Yol boyu ilk sualımın ətrafında var-gəl elədim, haradan başlamalı?

İlk cümlə, ilk sual, ilk müraciət həmişə düşündürüb məni. Bu dəfəki həmsöhbətim isə məndən ikiqat məsuliyyətli olmağı tələb edirdi. Yol boyu öz suallarımı özüm redaktə edirəm.  Çünki  onun haqqında eşitdiyim ən önəmli keyfiyyətdir: “ona təqdim edilən yazıları, əməlli başlı redaktə edir”. Bizim tanışlığımız qiyabi idi. Mən onu mətbuatda dərc olunan saysız  yazılarından  tanıyıram, o da məni televiziya verilişlərindən. Muxtar müəllimi deyirəm, jurnalist Muxtar Məmmədovu. Ruhən gənc, çevik, səmimi, əsl qələm əhli, Naxçıvan mediasının “ön cəbhədə” vuruşan əsgəri.

-İcazə verin, sizə gecikmiş təbrikimizi çatdıraq. Yubansa da ünvanına təhvil verirəm. Yazıb-yaratmaq eşqiniz heç ölməsin. Ötən il 60 yaşın qəddini qırıb kənara qoydunuz. Nə deyir 60?

- Keçdiyim yol lent kimi gözümün qarşısından gəlib keçir. 26 il pedaqoji fəaliyyətlə məşğul olmuşam, müəllim işlədiyim dövrdə də yazı-pozu işindən uzaq qalmamışam, mətbuatla sıx bağlı olmuşam. Qəzet və jurnallarda çıxan yazılarımı saralmış vəziyyətdə hələ də saxlayıram. 1970-ci ildə   “Yeni Ordubad” qəzetində ilk yazım çıxıb. Elə hər şey o vaxtdan başladı. "Şərq qapısı" qəzetinə göndərdiyim yazılarımdan  sonra təklif gəldi. Dəvət elədilər ki, burda işləyim. Mən həyatda özümü o anlar üçün xoşbəxt sayıram ki, Azərbaycan mediasında özünü təsdiq etmiş insanlarla işləmişəm. O insanlar ki, hərəsi bir məktəbdir. Onların xatirələri mənim üçün çox əzizdir.

-Muxtar müəllim, mətbuatda çox tələbkar olduğunuz deyilir. Bu sizin müəllimliyinizdənmi irəli gəlir?

-Ola bilər. Müəllim olanda da tələbkar idim, tədris işləri  üzrə direktor müavini  olanda da.  (gülür)

Tələbkarlıq o demək deyil ki, kimisə incidəsən, yaxud da bacarığından artıq nə isə istəyəsən. Mən qəzetdə məsul katibəm və çalışıram ki, müəyyən qaydalar   çərçivəsində işimi yaxşı yerinə yetirəm. Belə olmuşam indiyə kimi, çətin ki, xasiyyətimi dəyişəm. Mən ona görə tələbkaram ki, axtardığım indiyə qədər qarşıma çıxmayıb.

- Deyirlər, yazıda ilk cümləni başlamaq çətindir..

- Elə yazı var ki, hiss yazısıdır, duyğu yazısıdır. Bax, (yazılar göstərir) 20 Yanvarla bağlı yazı hazırlayıram. Gərək elə olsun ki, oxucu o dövrü görsün, o anları yaşasın. Oxucuya nə isə vermək üçün gərək düşünəsən. Hər yazıya yanaşma tərzi var, bir də hər jurnalistin öz yolu, öz xətti var.

Muxtar müəllim, o adamdan yaxşı  jurnalist olar ki...

- Jurnalist olar ki, daim mütaliə eləsin, axtarışda olsun, insanlarla münasibətdə olsun. Bu gün heç kəs deyə bilməz ki, mən hər şeyi bilirəm... bax, (stolu üstündə olan gündəlik qəzetləri göstərir) gündəlik mətbuatdır , oxumalısan hər gün... Hər gün  yeni bir şey oxumalısan, yoruldum deməməlisən. Oturub tavana baxmaqla yazı yazmaq olmaz. Jurnalist üçün istirahət elə onun yazdığı yazının üzərində işləyən zaman olmalıdır. Yəni bu işdən həzz almalısan, yaxşı yazı adamın yorğunluğunu çıxarır. Mən indi yazı yazmalıyam, mövzu verilib, həmin o yazını yazmadan saat səkkiz, doqquz olsa da evə gedə bilmərəm. Səhər tezdən “ayıq başla” baxmalıyam. Mən yeni gələnlərə də deyirəm ki, yazının mürəkkəbi qurumadan mənə gətirməyin, heç olmasa bir-iki dəfə oxuyun. Bax, ona görə deyirlər tələbkaram (gülür). Bunu bu gün Naxçıvan mediasında ilk dəfə mənimlə işləyən və özlərinə müəllim hesab edənlər də təsdiqləyər. Onların sayı isə çoxdur.

- Muxtar müəllim, gündəlik işlər, yazılar, redaktələr... Sonra evə gedirsiniz. Nə ilə məşğul olursunuz. İşdən sonrakı həyat necədir?..

- Yenə yazılar, kitablar... Nəvələrim gəlir hərdən. Nəvələrimdən  biri bizdə qalır. Televiziya verilişlərinə baxıram,  ən çox baxdığım telekanal Naxçıvan televiziyasıdır. Bunu bir dəfə də demişdim. Naxçıvan televiziyası çox böyük sıçrayışa qədəm qoyub.

-Jurnalistlər həm də “həssas şairlərdir”. Öz duyğularınızı, yazacaqlarınızı nəzmə çəkdikləriniz olub yəqin ki, nəyi, kimi oxuyursunuz?

- Mütaliə vacibdir, öz ədəbiyyatımız başda gəlir təbii ki. Anarı, Elçini oxuyuram, Fərman Kərimzadəni, İsa Muğannanı oxuyuram. Şeirdə isə  Füzulidən üzü bəri Səməd Vurğun, Rəsul Rza, Məmməd Araz və s.

- Deməli, yazmaqdan çox oxumalıdır qələm əhli.

- Təbii ki, razıyam.

- Hobbiniz var?

- Hobbim mütaliədir (gülür).

- Bəs dostlarınız necə, varmı?

- Nə qədər desən.

- Dərdləşməyi sevirsinizmi?

- Ailəmlə, təbii ki.

- "Ömür də bir nərdivandır"- deyirlər. Bu 60 illik nərdivanın hansısa pilləsində nəfəsinizi dərdiyiniz, durub düşündüyünüz anlar olubmu?

- Çox şükür, hələ ki yoruldum deməmişəm. Hər günün sonunda  öz-özümə fikirləşirəm ki, mən mənə tapşırılan işi yerinə yetirə bildimmi? Dəfələrlə olub tezdən durub gəlmişəm ki, yazım yarımçıq qalıb. Halbuki, bu günün yazısı deyil, yəni sonraya da qala bilər. Təbii ki, arada  məzuniyyət də lazımdır insana, dincəlmək də.

Ancaq jurnalistika elə bir sahədir ki, yorulmusansa çıx get. Yorulmuşam demə. Dəfələrlə olub ki, məzuniyyətə çıxmışam, evə getmişəm,  üç- dörd gün evdə qalmışam, sonra yenə işə gəlmişəm.

Deyirlər, Muxtar müəllim, niyə gəldin ?

Deyirəm, darıxdım.

- Bu həyat enerjisini  nəyə borclusunuz?

- Allahıma... Gördüyün işdən zövq alırsansa yorulmayacaqsan.

- Gördüyünüz,  yoxsa duyduğunuz qələminizə daha yatımlıdır?

- Bir yazının üstündə həm gördüyüm, həm duyduğum görüşməlidir. Keçən dəfə bir yazım çıxmışdı, sərhəd çəpərlərinin sökülməsi ilə bağlı. Oxuyanların  hamısı deyirdi ki, Muxtar müəllim bunu görüb, görməsə yaza bilməz. Orada mənim duyğularım da var idi:

Araz xoflanmışdı, çünki o  daha əvvəl bu qədər adam görməmişdi... həmin gün havanın da rəngi bozarmışdı və s...

-Söz adamları üçün musiqi mütləqdir...

