Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb, ölkəmizdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi qərara alınıb.

NUHÇIXAN xəbər verir ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib.

Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Sonra Dövlət Himni səslənib.

Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin kollektivləri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin əməkdaşları, şəhər sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri və xüsusi təyinatlılar tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb.

Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar”.

Ümummilli Liderimiz yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən qanlı cinayətə ilk dəfə etirazını bildirib, bəyanatla çıxış edərək faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, Ulu Öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırıb.

Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndinin SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud sürətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başladı və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazıldı.

Ulu öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi dövrdə 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verib. Dahi şəxsiyyətin rəhbərliyi ilə Ali Məclis 1990-cı il 21 noyabr tarixli “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edib, həmin qərarda 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması əksini tapıb. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılıb, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunub.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verir.

Bugünkü müstəqil, qüdrətli Azərbaycan şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “20 yanvar faciəsinin otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncamda da qeyd olunduğu kimi: “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”.

Tədbirdən sonra Ali Məclisin Sədri Xatirə Muzeyinə gəlib.

Məlumat verilib ki, muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeyin fondundakı 2 minə yaxın eksponat xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilib.

Ali Məclisin Sədri Xatirə Muzeyində məktəblilərin iştirakı ilə açıq dərslərin keçirilməsi və qəhrəmanlıq tariximiz barədə gənc nəslin məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Həmin gün saat 12:00-da muxtar respublikada şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər keçirilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

26-02-2020-19-24 Xəbərlər

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

26-02-2020-17-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Şəhidlərin və şahidlərin şəhəri

26-02-2020-16-38 Xəbərlər

Şəhidlərin və şahidlərin şəhəri

Lay-lay dedim yatasan, Qızıl gülə batasan, Qızılgülün içində Şirin yuxu tapas...

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26-02-2020-16-19 Xəbərlər

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydan...

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

26-02-2020-16-00 Xəbərlər

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 2...

Sоy­qı­rım ümumbəşəri cinayətdir

26-02-2020-14-16 Xəbərlər

Sоy­qı­rım ümumbəşəri cinayətdir

Genosid, yaxud sоy­qı­rım hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu, b...

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

26-02-2020-11-52 Xəbərlər

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahan...

"Hökmdar" əsəri müzakirə olunub

26-02-2020-09-32 Xəbərlər

"Hökmdar" əsəri müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 saylı tam orta məktəbində "Oxunması zərur...

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

26-02-2020-09-18 Xəbərlər

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmu...

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

26-02-2020-09-00 Xəbərlər

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Qazaxıstanın paytaxtında fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezi...

VÖEN-i necə aça bilərik?

25-02-2020-17-41 Xəbərlər

VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq...

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

25-02-2020-16-45 Xəbərlər

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

Fevralın 24-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. ...

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

25-02-2020-16-07 Xəbərlər

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Şəhanə mebel” Məhdud ...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

25-02-2020-15-25 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

25-02-2020-14-49 Xəbərlər

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intiba...

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

25-02-2020-13-59 Xəbərlər

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

Naxçıvan teleradiosu  “Operator-videoteka” vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

25-02-2020-12-51 Xəbərlər

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Naxçıvan Muxtar Respublikasında ötən ay 8 milyon 642 min 600 manatlıq kənd təsər...

Pakistanın “Hum News” televiziyası Naxçıvanla bağlı film yayımlayıb

25-02-2020-12-11 Xəbərlər

Pakistanın “Hum News” televiziyası Naxçıvanla bağlı film yayımlayıb

NUHÇIXAN xəbər verir ki, filmdə izləyicilərə Azərbaycanın, eləcə də Naxçıvan Mux...

Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib - SİYAHI

25-02-2020-11-55 Xəbərlər

Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib - SİYAHI

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barə...

Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası təsdiq edilib

25-02-2020-11-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası təsdiq edilib

NUHÇIXAN xəbər verir ki, dünən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində mu...

Ötən günün mənzərəsi - VİDEO

25-02-2020-11-25 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xızırın dirilik çeşməsindən su içdiyi gün - Su çərşənbəsi

25-02-2020-11-04 Xəbərlər

Xızırın dirilik çeşməsindən su içdiyi gün - Su çərşənbəsi

Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaş...

Nakhchivan news - VİDEO

25-02-2020-10-22 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

“Yaradıcı Gənclər Akademiyası”na start verilib

25-02-2020-10-01 Xəbərlər

“Yaradıcı Gənclər Akademiyası”na start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Azər Zeynalov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini seçilib

25-02-2020-00-17 Xəbərlər

Azər Zeynalov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini seçilib

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barə...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib

24-02-2020-18-59 Xəbərlər

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib

NUHÇIXAN xəbər verir ki, fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respubli...

Naxçıvan televiziyasının xüsusi reportajı - VİDEO

24-02-2020-18-34 Xəbərlər

Naxçıvan televiziyasının xüsusi reportajı - VİDEO

Bu gün keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bir...

Naxçıvan Bölməsinin əməkdaşının yeni uğuru

24-02-2020-17-42 Xəbərlər

Naxçıvan Bölməsinin əməkdaşının yeni uğuru

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIX...