Daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

1924-cü il  yanvarın 18-də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin nəzdində Naxçıvan Daxili İşlər Komissarlığı yaradılmış və bununla da muxtar respublikada polis orqanlarının formalaşmasının əsası qoyulmuşdur.

Azərbaycan polisinin, o cümlədən Naxçıvan polisinin əsl inkişafı, milliləşməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövət qayğısı güclənmiş, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə, milli kadrların yetişməsinə xüsusi önəm verilmişdir. Sovetlər birliyinin süqutundan sonra da polis orqanlarına ən böyük kömək və qayğı 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləmiş ulu öndər Heydər Əliyev tərəfindən göstərilmişdir. Belə ki, onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Müdafiə Komitəsi yaradılmış və polis Müdafiə Komitəsi ilə birgə torpaqlarımızın qorunmasında fəal iştirak etmişdir.

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik, şücaət və əsl qəhrəmanlıq göstərən 16 polis əməkdaşı şəhid olmuş, 76 polis işçisi yaralanmışdır. Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə yaranmış mürəkkəb vəziyyət muxtar respublikadan da yan keçməmişdir. Müstəqilliyin əldə edildiyi ilk illərdə hakimiyyət uğrunda gedən daxili çəkişmələr, torpaqlarımıza Ermənistanın hərbi təcavüzü, dövlət strukturlarına təyin edilmiş təsadüfi və səriştəsiz rəhbərlərin yarıtmaz işi muxtar respublikamızda da ictimai sabitliyin tez-tez pozulmasına, kriminogen durumun əməliyyat nəzarətindən çıxmasına səbəb olmuşdur. Ancaq ulu öndər Heydər  Əliyevin rəhbərliyi ilə Naxçıvan bir çox təhlükələrdən qorunmuşdur.

Azərbaycan polisi bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlir, göstərilən diqqət və qayğını, etimadı vicdanlı xidmətləri ilə doğruldurlar.   

Bu gün Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında xidmət ən müasir tələblər səviyyəsində qurulmuşdur. Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən daxili işlər orqanlarına göstərilən diqqət və qayğı nəticəsində muxtar respublikada cinаyətlərin qаrşısının аlınmаsı və аçılmаsı, ictimаi аsаyişin təmini sаhəsində həyata keçirilən tədbirlərin keyfiyyəti daha da yaxşılaşdırılaraq kriminоgеn durum tam nəzаrətdə sахlаnılmışdır. Xidmət sahələri, оrqаn və hissələr yеni infоrmаsiyа tехnоlоgiyаlаrı, xüsusi rabitə və texniki vasitələrlə tam təmin оlunmuşdur.

Naxçıvan Muxtar Rеspublikası daxili işlər orqanlarının maddi tеxniki bazası ən müasir səviyyəyə çatdırılmış, Dахili İşlər Nаzirliyi аpаrаtının inzibаti binаsı dа dахil оlmаqlа bütün ərаzi pоlis оrqаnlаrının inzibаti binаlаrı yenidən qurulmuş, ən müasir хidməti аvtоmоbillər şəxsi heyətin istifadəsinə verilmişdir. Son illər polis sahə inspektorları üçün müasir tələblərə cavab verən 152 polis sahə məntəqəsi tikilib istifadəyə verilmişdir.