-Xalq musiqisini  çox sevirəm, özümün də tar üzrə təhsilim var. Ramiz Mirişlinin mahnılarından kim yorular, Qədirin səsindən? Bəlkə  də,elə gün olub ki, 100 dəfə “Sona bülbülləri” dinləmişəm, elə əsirinə düşmüşəm ki, başlayır, birdə baxıram ki, qurtarıb.

 -Arada o tarın simlərinə toxunursunuzmu?

-Yox, nəvəmə verdim tarımı. Açığını deyim, elə vaxt da qalmır, yenidən məşğul olam.

- Deyirsiniz Naxçıvan televiziyasına baxıram, medianın ağsaqqalı kimi televiziyada  çalışan jurnalistlərə nələri tövsiyə edirsiniz?

- İradlarımı həmişə üzlərinə demişəm (gülür). Dövrün nəbzini tutan jurnalistlər çoxdur. Tək iradım mütaliənin az olmasıdır. Lermontovun çox yaxşı sözü var. Deyir: şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan. Sən jurnalist kimi mütaliə etməyə borclusan.

- Yazıda və həyatda özünüzdən tələbiniz nədir?

- Muxtar müəllim,  sənin yazının sonunda imzan var, ona hörmət elə... Mənim yazımı oxuyan o hadisəni gözünün qabağına gətirə bilsin. Olub ki, yazının üstündə xətt çəkib kənara qoymuşam. Ancaq sabah sanki,  kimsə deyib ki, dur, get, yenidən yaz..

- Məmməd  Araz deyirdi, “ömrüm keçdi kəndlə şəhər arasında”. Kənddən gəlib burda işləyib çalışanların həm də içində o yerlərə aid bir həsrət qalır. Siz ən çox nə üçün darıxırsınız?

- O kənddə mənim anam, qardaşım- əzizlərim var. Ora gedirəm, bir-iki gündən sonra yenə qayıtmaq istəyirəm. Elə bağlayıb ki, bura məni özünə uzaq qala bilmirəm. O vaxt məni bu işə çağıranda düşünürdüm ki, uşaqlar üçün darıxaram. Deməli, qismət belə imiş, məktəb jurnalını yerə qoyub qələmi götürməli imişəm. Əlimdə jurnal olanda, yəni müəllim işləyəndə də çalışırdım üstümə düşən  işi layiqincə yerinə yetirəm, əlimdə qələm olanda da çalışıram, qələmə sadiq olam.

- Müsahibə üçün təşəkkür edirəm. Sizcə söhbətimiz səmimi alındımı?

- Mən yazıda da, televiziya materiallarında da səmimiyyətin tərəfdarıyam. Suallarında səmimiyyət var idi, mən də çalışdım səmimi cavab verəm. Qeyd edim ki, Naxçıvan televiziyasında çalışan jurnalistlər düzgün seçilən yolun yolçularıdır. Mən bu işdə sizə uğurlar arzu edirəm.

-Çox sağ olun.

 

                                                                      Fizzə Bağırova

                                                                      “NUHÇIXAN”

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

İyulun 10-da keçirilmiş imtahanların nəticələri açıqlanıb

14-07-2020-18-29 Xəbərlər

İyulun 10-da keçirilmiş imtahanların nəticələri açıqlanıb

10 iyul 2020-ci ildə 10, 11, 18 və ya 19 iyunda keçirilmiş imtahanlarda iştirak ...

Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub

14-07-2020-18-05 Rəsmi

Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri s...

Şəhid Elçin Mustafazadə dəfn olunub

14-07-2020-16-56 Xəbərlər

Şəhid Elçin Mustafazadə dəfn olunub

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan mü...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri diqqətdə saxlanılır

14-07-2020-16-50 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri diqqətdə saxlanılır

Muхtаr rеspublikаdа mülki müdafiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qо...

Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

14-07-2020-16-27 Xəbərlər

Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mobil telefon ...

Ermənistana məxsus PUA vurulub, düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib

14-07-2020-16-16 Xəbərlər

Ermənistana məxsus PUA vurulub, düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA)...

