Elm elə bir ciddiyətdir ki...

Ömrünü elmə həsr etmək, elmin könüllüsü olmaq  heç də sadə hadisə deyil. Elm yolunda dayanmadan, gecə-gündüz çalışmaq, yeniliklər ortaya qoymaq, dünyada gedən prosesləri izləmək lazımdır. Tarix elmi ilə məşğul olmaq isə, yalnızca bu gün üçün deyil, gələcək üçün də məsuliyyət daşımaq deməkdir. Bu məsuliyyətin ağırlığını daim çiyinlərində daşıyan AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev  Azərbaycan tarixininə aid obyektiv, tutarlı, ciddi və fundamental problemlərin tədqiqatçısıdır.

Vətənpərvərlik hər bir alimin əsas  amalı olmalıdır

Elm özü tək olduqda hətta  böyük nailiyyətlərə yol açsa belə, yarımçıq olur. Ancaq elm həm də vətənpərvərliklə bütövləşərsə, bax, o zaman tamamlanır. Çoxşaxəli elmi yaradıcılığı ilə yanaşı, ictimai fəaliyyəti ilə də seçilən, Azərbaycan həqiqətlərini elmi məqalələrində, kitablarında bütün dünyaya catdıran görkəmli alimin yaradıcılıq irsində Azərbaycançılıq məfkurəsi əsas  prioritetdir.   

Akademik İsmayıl Hacıyev həm də dövlətçilik tariximizin tədqiqinə dair sanballı əsərlərin müəllifi olmaqla bərabər, həm də erməni saxtakarlıqlarının ifşası istiqamətindəki ciddi elmi monoqrafik tədqiqatları və bir çox uğurlu elmi təşəbbüslərlə yadda qalan alimlərdəndir.

Onun elmi fəaliyyətində ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri və rolu, Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan, Araz-Türk Respublikasının tarixi, 1941-1945-ci illər müharibəsində Azərbaycanın ictimai-siyasi və mədəni həyatı, Naxçıvan bölgəsinin ərazi taleyi, sosial-iqtisadi tarixi, mədəni inkişafı, görkəmli yetirmələri, ermənilərin Azərbaycan qarşı ərazi iddiaları və qanlı cinayətləri, törətdikləri soyqırımları, Azərbaycanın itirilmiş tarixi torpaqları kimi məsələlər mühüm yer tutur.  Naxçıvan tarixi çoxcildliyi, Naxçıvanın tarixi atlası kimi fundamental nəşrlərin müəlliflərindən biri olan akademik Naxçıvanın müasir dövr sosial-iqtisadi və mədəni inkişafının da əsas tədqiqtçılarındandır. O, muxtar respublikada təşkil edilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumların da fəal təşkilatçısı və iştirakçısı olmuş, Naxçıvan həqiqətlərinin geniş aeralda tanıdılmasında fəallıq göstərmişdir.

“Tarixini bilməyənin coğrafiyasını başqaları çəkər” ideyasına sadiq qalan akademik İsmayıl Hacıyev həm də yorulmaz pedaqoqdur və müəllimdir. O daim müəllim adını hörmətlə daşıyıb. Yetişdirdiyi tələbələrinə tariximizi öyrədib, bu elmin ziyasına toplananlara tarix elminin mahiyyətini izah etməkdən yorulmayıb. Bu gün akademik İsmayıl Hacıyevin davamçıları tarix elminin öyrənilməsi istiqamətində ciddi tədqiqatlarla məşğul olurlar.

Gənclərin böyük dəstəkçisi

AMEA Naxçıvan Bölməsində mövcud olan elmi potensial Naxçıvanın hərtərəfli öyrənilməsinə şərait yaradır. Bütün bunlarla yanaşı, AMEA Naxçıvan Bölməsində də gənclərin elmə cəlb edilməsi prosesi uğurla həyata keçirilir.  AMEA Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin rəhbərliyi ilə elmə yeni addım atan gənclərə yüksək qayğı göstərilir.

Bölmənin gənc kadrları müxtəlif beynəlxalq konfranslarda, qrant layihələrdə və proqramlarda uğurla iştirak edirlər. 18 noyabr 2013-cü ildə təsis olunan və  fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasında yaşı 40-dək olan 55 alim və mütəxəssis fəaliyyət göstərir. Onlardan  12 nəfərinin elmi dərəcəsi və elmi adı vardır. Digər əməkdaşlarsa, doktorant və ya dissertantlardırlar.

Mənalı ömür yolu

Qısa təqdimat:

“69 il bundan əvvəl - 1951-ci il yanvar ayının 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində anadan olan İsmayıl Hacıyev 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu­nun Tarix fakültəsini fərqlən­mə diplomu ilə bitirmişdir. 1992-ci ildə tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildə tarix üzrə elmlər doktoru elmi dərəcələrini, 2004-cü ildə professor elmi adını almışdır. 2003-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. İsmayıl Hacıyev əmək fəaliyyətinə 1974-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunu Xoşkeşin kənd məktəbində müəllim kimi başlamış, 1978-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) müəllim, dekan müavini, elmi işlər üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin sədri və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. Alimin elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olub, Vətən tarixinin müxtəlif maraqlı və mürəkkəb sahələrini əhatə edir”.

İ.Hacıyev 50-dən artıq kitab və monoqrafiyanın, 400-dən çox elmi məqalənin müəllifidir. Onun elmi rəhbərliyi və müəllifliyi ilə ümumiləşdirici, fundamental əsərlər, ensiklopediyalar, atlaslar işıq üzü görmüşdür:  Naxçıvan ensiklopediyası (2 cilddə), Naxçı­van abidələri ensiklopediyası (Azər­baycan və ingilis dillərində), Naxçıvan tarixi atlası, Naxçıvan tarixi (3 cilddə).

Kadr hazırlığı sahəsində ciddi işlər görən akademikin rəhbərliyi altında   30-dan çox fəlsəfə və elmlər doktoru elmi dərəcələr almış, müdafiə etmişdir.

Ölkə Prezidentinin Sərəncamları ilə Milli Ensiklopediya və Dövlət Mükafatları Komis­­siyasının üzvüdür. AMEA Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən doktorluq Dissertasiyası Şurasının sədri, Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının baş redaktorudur.

İsmayıl Hacıyev II Çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (2000-2005), III-IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2005-2015) kimi də ictimai fəaliyyət göstərmişdir.

Tarixçi alim elmi-pedaqoji sahədə xidmətlərinə görə bir sıra dövlət mükafatlarına, müxtəlif elmi və fəxri adlara, o cümlədən Azərbaycan Respublikasının “Əməkdar Elm xadimi” fəxri adına, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı”na, Y.Məmmədəliyev mükafatına layiq görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Azərbaycanın Dövlətçilik Tarixində” kitabına görə İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublika mükafatını təqdim etmişdir.  

Bu gün görkəmli alimimizin doğum günüdür. AMEA Naxçıvan Bölməsinin əməkdaşları adından akademik İsmayıl Hacıyevi təbrik edir, ona möhkəm can sağlığı, faəl yaradıcı güc arzulayırıq.

Nərgiz İSMAYILOVA

Filologiya üzrə fəlsəfə doktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

27-02-2020-17-50 Xəbərlər

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

27-02-2020-17-08 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən NUH...

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

27-02-2020-16-23 Xəbərlər

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

Naxçıvanda poçt rabitəsi xidmətinin səviyyəsi yüksəldilir və maddi-texniki bazas...

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

27-02-2020-15-36 Xəbərlər

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet s...

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

27-02-2020-15-20 Xəbərlər

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

27-02-2020-14-39 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

27-02-2020-14-14 Xəbərlər

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folkl...

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

27-02-2020-12-51 Xəbərlər

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIX...

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

27-02-2020-12-22 Xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərin...

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

27-02-2020-11-43 Xəbərlər

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının rayonlarında Xocalı soy...

Ötən günün mənzərəsi - VİDEO

27-02-2020-10-43 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

27-02-2020-09-18 Xəbərlər

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlər...

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

26-02-2020-19-24 Xəbərlər

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

26-02-2020-17-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Şəhidlərin və şahidlərin şəhəri

26-02-2020-16-38 Xəbərlər

Şəhidlərin və şahidlərin şəhəri

Lay-lay dedim yatasan, Qızıl gülə batasan, Qızılgülün içində Şirin yuxu tapas...

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26-02-2020-16-19 Xəbərlər

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydan...

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

26-02-2020-16-00 Xəbərlər

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 2...

Sоy­qı­rım ümumbəşəri cinayətdir

26-02-2020-14-16 Xəbərlər

Sоy­qı­rım ümumbəşəri cinayətdir

Genosid, yaxud sоy­qı­rım hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu, b...

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

26-02-2020-11-52 Xəbərlər

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahan...

"Hökmdar" əsəri müzakirə olunub

26-02-2020-09-32 Xəbərlər

"Hökmdar" əsəri müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 saylı tam orta məktəbində "Oxunması zərur...

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

26-02-2020-09-18 Xəbərlər

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmu...

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

26-02-2020-09-00 Xəbərlər

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Qazaxıstanın paytaxtında fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezi...

VÖEN-i necə aça bilərik?

25-02-2020-17-41 Xəbərlər

VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq...

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

25-02-2020-16-45 Xəbərlər

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

Fevralın 24-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. ...

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

25-02-2020-16-07 Xəbərlər

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Şəhanə mebel” Məhdud ...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

25-02-2020-15-25 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

25-02-2020-14-49 Xəbərlər

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intiba...

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

25-02-2020-13-59 Xəbərlər

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

Naxçıvan teleradiosu  “Operator-videoteka” vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

25-02-2020-12-51 Xəbərlər

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Naxçıvan Muxtar Respublikasında ötən ay 8 milyon 642 min 600 manatlıq kənd təsər...