Muzeylər mədəniyyət, elmi-­tədqiqat və təbliğat müəssisələri kimi tarixi-mədəni irsi toplayır, öyrənir və mühafizə edir.

Bununla da əhalinin mədəni şüur səviyyəsinin yüksəlməsinə, cəmiyyətin mənəvi inkişafına, bütövlükdə, dövlətin tərəqqisinə çalışırlar. Muzeylərin yaranma tarixinin eramızdan əvvələ təsadüf etdiyini nəzərə alsaq, belə mədəniyyət müəssisələrinin inkişaf yolunu da göz önünə gətirmiş olarıq.

Azərbaycanda muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əgər 1969-cu ilədək ölkəmizdə 29 muzey fəaliyyət göstərirdisə, ulu öndərin hakimiyyəti illərində Azərbaycanda 111 müxtəlif profilli muzey yaradılıb. Hazırda onların sayı 200-dən çoxdur.
Muxtar respublikamızda da dövlətin və millətin maddi və mənəvi sərvətinin toplanması, qorunması, təbliğ olunması və gələcək nəsillərə çatdırılması işi diqqət mərkəzində saxlanılır. Fəaliyyət göstərən hər bir muzey və muzey əməkdaşları Vətənə, dövlətə, xalqa xidmət kimi tarixi vəzifələrini dərk edir, bu işin öhdəsindən məsuliyyətlə gəlməyə çalışırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılan Bəhruz Kəngərli Muzeyi XX əsrin əvvəllərində baş verən tarixi, ictimai-siyasi hadisələri təsviri sənətin qüdrəti ilə özündə əks etdirən mədəniyyət ocaqlarındandır. Belə ki, muzeydə qorunan və nümayiş etdirilən Bəhruz Kəngərlinin “Qaçqınlar” portret silsiləsi, həmçinin rəssamın yaratmış olduğu etnoqrafik rəsm əsərləri xalqımızın milli mədəni sərvəti, qiymətli sənət əsərləridir. Ümummilli lider Heydər Əliyevin açılışında şəxsən iştirak edərək xeyir-dua verdiyi bu muzey hərtərəfli dövlət qayğısından yararlanaraq fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır.
Onu da qeyd edək ki, artıq muzeylərə yeni baxış formalaşıb, muzey işinə innovativ yanaşma gözə çarpır. Bir çox dünya muzeyləri mədəni fəaliyyətin yeni növ və formalarını axtarır və inkişaf etdirirlər. Dünya muzeylərinin təcrübəsində interaktiv oyunlardan, viktorinalardan, səhnəciklərdən, müxtəlif profilli sərgilərdən, tarixi və əlamətdar günlərlə bağlı açıq dərslərdən geniş istifadə olunur. Bu mənada, muxtar respublikamızdakı muzeylər şəbəkəsi tamamilə dünya standartlarına cavab verir.
Kompüter texnikasının və internetin inkişafı ilə diyarımızda da muzey sahəsində yeniliklər yaranıb. Məsələn, bu gün dünyada virtual muzeylər fəaliyyət göstərir. Bu da uğurlu muzey layihələrindən biridir. Zamanın tələbindən yaranıb özünü doğruldan bu yeniliklərin tətbiqi məqsədilə Bəhruz Kəngərli Muzeyinin behruzkengerli.nakhchivan.az saytında da virtual səyahət bölməsi yaradılıb. Həmin bölməyə daxil olan bütün izləyicilər dünyanın istənilən yerindən bu mədəniyyət müəssisəsi ilə virtual tanış ola bilərlər.
Muzeylər xalqın milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürməklə bərabər, həm də maarifləndirici və tərbiyəedici kimi funksiyaların daşıyıcısıdır. Bu mədəniyyət ocaqları insanlarda milli-mənəvi dəyərlərə sədaqət, Vətənə məhəbbət, onun tarixinə, adət-ənənələrinə hörmət hissləri aşılayır. Muzeylərdə keçirilən mədəni-kütləvi tədbirlər isə bu işlərə təkan verir.
Muzey xüsusi elm, tədris mühitidir. Bu mədəniyyət ocaqlarının əsas missiyalarından biri onun tədris fəaliyyətidir. Müdriklər deyiblər ki, ağıllı valideyn kapitalı övladına qoyur. Yəni onun təhsilinə, tərbiyəsinə, ümumən, səviyyəsinin yüksəldilməsinə sərf edir. Bu gün dövlətimiz də bu mühüm məramı bir valideyn həssaslığı və qayğısı ilə layiqincə icra edir. Muxtar respublikada milli dəyərlərimizin yaşadılması, mədəni irsimizin təbliği istiqamətində görülən çoxşaxəli işlər sırasında ayrı-ayrı görkəmli sənətkarların həyat və yaradıcılığının gənc nəslə təqdim olunması başlıca yer tutur.

Görkəmli fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 120 illik yubileyi ilə əlaqədar tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bəhruz Kəngərli irsi, onun xalqımız, Vətənimiz qarşısındakı xidmətləri daim təbliğ olunmalı, muzeydən həm də muzey-məktəb kimi istifadə edilməlidir... Muzeydə dərslər təşkil olunmalı, rəssamın irsi və həyat yolu gənc nəsillərə olduğu kimi çatdırılmalıdır. Çünki bu cür sənətkarların həyat və yaradıcılığı gənc nəsillər üçün nümunədir”.

Bu gün Naxçıvanda həyata keçirilən maarifləndirmə siyasəti və bu siyasətin nəticəsi olaraq muzeylərdə distant və açıq dərslərin keçilməsi gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Əgər bu gün şagirdlər muzeylərdə istər tariximiz, istərsə də ədəbiyyatımız, incəsənətimiz ilə bağlı nə isə öyrənə bilirlərsə, bəhrələnirlərsə, bu, gələcəyin milli ziyalısının yetişdirilməsi istiqamətində mühüm addım deməkdir. Eyni zamanda illər sonra Vətənə və xalqına qulluq edəcək kadrın zəngin dünyagörüşünün təməlinin bu gün möhkəm qoyulması deməkdir.
Bəhruz Kəngərli Muzeyi ilə əlaqə də şagirdlərdə milli dəyərlərimizə bağlılıq yaradır, o bağı möhkəmləndirir, şagirdlərin milli şüurunu formalaşdırır. Onlarda şəxsiyyət, zövq, düşüncə tərzi formalaşır. Məktəblilər əyani surətdə gördükləri bir rəsm əsərinə, tarixi bir əşyaya öz düşüncə tərzi ilə yanaşırlar. Muxtar respublikada gələcək nəsillərin daha da dünyagörüşlü, məntiqli, millətpərvər böyümələri, sərbəst fikrə sahiblənmələri, cəsarətli olmaları və öz düşüncə tərzlərini irəli sürmələri üçün muzeylərdə açıq dərs ənənəsinə xüsusi önəm verilir. Muzey ekspozisiyası şagirdlərə emosional təsir göstərir, onları mənən inkişaf etdirir. Bu proses həm də uşaqlarda məntiqin inkişafına stimul olur, mənəvi tərəqqiyə təkan verir, tarixi yaddaşı möhkəmləndirir. Bu mənada, açıq dərslərə cəmiyyəti düzgün istiqamətləndirməyə xidmət edən ideoloji bir proses kimi baxmaq lazımdır. Belə dərslər muxtar respublikamızda təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Bəhruz Kəngərli Muzeyinin əməkdaşları da bunu dərindən dərk edərək açıq dərslərin səmərəli təşkilinə məsuliyyətlə yanaşırlar.

Vətənpərvərlik hər bir insanın əməlləri ilə ölçülür. Bəhruz Kəngərli də əsl vətəndaş kimi Vətənlə bağlı heç bir hadisəyə laqeyd qalmayıb. O gah vətəndaşlıq mətanəti göstərərək “Qaçqınlar” portret silsiləsini yaratmaqla tarixin ağrı-acılarını gələcək nəsillərə ötürüb, gah yurdunun gözəl təbiətini böyük məhəbbətlə tərənnüm edib, gah da çoxəsrlik keçmişdən yadigar qalan tarix və mədəniyyət abidələrinə öz ehtiramını bildirib. Bununla da xalqın tarixini, mədəniyyətini, sənətkarlıq qabiliyyətini vəsf edib.

