu qanlı cinayət aktı, qəlbi müstəqillik həsrəti ilə döyünən vətəndaşlarımızın, insanların azadlıq eşqini söndürə bilmədi və xalqımız canı, qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu.

Bəxtiyar Əsgərov qeyd edib ki, fədakar xalqımız o günlərdə böyük bir həqiqəti mahiyyəti ilə dərk etdi ki,vətənin,millətin bu ağır günlərində inanılmış bir liderə,onun rəhbərliyinə,xalqla birlikdə meydanlarda olmasına və xalqımızı düşdüyü bəlalardan qurtarmasına böyük ehtiyac var. O müdhiş günlərdə dünyaca tanınmış şəxsiyyət Heydər Əliyevin-böyük liderin Azərbaycana bir daha nə qədər gərəkli olduğunu qədirbilən xalqımız ən böyük həqiqət kimi dərk edirdi. 20 Yanvar faciəsi günlərində xalqının səsinə hər kəsdən birinci səs verən də məhz ulu öndərimiz Heydər Əliyev oldu. Ümummilli liderimiz o zaman Moskvada hələ xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı o zamankı daimi nümayəndəliyinə gəldi, bu qanlı təcavüzə qarşı kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən SSRİ-nın rəhbəri M.S.Qorbaçovu kəskin şəkildə ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ dağılmadığı bir vaxtda onu və bu İttifaqın başçısını paytaxt Moskvanın özündə belə sərt şəkildə tənqid etmək, sözün əsl mənasında, millət fədaisi olmaq, böyük hünər və cəsarət tələb edirdi.

Bununla da, ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev hər şeydən əvvəl vətən, xalq qarşısında təmənnasız olaraq vətəndaşlıq və milli mövqe nümayiş etdirmiş oldular. Xalqımızın böyük oğlu Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də 20 yanvar faciəsinə verilən ilk siyasi qiymət idi. Ümummilli liderimiz 1990-cı ilin 20 Yanvar hadisələrində canından keçmiş,əbədi yaşamaq hüququ qazanmış Vətən oğullarımızın fədakarlığını yüksək qiymətləndirərək demişdir: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəslləri də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il fevral ayında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların Sovet qoşunları tərəfindən qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib. “Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”, - deyən ümummilli liderimizin layiqli və ləyaqətli davamçısı,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən,onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirilir.

Hər bir xalq özünün xoşbəxt gələcəyini qurmaq, müstəqilliyini əbədi etmək üçün daim qan yaddaşını təzələməli, tarixi keçmişini,tarixində baş vermiş hadisələri dərindən bilməli və keçmişdə baş verənlərdən ibrət dərsi götürməlidir. Bu mənada,müstəqil Azərbaycan da Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlarının xatirəsinin əziz tutulması ilə qürur duyur. Bu gün müstəqil Azərbaycan 20 Yanvar faciəsini xalqımızın azadlıq uğrunda mübarizə tarixinin iftixar doğuran şanlı səhifəsi kimi qeyd edir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, respublikamızda şəhidlərin, o cümlədən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial-məişət,həyat şəraitinin yaxşılaşdırılması istiqamətində hər il davamlı tədbirlər həyata keçirilir. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Şəhidlərimizin qəhrəmanlığı şair və yazıçılarımızın qələmə aldıqları əsərlərdə yüksək səviyyədə tərənnüm edilir. Bu gün paytaxt Bakıda, həmçinin respublikanın digər bölgələrində yerləşən şəhər və qəsəbələrdə çox sayda küçə, prospekt, məktəb qürurla vətənimiz Azərbaycan uğrunda canından keçmiş əziz şəhidlərimizin adını daşıyır. Hər il respublikamızın bütün bölgələrindən milyonlarla insan Bakıdakı Şəhidlər xiyabanına gələrək Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsini yad etməyi özlərinə mənəvi borc hesab edirlər. Bu isə o deməkdir ki, nə qədər ki,müstəqil Azərbaycan var,xalqımız yaşayır,şəhidlərimizin əziz xatirəsi, onların amalları da yaşayır və bundan sonra əbədi yaşayacaq.”

Daimi nümayəndəliyin rəhbəri bildirib ki; “İllər,qərinələr,əsrlər keçsə də, 20 Yanvar faciəsi heç vaxt yaddan çıxmayacaq, həmişə xatırlanacaqdır. Azərbaycanın şanlı tarixinə qanla yazılmış bu gün ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərmişdir. Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın,müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.