Ermənistan ordusunun mayoru və kapitanı məhv edilib

14-07-2020-15-14 Xəbərlər

Ermənistan ordusunun mayoru və kapitanı məhv edilib

Ermənistan silahlı qüvvələrinin mayoru Qaruş Vemiroviç Ambartsumyan və kapitan S...

Azərbaycan Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

14-07-2020-14-59 Xəbərlər

Azərbaycan Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət...

Dilçiliyinin aktual mövzularına həsr olunan kitab işıq üzü görüb

14-07-2020-14-07 Xəbərlər

Dilçiliyinin aktual mövzularına həsr olunan kitab işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik ş...

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub

14-07-2020-13-38 Xəbərlər

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub. 

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra növbəti imtahanların keçirilməsi nəzərdə tutulur

14-07-2020-13-30 Xəbərlər

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra növbəti imtahanların keçirilməsi nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 20-dən sonra növbəti imtahanların...

Nazir müavini: "Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub"

14-07-2020-13-18 Xəbərlər

Nazir müavini: "Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub"

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam e...

Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub

14-07-2020-13-08 Xəbərlər

Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu i...

XX əsrin ilk anadilli qəzeti – “Şərqi-Rus”

14-07-2020-12-58 Xəbərlər

XX əsrin ilk anadilli qəzeti – “Şərqi-Rus”

Azərbyacan xalqının milli oyanışında və ictimai fikir tarixində önəmli hadisə ol...

Muxtar respublikada sahibkarlığın inkişafı dinamik xarakter daşıyır

14-07-2020-12-39 Xəbərlər

Muxtar respublikada sahibkarlığın inkişafı dinamik xarakter daşıyır

Son illərdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasi...

“Sumqala” üzümçülük təsərrüfatında yığılan məhsullar Rusiya və Ukrayna bazarlarına çıxarılır - VİDEO

14-07-2020-12-18 Xəbərlər

“Sumqala” üzümçülük təsərrüfatında yığılan məhsullar Rusiya və Ukrayna bazarlarına çıxarılır - VİDEO

Muxtar respublikada son illər üzümçülüyün inkişafına diqqət daha da artırılıb, y...

Ötən günün mənzərəsi - VİDEO

14-07-2020-11-15 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

“Əkinçi”dən dağlara

14-07-2020-10-18 Xəbərlər

“Əkinçi”dən dağlara

Çoxdandır yazmırdım. Baxanda, jurnalist də  idmançı kimidir. 

Ordubad şəhərindəki qədim Cümə Məscidinin bərpası davam edir - VİDEO

14-07-2020-09-19 Xəbərlər

Ordubad şəhərindəki qədim Cümə Məscidinin bərpası davam edir - VİDEO

Muxtar respublikada aparılan kompleks quruculuq işləri Ordubad rayonunu da əhadə...

Xalqın taleyində dönüş günü– 1969-cu il 14 iyul

14-07-2020-09-00 Xəbərlər

Xalqın taleyində dönüş günü– 1969-cu il 14 iyul

Dünyada elə şəxsiyyətlər var ki, onların həyatından, taleyindən, fəaliyyətindən ...

MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır

13-07-2020-17-43 Xəbərlər

MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələr...

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub

13-07-2020-17-18 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub. 

Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

13-07-2020-16-57 Xəbərlər

Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən i...

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya çapdan çıxıb

13-07-2020-16-36 Xəbərlər

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi...

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

13-07-2020-16-01 Xəbərlər

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

İyulun 13-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Ru...

Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib

13-07-2020-15-42 Xəbərlər

Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib

Azərbaycan Ordusunun Ermənistanın hücumu nəticəsində şəhid olan əsgəri Xəyyam Da...

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn edilib

13-07-2020-15-33 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn edilib

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedə...

Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər təqdim olunub

13-07-2020-15-30 Xəbərlər

Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər təqdim olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki “Sarvanlar” ...

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuzda dəfn edilib

13-07-2020-15-24 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuzda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan digər hərbçisi dəfn edilib.

Vaqif Dərgahlı: Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər

13-07-2020-14-21 Xəbərlər

Vaqif Dərgahlı: Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər

Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər.