30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tərkibindən çıxdığını bəyan etdi.

Yalnız bir il yarımdan sonra, 1991-ci ilin sentyabrında Baltikyanı ölkələr müstəqilliyə qovuşa bildilər, həmin ilin sonunda isə Sovet İttifaqının özü dağıldı.

1990-cı ilin yanvarında bir tərəfdən erməni təcavüzü digər tərəfdən isə o zamankı Sovet İmperiyası rəhbərliyinin buna şərait yaratması, Azərbaycana qarşı siyasi və iqtisadi təzyiqlərin artması, xalqımızın azadlıq və müstəqillik arzularının boğulması cəhdləri getdikcə güclənməkdəydi. Bakı şəhərində qanlı yanvar hadisəsi kimi yaddaşımızda qalmış qırğınları törətməyə hazırlaşan  imperiya ordusu və represiv aparatı ölkəmizin digər hissələrində, o cümlədən Naxçıvanda da bu siyasətini davam etdirmək niyyətindəydi. 1990-cı ilin yanvar ayından başlayaraq erməni silahlı birləşmələri Naxçıvanın ayrı-ayrı yaşayış məntəqələrinə ardıcıl hücumlar təşkil edirdi. Belə bir şəraitdə Naxçıvan rəhbərliyi İttifaq rəhbərliyindən konstitusiyada olan öhdəliklərinə əməl edərək muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsini tələb edirdi. Keçmiş SSRİ rəhbərliyi nəinki bunu etmir, əksinə bir çox hallarda Naxçıvana hücumlar zamanı erməni (o zamanlar qeyri-qanuni fəaliyyət göstərən) hərbi dəstələrinə kömək edir, bir sıra hallarda isə bilavasitə bu hücumlarda iştirak edirdi. Yanvar ayının 15-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki anklavı işğal olunmuşdur. Bütün bunların son məqsədi Naxçıvan muxtariyyətinin əhalisi arasında ümidsizlik vəziyyəti yaradaraq bölgənin yerli əhalisinin tərəfindən buranı boşaldılması və erməni işğalı üçün şərait yaratmaq idi. Yanvar ayından düşmənin Sədərək istiqamətində hücumu baş verdi, toqquşmalar getdikcə intensivləşdi. Türkiyə ilə dar bir zolaqda sərhəddi yerləşən bu strateji məntəqənin ermənilər tərəfindən nəzarətə götürülməsi Naxçıvan eksklavındakı Azərbaycan əhalisinin vəziyyətini ağırlaşdıra, bölgədə Azərbaycanın varlığına son qoya bilərdi.

Mövcud kritik vəziyyətin yaranması səbəbindən Naxçıvan şəhərində muxtariyyətin parlamenti qarşısında toplanan 20 mindən çox sakin muxtar respublika Ali Sovetinin fövqəladə sessiyasının çağırılmasını tələb edirdi. Naxçıvan MSSR-ın Ali Sovetinin (o zamankı parlament) fövqəladə sessiyasında 19 yanvar 1990-cı il axşam saatlarında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul etdi. Parlamentin bu qərarı ilə Naxçıvan müstəqil respublika elan olundu. İmperiyanın periferiyasında yerləşən və kiçik bir bölgənin SSRİ-nın tərkibindən ayrılması barədə qərarı SSRİ rəhbərliyində şok effekti yaratdı, bir neçə gün isə bu xəbər dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu. Əslində Naxçıvandan gələn bu xəbər Sovet İmperiyası üçün bir əcəl zəngi idi. Azərbaycan SSR Ali Soveti muxtariyyət parlamentinin bu qərarını 27 yanvar 1990-ci ildə ləğv etsə də, siyasi baxımdan bu cəsarətli addım olduqca əhəmiyyətli idi. Sovetlər İttifaqının 70 illik tarixində ilk dəfə olaraq muxtar ərazinin imperiyanın tərkibindən çıxması barədə qərər kimi tarixə düşən bu hadisə dünyada geniş rezonansa səbəb oldu. Bu bir tərəfdən SSRİ-i rəhbərliyini Bakıdakı qanlı 20 yanvar hadisələrinin Naxçıvanda da təkrarlamaq niyyətindən çəkindirdi, bura Sovet Ordusunun  qoşun hissələri yeridilmədi, digər tərəfdən isə erməni hərbi ekspansiyasi barədə dünya ictimaiyyətini məlumatlandırmaq baxımından əhəmiyyətli oldu. Naxçıvan parlamentinin cəsarətli addımı, həmçinin o zaman Azərbaycanda rəhbərlikdə olan və imperiya mərkəzinin antimilli siyasətinə qarşı çıxış etməkdə özündə cəsarət tapa bilməyən şəxslərə də bir mesaj oldu. Naxçıvan muxtariyyətində Sovet rejiminin represiv aparatının bərqərar olmasının qarşısının alınması isə sonrakı dövrdə muxtar respublikanın müdafiəsinin təşkili, milli dövlətçiliyin inkişafı üçün zəmin yaradaraq, bölgəni Azərbaycanın müstəqilliyi, demokratikləşməsi proseslərinin ön cərgəsinə gətirdi. Ümummili lider Heydər Əliyev Naxçıvan MSSR Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarını nəzərdə tutaraq qeyd edirdi: “Naxçıvanılıların bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi... Bu naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyə nə qədər bağlı olduğunu sübut etdi, nümayiş etdirdi”.
 

Anar İbrahimov

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

27-02-2020-17-50 Xəbərlər

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

27-02-2020-17-08 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən NUH...

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

27-02-2020-16-23 Xəbərlər

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

Naxçıvanda poçt rabitəsi xidmətinin səviyyəsi yüksəldilir və maddi-texniki bazas...

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

27-02-2020-15-36 Xəbərlər

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet s...

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

27-02-2020-15-20 Xəbərlər

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

27-02-2020-14-39 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

27-02-2020-14-14 Xəbərlər

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folkl...

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

27-02-2020-12-51 Xəbərlər

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIX...

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

27-02-2020-12-22 Xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərin...

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

27-02-2020-11-43 Xəbərlər

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının rayonlarında Xocalı soy...

Ötən günün mənzərəsi - VİDEO

27-02-2020-10-43 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

27-02-2020-09-18 Xəbərlər

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlər...

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

26-02-2020-19-24 Xəbərlər

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

26-02-2020-17-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Şəhidlərin və şahidlərin şəhəri

26-02-2020-16-38 Xəbərlər

Şəhidlərin və şahidlərin şəhəri

Lay-lay dedim yatasan, Qızıl gülə batasan, Qızılgülün içində Şirin yuxu tapas...

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26-02-2020-16-19 Xəbərlər

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydan...

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

26-02-2020-16-00 Xəbərlər

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 2...

Sоy­qı­rım ümumbəşəri cinayətdir

26-02-2020-14-16 Xəbərlər

Sоy­qı­rım ümumbəşəri cinayətdir

Genosid, yaxud sоy­qı­rım hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu, b...

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

26-02-2020-11-52 Xəbərlər

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahan...

"Hökmdar" əsəri müzakirə olunub

26-02-2020-09-32 Xəbərlər

"Hökmdar" əsəri müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 saylı tam orta məktəbində "Oxunması zərur...

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

26-02-2020-09-18 Xəbərlər

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmu...

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

26-02-2020-09-00 Xəbərlər

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Qazaxıstanın paytaxtında fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezi...

VÖEN-i necə aça bilərik?

25-02-2020-17-41 Xəbərlər

VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq...

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

25-02-2020-16-45 Xəbərlər

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

Fevralın 24-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. ...

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

25-02-2020-16-07 Xəbərlər

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Şəhanə mebel” Məhdud ...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

25-02-2020-15-25 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

25-02-2020-14-49 Xəbərlər

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intiba...

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

25-02-2020-13-59 Xəbərlər

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

Naxçıvan teleradiosu  “Operator-videoteka” vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

25-02-2020-12-51 Xəbərlər

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Naxçıvan Muxtar Respublikasında ötən ay 8 milyon 642 min 600 manatlıq kənd təsər...