20 yanvar günü hər il olduğu kimi,bu il də Naxçıvan Muxtar Respublikasında ümumxalq hüzn günü kimi insanların şəhər və rayonlarda ucaldılmış və müqəddəs ziyarətgaha çevrilmiş 20 yanvar abidələri önündə toplanması və izdihamlı tədbirlərin keçirilməsi ilə qeyd ediləcək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu sahədə imzaladığı müvafiq Sərəncama uyğun olaraq, muxtar respublikanın hər yerində, mərkəzi icra hakimiyyəti orqanlarında, idarə və müəssisələrdə, bütün xidmət sahələrində 20 yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçiriləcək. Muxtar respublikanın elm, təhsil, mədəniyyət və digər humanitar sahələrə aid mərkəzlərində faciəyə həsr olunmuş əsərlər, kitablar, qəzetlər, jurnallar və rəsm əsərləri sərgilənəcək,humanitar aksiyalar həyata keçiriləcək. Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursunun muxtar respublikada cənab Vasif Talıbov tərəfindən dönmədən həyata keçirilməsi sayəsində əldə olunan davamlı fəaliyyət uğurlarının nəticəsi kimi qeyd etmək olar ki, bu gün Naxçıvanda vətənə, torpağa, xalqa bağlılığı tərənnüm edən hər bir işin-vətən uğrunda vuruşaraq ,döyüşərək əlil olmuş şəxslərə mənzillərin, maşınların hədiyyə edilməsindən tutmuş,bu qəbildən olan muxtar respublika sakinlərinin sosial-məişət problemlərinin həllinə qədər görülən bütün işlərin,rahatlıq üçün salınan yolların,tikilən kənd mərkəzlərinin,yeniləşən,müasirləşən hər yerin, bir sözlə, ucaldılan möhtəşəm abidələrin, bu sahədə həyata keçirilən bir çox fəaliyyət proqramlarının gələcəyə ümid,inam və etibar hissinin möhkəmləndirilməsində, xalqımızda, xüsusilə, gənc nəsillərdə böyük gələcəyə inam hissinin aşılanmasında, milli yaddaşın qorunub saxlanılmasında məhz cənab Sədrin qeyd etdiyi kimi ayrıca mövqeyi,yeri vardır:“Azərbaycan xalqının mübarizə tarixi,xüsusilə,20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənc nəsillər üçün əsl vətənpərvərlik dərsidir".

Sonda Bəxtiyar Əsgərov Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fədakar və inamlı daxili və xarici siyasəti nəticəsində xalqımızın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin də tezliklə ədalətli mübarizəmizin uğurlu nəticəsi kimi həll ediləcəyinə ümidini ifadə edib. İllərdir ki,işğal altında olan doğma torpaqlarımızın tezliklə geri qaytarılacağına,haqqın,ədalətin bərqərar olacağına xalqımızın tükənməz inamının əsas verdiyini,buna qətiyyən şübhə olmadığını qeyd etmişdir. Naxçıvanda düşmən üzərində əldə edilmiş hərbi uğurlarımızın, on bir min hektardan çox vətən torpağının düşmən tapdağından azad edilməsinin, yaxın gələcəkdə bütün işğal edilmiş ərazilərimizdə bu uğurların davam etdiriləcəyi və xalqımızın düşmən üzərində inamlı qələbəsinin uzaqda olmadığı qətiyyətlə vurğulanıb.

Tədbir digər çıxışlar və bədii kompozisiya ilə davam etdirilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

27-02-2020-17-50 Xəbərlər

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

27-02-2020-17-08 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən NUH...

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

27-02-2020-16-23 Xəbərlər

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

Naxçıvanda poçt rabitəsi xidmətinin səviyyəsi yüksəldilir və maddi-texniki bazas...

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

27-02-2020-15-36 Xəbərlər

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet s...

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

27-02-2020-15-20 Xəbərlər

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

27-02-2020-14-39 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

27-02-2020-14-14 Xəbərlər

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folkl...

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

27-02-2020-12-51 Xəbərlər

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIX...

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

27-02-2020-12-22 Xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərin...

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

27-02-2020-11-43 Xəbərlər

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının rayonlarında Xocalı soy...

Ötən günün mənzərəsi - VİDEO

27-02-2020-10-43 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

27-02-2020-09-18 Xəbərlər

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlər...

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

26-02-2020-19-24 Xəbərlər

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

26-02-2020-17-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Şəhidlərin və şahidlərin şəhəri

26-02-2020-16-38 Xəbərlər

Şəhidlərin və şahidlərin şəhəri

Lay-lay dedim yatasan, Qızıl gülə batasan, Qızılgülün içində Şirin yuxu tapas...

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26-02-2020-16-19 Xəbərlər

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydan...

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

26-02-2020-16-00 Xəbərlər

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 2...

Sоy­qı­rım ümumbəşəri cinayətdir

26-02-2020-14-16 Xəbərlər

Sоy­qı­rım ümumbəşəri cinayətdir

Genosid, yaxud sоy­qı­rım hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu, b...

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

26-02-2020-11-52 Xəbərlər

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahan...

"Hökmdar" əsəri müzakirə olunub

26-02-2020-09-32 Xəbərlər

"Hökmdar" əsəri müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 saylı tam orta məktəbində "Oxunması zərur...

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

26-02-2020-09-18 Xəbərlər

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmu...

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

26-02-2020-09-00 Xəbərlər

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Qazaxıstanın paytaxtında fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezi...

VÖEN-i necə aça bilərik?

25-02-2020-17-41 Xəbərlər

VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq...

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

25-02-2020-16-45 Xəbərlər

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

Fevralın 24-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. ...

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

25-02-2020-16-07 Xəbərlər

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Şəhanə mebel” Məhdud ...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

25-02-2020-15-25 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

25-02-2020-14-49 Xəbərlər

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intiba...

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

25-02-2020-13-59 Xəbərlər

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

Naxçıvan teleradiosu  “Operator-videoteka” vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

25-02-2020-12-51 Xəbərlər

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Naxçıvan Muxtar Respublikasında ötən ay 8 milyon 642 min 600 manatlıq kənd təsər...