Muxtar respublikada ədliyyə orqanları dövlət qayğısı ilə əhatə olunub.

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın18-də yaradılmışdır.

Müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların qəbulu və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər zamanın tələbləri ilə səsləşmiş, cəmiyyətin inkişafını, başlıcası isə insan və vətəndaş hüquq, azadlıqlarının təmini məsələlərini başlıca amil kimi götürmüşdür. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görülmüş, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyulmuşdur.

Ümummilli liderin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquq xidmətinin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur. Belə ki, ədliyyə fəaliyyətinin normativ hüquqi əsasları təkmilləşdirilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir.

Muxtar respublika rəhbərinin ədliyyə sahəsinə diqqət və qayğısı nəticəsində ədliyyə orqanlarının müasirləşdirilməsi və inkişafı ilə bağlı son illərdə müvafiq qərarlar qəbul olunmuş, nazirliyin fəaliyyət istiqamətləri üzrə xidməti sahələrinin inkişafına diqqət yetirilmiş, 2005-ci ildə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialı, 2015-ci ildə isə həmin filialın əsasında Məhkəmə Ekspertizası Mərkəzi yaradılmışdır. Mərkəzin yaradılması ekspertiza işlərinin yüksək səviyyədə aparılmasına, hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərtərəfli araşdırılmasına böyük köməklik göstərmişdir.

2007-ci ildə nazirliyin tarixində ilk dəfə olaraq Penitensiar Xidmət yaradılmışdır. Xidmətin yaradılması muxtar respublikada cəza-icra siyasətinin həyata keçiriliməsinə öz müsbət təsirini göstərmiş, insan haqlarının etibarlı qorunmasına xüsusi ehtiyac duyulan sahələrdən biri olan bu sahədə müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilməyə başlanmışdır. Məhkumların saxlanma şəraitinin beynəlxalq standartalara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi, İstintaq Təcridxanası, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi tikilib istifadəyə verilmişdir.

Muxtar respublikada məhkumluq həyatı yaşayan insanların müxtəlif peşələr üzrə kurslara cəlbi və azadlığa buraxıldıqdan sonra öz  peşələrinə uyğun işlə təmin olunması da diqqət mərkəzində saxlanılmış, Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradıcılıq və istehsalat binası istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqnda Sərəncamına uyğun olaraq muxtar respublikamızda müasir elektron tələblərə cavab verən “elektron məhkəmə” və “elektron icra” sistemləri qurulub istifadəyə verilmişdir. Müasir texnologiyaların icra məmurlarının fəaliyyətində tətbiqi vətəndaşların onlara müraciət imkanlarının genişləndirilməsinə, icra prosesinin həyata keçirilməsində operativliyin və aşkarlığın təmin edilməsinə, məhkəmə və digər orqanların qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edir.

Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən nazirlik əhalinin hüquqi maarifləndirilməsində iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, penitensiar sistemə, notariat orqanlarının və qeydiyyat orqanlarının fəaliyyətinə rəhbərlik edir, məhkəmələrin və digər orqanların qərarlarının icrasını, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını, bələdiyyələrə metodoloji yardım və inzibati nəzarəti,  məhkəmə ekspertizalarının keçirilməsini və digər vəzifələrini təmin edir.

Hüquqi dövlətin inkişafı möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm addımlar atılmışdır. Bütün bu inkişafın fonunda ədliyyə orqanları işçilərinin sosial təminatının yaxşılaşdırılması, onların dövlət təltiflərinə, fəxri adlara və yüksək ali rütbələrə layiq görülməsi ədliyyə sisteminə göstərilən dövlət qayğısının bariz ifadəsidir. Qürurla deyə bilərik ki, muxtar respublikada gedən sürətli sosial-iqtisadi inkişaf, əhalinin rahat və təhlükəsiz yaşamasına, onların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına xidmət edir. Bu da hər bir ədliyyə işçisinə stimul verir ki, üzərinə qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlsin, öz fəaliyyəti ilə ölkəmizin inkişafına layiqli  töhfəsini versin. Ədliyyə işçiləri bundan sonra da xidməti vəzifələrini layiqincə yerinə yetirəcəklər.

 Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

27-02-2020-17-50 Xəbərlər

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

27-02-2020-17-08 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən NUH...

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

27-02-2020-16-23 Xəbərlər

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

Naxçıvanda poçt rabitəsi xidmətinin səviyyəsi yüksəldilir və maddi-texniki bazas...

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

27-02-2020-15-36 Xəbərlər

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet s...

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

27-02-2020-15-20 Xəbərlər

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

27-02-2020-14-39 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

27-02-2020-14-14 Xəbərlər

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folkl...

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

27-02-2020-12-51 Xəbərlər

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIX...

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

27-02-2020-12-22 Xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərin...

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

27-02-2020-11-43 Xəbərlər

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının rayonlarında Xocalı soy...

Ötən günün mənzərəsi - VİDEO

27-02-2020-10-43 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

27-02-2020-09-18 Xəbərlər

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlər...

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

26-02-2020-19-24 Xəbərlər

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

26-02-2020-17-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Şəhidlərin və şahidlərin şəhəri

26-02-2020-16-38 Xəbərlər

Şəhidlərin və şahidlərin şəhəri

Lay-lay dedim yatasan, Qızıl gülə batasan, Qızılgülün içində Şirin yuxu tapas...

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26-02-2020-16-19 Xəbərlər

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydan...

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

26-02-2020-16-00 Xəbərlər

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 2...

Sоy­qı­rım ümumbəşəri cinayətdir

26-02-2020-14-16 Xəbərlər

Sоy­qı­rım ümumbəşəri cinayətdir

Genosid, yaxud sоy­qı­rım hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu, b...

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

26-02-2020-11-52 Xəbərlər

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahan...

"Hökmdar" əsəri müzakirə olunub

26-02-2020-09-32 Xəbərlər

"Hökmdar" əsəri müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 saylı tam orta məktəbində "Oxunması zərur...

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

26-02-2020-09-18 Xəbərlər

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmu...

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

26-02-2020-09-00 Xəbərlər

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Qazaxıstanın paytaxtında fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezi...

VÖEN-i necə aça bilərik?

25-02-2020-17-41 Xəbərlər

VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq...

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

25-02-2020-16-45 Xəbərlər

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

Fevralın 24-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. ...

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

25-02-2020-16-07 Xəbərlər

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Şəhanə mebel” Məhdud ...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

25-02-2020-15-25 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

25-02-2020-14-49 Xəbərlər

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intiba...

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

25-02-2020-13-59 Xəbərlər

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

Naxçıvan teleradiosu  “Operator-videoteka” vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

25-02-2020-12-51 Xəbərlər

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Naxçıvan Muxtar Respublikasında ötən ay 8 milyon 642 min 600 manatlıq kənd təsər...