Xidməti avtomobillərin texniki baxışdan keçirilməsi işini asanlaşdırmaq məqsədilə Şərur,  Culfa  və Ordubad rayonları  ərazisində Dövlət Yol  Polisi İdarəsinin yeni texniki müayinə mərkəzləri tikilərək istifadəyə verilmişdir. Bu müayinə mərkəzlərində il ərzində təxminən 50 min avtomobilin texniki baxışdan keçirilməsi mümkündür. Yeni infоrmаsiyа teхnоlоgiyаsının  tətbiqi sаhəsində də bir sırа əsaslı tədbirlər həyata keçirilmişdir. Müasir infоrmаsiyа teхnоlоgiyаlarının  tətbiqi sаhəsində də bir sırа əsaslı tədbirlər həyata keçirilmişdir. Naxçıvan şəhərinin inzibati ərazisini əhatə edən “Təhlükəsiz şəhər” sistemi çərçivəsində şəhərin bir çox koordinatlarında təhlükəsizlik kameraları yenilənmiş, Şərur, Ordubad və Culfa rayon mərkəzlərində müşahidə kameraları quraşdırılmışdır. Nazirliyin internet saytında vətəndaşların müraciətlərinin elektron formada qəbulu üçün “Elektron poçt” guşəsi yaradılmış, ərazi və nəqliyyatda polis orqanlarının hamısı elektron sənəd dövriyyəsinə qoşulmuşdur.

Ali Məclis Sədrinin diqqət və qayğısı ilə daxili işlər orqanlarının keçdiyi böyük inkişaf yolunun daha bir əyani təsdiqi bu istiqamətdə çoxsaylı infrastruktur layihələrinin icra olunmasıdır. 2000-2018-ci illər ərzində Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının müasir səviyyəyə çatdırılması üzrə əməli-təşkilati tədbirlər işlənib həyata keçirilmiş, xidməti avtomobillər yeni model xarici markalı avtomobillərlə əvəzlənmişdir. Şəхsi hеyətin sоsiаl müdаfiəsinin dаhа dа yахşılаşdırılmаsı istiqаmətində tədbirlər ardıcıl olaraq həyata keçirilmiş və bu gün də davam etdirilməkdədir. Bu bахımdаn Dаxili Qoşunlаrın Nаxçıvаn Əlahiddə Əməliyyat Briqadasında xidmət еdən zаbit-gizir аilələrinin mənzil-məişət şəraitinin yаxşılаşdırılmаsı istiqаmətində tədbirlər görülmüş, hər biri 5 mərtəbəli 60 və 45 mənzildən ibаrət 2 yаşayış binası tikilib istifadəyə verilmiş, mövcud 2 mərtəbəli 8 mənzildən ibаrət yаşayış binаsına 1 mərtəbə də əlаvə olunmаqlа əsаslı təmir olunаrаq istifаdəyə vеrilmiş, hərbi qulluqçuların istifadəsində olan yaşayış binaları əsaslı təmir edilmişdir.

Daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi muxtar respublika rəhbərinin bu sahəyə qayğısının daha bir ifadəsidir. Belə ki, uğurlu kadr siyasətinin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kadr potensialının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc əməkdaşların hazırlanması nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmış və 2019-cu ilin oktyabr ayında istifadəyə verilmişdir. Bu təhsil müəssisəsi Daxili İşlər Nazirliyi sisteminin peşəkar kadrlarla zənginləşdirilməsi ilə yanaşı, muxtar respublikanın təhlükəsizliyinə və gənclərdə dövlətçiliyə xidmət fəlsəfəsinin formalaşmasına, vətənpərvərlik hisslərinin gücləndirilməsinə hesablanmış vacib qərar kimi mühüm tarixi əhəmiyyətə malikdir.

Son illər Daxili İşlər Nazirliyi sistemində cinayətkarlığa qarşı mübarizədə yeni metod və üsulların  tətbiq edilməsi və həyata keçirilən ideoloji iş nəticəsində muxtar respublikada asayişin mühafizəsi sahəsində baş verən müsbət dəyişikliklər cinayətkarlığın statistikası ilə müqayisədə tam aydınlığı ilə əks olunur. Naxçıvan polisi öz göstəricilərinə görə Azərbaycan Respublikası daxili işlər orqanları arasında qabaqcıl yerdə dayanmaqla cinayətkarlığa qarşı mübarizədə yaxşı nəticələr əldə etmişdir.

Bu gün Naxçıvan haqqında danışılanda fəxr edə biləcəyimiz çox uğurlar vardır. Bu uğurların qazanılması əlbəttə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif  Talıbovun diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin cinayətkarlığa qarşı mübarizə sahəsində insan amilinə üstünlük verməsi, profilaktik və hüquqi maarifləndirmə tədbirlərinin daha effektli və əsaslı həyata keçirilməsi polis orqanlarının qarşısında bir proqram sənəd kimi qoyulmuş, yüksək etimad müsbət uğurların əldə olunmasına birbaşa stimul yaradaraq əsaslı dönüşə səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı bundan sonra da doğrultmaq üçün bütün qüvvə və vasitələri səfərbər etməklə muxtar respublikada ictimai asayişi və təhlükəsizliyi tam təmin edəcək, xidməti andına sadiq qalaraq polis adını şərəflə qoruyacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi “Zabit olmağın şərəfi dövlətə və dövlətçiliyə sədaqətli olmaqdan, vəzifə və vətəndaşlıq borcunu vicdanla yerinə yetirməkdən ibarətdir”.

Naxçıvan Muxtar Respublikası Daxili

İşlər Nazirliyinin mətbuat xidməti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

27-02-2020-17-50 Xəbərlər

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

27-02-2020-17-08 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən NUH...

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

27-02-2020-16-23 Xəbərlər

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

Naxçıvanda poçt rabitəsi xidmətinin səviyyəsi yüksəldilir və maddi-texniki bazas...

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

27-02-2020-15-36 Xəbərlər

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet s...

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

27-02-2020-15-20 Xəbərlər

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

27-02-2020-14-39 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

27-02-2020-14-14 Xəbərlər

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folkl...

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

27-02-2020-12-51 Xəbərlər

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIX...

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

27-02-2020-12-22 Xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərin...

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

27-02-2020-11-43 Xəbərlər

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının rayonlarında Xocalı soy...

Ötən günün mənzərəsi - VİDEO

27-02-2020-10-43 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

27-02-2020-09-18 Xəbərlər

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlər...

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

26-02-2020-19-24 Xəbərlər

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

26-02-2020-17-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Şəhidlərin və şahidlərin şəhəri

26-02-2020-16-38 Xəbərlər

Şəhidlərin və şahidlərin şəhəri

Lay-lay dedim yatasan, Qızıl gülə batasan, Qızılgülün içində Şirin yuxu tapas...

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26-02-2020-16-19 Xəbərlər

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydan...

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

26-02-2020-16-00 Xəbərlər

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 2...

Sоy­qı­rım ümumbəşəri cinayətdir

26-02-2020-14-16 Xəbərlər

Sоy­qı­rım ümumbəşəri cinayətdir

Genosid, yaxud sоy­qı­rım hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu, b...

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

26-02-2020-11-52 Xəbərlər

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahan...

"Hökmdar" əsəri müzakirə olunub

26-02-2020-09-32 Xəbərlər

"Hökmdar" əsəri müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 saylı tam orta məktəbində "Oxunması zərur...

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

26-02-2020-09-18 Xəbərlər

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmu...

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

26-02-2020-09-00 Xəbərlər

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Qazaxıstanın paytaxtında fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezi...

VÖEN-i necə aça bilərik?

25-02-2020-17-41 Xəbərlər

VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq...

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

25-02-2020-16-45 Xəbərlər

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

Fevralın 24-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. ...

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

25-02-2020-16-07 Xəbərlər

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Şəhanə mebel” Məhdud ...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

25-02-2020-15-25 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

25-02-2020-14-49 Xəbərlər

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intiba...

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

25-02-2020-13-59 Xəbərlər

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

Naxçıvan teleradiosu  “Operator-videoteka” vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

25-02-2020-12-51 Xəbərlər

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Naxçıvan Muxtar Respublikasında ötən ay 8 milyon 642 min 600 manatlıq kənd təsər...