Bəhruz Kəngərli yaradıcılığının ana xəttini milli təəssübkeşlik təşkil edir. Görkəmli realist rəssamın mövzusundan asılı olmayaraq, bütün əsərlərində milli təəssübkeşlik özünü açıq-aydın büruzə verir. Məlumdur ki, Bəhruz Kəngərli çox zəngin portret qalereyası yaradıb. Bir çox müasirlərinin portretlərini çəkib, hətta bu istiqamətdə sifarişlər qəbul edib. Tanınmış fırça ustasının muzeydə də sərgilənən “Qaçqınlar” silsiləsinə daxil olan əsərlərinə isə qətiyyən adi portret kimi yanaşmaq olmaz. Bu əsərləri rəssam bütöv bir xalqın həqiqətlərini var qüvvəsi ilə hayqıraraq gələcək nəsillərə ötürmək məqsədilə, özü də böyük vətənpərvərlik yanğısı ilə yaradıb.

Bəhruz Kəngərli muzey ekspozisiyasında da xüsusi maraqdoğuran “Qaçqınlar” silsiləsində bu gün Ermənistan adlandırılan, əsl həqiqətdə isə qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycandan – öz doğma yurdlarından mənfur ermənilər tərəfindən didərgin salındıqları üçün Naxçıvana pənah gətirmiş insanları – qaçqınları təsvir edib. Bu, baş verən ədalətsizliyə qarşı bir sənətkar – vətəndaş, ziyalı etirazıdır. Həmin əsərlərdəki insanlar nə qədər məğrurdurlar. Hüzn, kədər, iztirab bu portretlərin qəhrəmanlarının simasında mükəmməl şəkildə təsvir olunub. “Canfəda kəndindən qaçqın oğlan”, “Yaycı kəndindən qaçqın oğlan Cümşün”, “Avşar kəndindən qaçqın qız”, “İki qaçqın qız”, “Ağ ləçəkli qaçqın qız” əsərlərindəki kədər fərdi kədər deyil, ümumxalq kədəridir. Bu insanlar qəmli ola bilərlər, çünki onlar torpaq itiriblər, yurd itiriblər. Lakin nə qədər də məğrur tuturlar özlərini. Ekspozisiyadakı bu əsərləri seyr etdikcə bir daha düşünürsən: rəssamın peşəkarlığıdır ki, bu insanların daxili sarsıntılarını təsvir edə bilib bu portretlərdə, onların simasına hopan təlatümlü daxili aləmlərini göstərə bilib. Rəssam “Ayaqyalın qadın”, “Qaçqınlar”, “Əyləşmiş qaçqın oğlan”, “Qaçqın İmran çanta ilə”, “Qaçqınlar arabada” əsərlərini yaratmaqla bir amala xidmət edib. Bu da ondan ibarətdir ki, vətənpərvər rəssam kimi tarixi həqiqətləri gələcək nəsillərə çatdırsın, əsərlərini sübut olaraq tarixi sənəd kimi ortaya qoysun. Bu baxımdan rəssamın sənət ideyaları bir maarifpərvər, vətənpərvər ziyalı uzaqgörənliyi kimi dəyərlidir. Bir faktı da qeyd etmək yerinə düşər ki, həmin əsərlərdən rəssam pul qazanmayıb. Bəhruz Kəngərli fırçasını silaha çevirərək tarixi ədalətsizliyə qarşı üsyan edirdi. Əsl Vətən oğlu adlandırılmağa layiq olan görkəmli rəssamımız çox gözəl anlayırdı ki, hər bir vətəndaşın ilk vəzifəsi xalqının, millətinin istiqbalıdır. Rəssam bütün varlığı, milli təfəkkürü ilə düşünürdü ki, Vətənin dərdinə biganə qalmaq olmaz, çünki biganəlik milləti çökdürər. Bəhruz Kəngərlinin yaradıcılığına daha yaxından bələd olduqca insanı bir sual düşündürür: – Bəs biz Bəhruz Kəngərlinin vətənpərvərliyindən dərs götürə bilirikmi?

Adını bu gün fəxarətlə çəkdiyimiz milli ruhlu sənətkarımız yaşadığı qısa ömründə vətənpərvərliyin ən gözəl nümunəsini nümayiş etdirib. Bu vətənpərvərlik duyğusu muzey əməkdaşlarının fitrətinə hopub, muzeyin fəaliyyətinə yansıyıb. Xalqımızın millətpərvər oğlunun adına layiq keçirilən hər bir mədəni-kütləvi tədbirin ana xəttini millilik və vətənpərvərlik təşkil edir, rəssamın Vətən sevgisi hər kəsə nümunədir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muzey işində peşə vərdişləri formalaşdırılması məqsədilə fond mühafizləri, bələdçilər üçün mütəmadi olaraq keçilən təkmilləşdirmə kursları, seminar-treninqlərdə, təşkil olunan dəyirmi masalarda Bəhruz Kəngərli Muzeyinin əməkdaşları da fəal iştirak edirlər. Diyarımızda muzey işi sahəsində istər düzgün kadr siyasətinin aparılması, istərsə də peşəkarlığın artırılması istiqamətində görülən bu tədbirlər muxtar respublikada muzeyşünaslığın inkişafına sanballı töhfələrini verməklə yanaşı, kollektivimizi də mədəni irsimizin daha dolğun, planlı şəkildə təbliğinə səfərbər olmağa sövq edir.

Səbinə Əlincəli
Bəhruz Kəngərli Muzeyinin direktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

27-02-2020-17-50 Xəbərlər

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

27-02-2020-17-08 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən NUH...

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

27-02-2020-16-23 Xəbərlər

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

Naxçıvanda poçt rabitəsi xidmətinin səviyyəsi yüksəldilir və maddi-texniki bazas...

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

27-02-2020-15-36 Xəbərlər

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet s...

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

27-02-2020-15-20 Xəbərlər

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

27-02-2020-14-39 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

27-02-2020-14-14 Xəbərlər

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folkl...

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

27-02-2020-12-51 Xəbərlər

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIX...

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

27-02-2020-12-22 Xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərin...

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

27-02-2020-11-43 Xəbərlər

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının rayonlarında Xocalı soy...

Ötən günün mənzərəsi - VİDEO

27-02-2020-10-43 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

27-02-2020-09-18 Xəbərlər

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlər...

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

26-02-2020-19-24 Xəbərlər

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

26-02-2020-17-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Şəhidlərin və şahidlərin şəhəri

26-02-2020-16-38 Xəbərlər

Şəhidlərin və şahidlərin şəhəri

Lay-lay dedim yatasan, Qızıl gülə batasan, Qızılgülün içində Şirin yuxu tapas...

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26-02-2020-16-19 Xəbərlər

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydan...

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

26-02-2020-16-00 Xəbərlər

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 2...

Sоy­qı­rım ümumbəşəri cinayətdir

26-02-2020-14-16 Xəbərlər

Sоy­qı­rım ümumbəşəri cinayətdir

Genosid, yaxud sоy­qı­rım hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu, b...

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

26-02-2020-11-52 Xəbərlər

Buraxılış üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahan...

"Hökmdar" əsəri müzakirə olunub

26-02-2020-09-32 Xəbərlər

"Hökmdar" əsəri müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 saylı tam orta məktəbində "Oxunması zərur...

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

26-02-2020-09-18 Xəbərlər

Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmu...

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

26-02-2020-09-00 Xəbərlər

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Qazaxıstanın paytaxtında fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezi...

VÖEN-i necə aça bilərik?

25-02-2020-17-41 Xəbərlər

VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq...

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

25-02-2020-16-45 Xəbərlər

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

Fevralın 24-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. ...

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

25-02-2020-16-07 Xəbərlər

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Şəhanə mebel” Məhdud ...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

25-02-2020-15-25 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

25-02-2020-14-49 Xəbərlər

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intiba...

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

25-02-2020-13-59 Xəbərlər

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

Naxçıvan teleradiosu  “Operator-videoteka” vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

25-02-2020-12-51 Xəbərlər

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Naxçıvan Muxtar Respublikasında ötən ay 8 milyon 642 min 600 manatlıq kənd təsər...