Nəğməkar şair, dramaturq İslam Səfərli 12 fevral 1923-cü ildə Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib.

O, mənalı ömrünə böyük bir sənətkar irsini sığışdıraraq yaddaşlarda əbədi qala bilib. Sənətkarın zəngin yaradıcılıq irsi bu gün də incəsənət adamlarının müraciət etdiyi əsas mənbələrdəndir. “Ana”, “Yadıma düşdün”, “Nə vaxta qaldı”, “Aylı gecələr”, “Ay qaşı, gözü qara qız”, “Bir xumar baxışla”, “Qonaq gəl bizə”, “Bakı, sabahın xeyir!”, “Bir könül sındırmışam” kimi sözlərində ürək və qəlb çırpıntılarının, sevgi və poetik hüsn­rəğbətin duyulduğu, şirin, axıcı və gözəlliklərlə dolu əbədiyaşar mahnılara necə qulaq asmaya bilərik? Onun belə poetik nümunələrinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnib. İndinin özündə də bu mahnılar dillər əzbəridir və sevilə-sevilə dinlənilir. Şairin bir çox şeirlərinə bəstələnmiş mahnılar Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin qızıl fondunu təşkil edən əsərlər sırasında yer alır. 

İslam Səfərli ilk şeirlərini 17 yaşında ikən yazıb. Məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib, müxtəlif cəbhələrdə döyüşüb, həmçinin müharibə əleyhinə mübarizəsini qələmi ilə davam etdirib. Müharibə bitdikdən sonra Vətənə qayıdan İslam Səfərli yaradıcılığı ilə tezliklə ədəbi aləmdə tanınır və sevilir. Oçerk, novella, libretto və kino­ssenari, məqalələr də yazır, xarici ədəbiyyatdan uğurlu tərcümələr edir. Onu insanlara ən çox sevdirən isə dərin duyğularla yazdığı şeirləri olur. Əsasən, heca vəznində yazan görkəmli şair, hətta “Heca vəznliyəm mən” adlı ayrıca bir şeirində bu vəznə sədaqətini, məftunluğunu bəyan edir. Onun güclü, romantik pafoslu şeirlərində çox dərin bir səmimiyyət duyulur. Bu şeirlərdəki şirinliyin, axıcılığın əsas səbəbi də şairin özünün dediyi kimi poetik ruhuna arxalanması idi.

“Bağrıma basmışam Azərbaycanı – Araz bir qolumdur, Kür bir qolumdur”, – deyən İslam Səfərli Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı tükənməz ilhamla tərənnüm edib. Azərbaycan İslam Səfərli şeirinin ana mövzusu olmaqla, onun sönməz Vətən eşqinin möhtəşəm bir nümunəsidir:
Əlvan naxışlısan, doğma məkanım,
Sənə qurban canım, Azərbaycanım!
Naxçıvan elinin hər qarışı nəğməkar şairin yaradıcılığında öz bədii təsvirini tapıb. Bu vurğunluğu biz “Ey axarlı, ey baxarlı, ey gülzarlı Naxçıvanım”, “İki Culfa”, “Əbədiyyət nəğməsi”, “Araz burulub keçir”, “Tanış gözlər”, “Gəlmişəm”, “Batabat bulağı”, “Qızlar bulağı”, “Badamlı”, “Görüş yeri”, “Naxçıvanın duzu, qızı, qarpızı...” , “Həsrət nəğməsi”, “Şərur düzləri”, “Çex qızının məhəbbəti”, “Qoşa söyüd”, “Ordubad” və digər şeir və poemalarında aydın görürük. Şair qələmə aldığı əsərlərində “Şeirin, sözün Vətəni, xoş baharlı Naxçıvanım” deyərək ayın seyrə gəldiyi Qızlar bulağını, “Narzan” kimi qiymətli olan “Badamlı”sını, yurdumuzun gözəlliklərinin bir parçası olan Xal-xal meşəsini, Naxçıvanın dərdlərə dərman duzunu, Araz dərdini, bu diyarın göy tarlalı Şərurunu, dalğalarla qucaqlaşan Arpaçayını, “böyük aləm” dediyi doğulduğu Şəkərabad kəndinin təbiətini, Batabatın qəlb ovsunlayan gözəlliyini, Əlincənin əzəmətini, Bəhruz Kəngərli kimi sənətkarlarını, Koroğlu, Babəktək qəhrəman oğullarını, xumargözlü qızlarını yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə tərənnüm edib. Şair “Şərqin şöhrəti” (böyük ədib Cəlil Məmmədquluzadəyə), “Sevib yaşatdı” (Turan Cavidə), “Naxçıvan yadigarı” (“Naxçıvan yadigarı” mənzərə albomunun müəllifi rəssam Bəhruz Kəngərliyə) şeirlərində isə bu qədim diyarı elm və mədəniyyət ocağı, böyük sənətkar­lar yurdu kimi məhəbbətlə təsvir edir.
Azərbaycan poeziyasında Naxçıvan haqqında şeir silsiləsinin görkəmli yaradıcısı hesab olunan İslam Səfərlinin bu qəbildən olan şeirlərini oxuduqca bizə bir daha aydın olur ki, onun üçün Naxçıvan xatirələrinin qorunub saxlandığı ata-baba yurdu kimi doğma, həm də yaradıcılığında ömrü boyu ilham aldığı torpaq kimi əzizdir. Onun “Naxçıvanım”şeiri isə doğma diyarımıza həsr edilmiş dolğun, gözəl poetik nümunə kimi xoş təsir bağışlayır. Bu şeirdə şairin Naxçıvan torpağının vurğunu olduğunu hər bəndin hər misrasında hiss edirik:

Çöllərindən keçən mənəm,
Söz qoşmamış keçən mənəm,
Sularından içən mənəm,
Mənim barlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.

...Gör nə çalır könül simi:
-Şeirə verdim mən eşqimi.
Mirzə Cəlil, Bəhruz kimi,
Sənətkarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.

Şairin “Naxçıvanın duzu, qızı, qarpızı...” adlı şeirindəki ifadələr artıq zərbi-məsələ çevrilib. “Azərbaycan torpağının bərəkətli guşəsi”, – deyə bəhs etdiyi Şərur elini vəsf edərkən “Naxçıvanın Şəruru var, Şərurun da qüruru var” misraları ilə diqqəti çəkən şair mərcangözlü Batabat yaylağı haqqında yazdığı şeirdə isə Batabatı özünəməxsus şəkildə təsvir edərək oxucuda da həmin məkan haqqında heyranedici təsəvvür yaradır:

Bulaqların bir səmtədir axarı,
Salvartının xoş görünür baxarı,
Biçənəkdən at səyirdib yuxarı
Yalmanına yata-yata gəlmişəm,
Mərcangözlü Batabata gəlmişəm.

Şairin “Naxçıvan yadigarı” adlı mənzərələr silsiləsi Azərbaycan realist təsviri incəsənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərliyə həsr olunub. Bu şeirində o, doğma diyar haqqında mənalı, ümumiləşmiş bir mənzərə tablosu yaradır. “Nə vaxta qaldı”, “Döyüşçünün xəyalı”, “Təhsil illəri” şeirlərində isə doğulub boya-başa çatdığı Şəkərabad kəndindəki ata-baba ocağını təsvir edir, uşaqlıq və gənclik illərini xatırlayır, bu poetik nümunələrdə onun doğma yurdu üçün qəribsədiyi hiss olunur.
Şair təkcə qədim diyarı Naxçıvanı yox, bütövlükdə, doğma Vətənimizin hər bir qarışını ürəkdən sevib, yaradıcılığında ölkəmizin ayrı-ayrı guşələrini məhəbbətlə təsvir edib, indi də sevilə-sevilə oxunan şeir dünyası formalaşdırıb.
Şair dramaturgiya sahəsində də qələmini sınayıb, bir-birindən gözəl nümunələr yaradıb. Onun “Dar ağacı”, “Ana ürəyi”, “Yol ayrıcında”, “Yadigar”, “Xeyir və şər” dramları, “Qayın arvadı, xayın arvadı” komediyası və bir çox radio pyesləri indi də sevilən əsərlər sırasındadır. “Göz həkimi” pyesi isə ona dramaturq kimi ən böyük şöhrəti qazandırıb. Onun pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulub.
İslam Səfərlinin xidmətləri yüksək qiymətləndirilib. O, 1974-cü ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Doğma yurdu Naxçıvanda görkəmli şair və dramaturqun 90 illik yubileyi geniş şəkildə qeyd edilib, həyat və yaradıcılığına həsr olunmuş kitab və jurnallar işıq üzü görüb, Naxçıvan şəhərindəki küçələrdən birinə onun adı verilib.
İslam Səfərli uzunsürən xəstəlikdən sonra, 1974-cü ildə həyatdan çox erkən köçməsinə baxmayaraq, işıqlı dünyada öz izini qoyan sənətkarlarımızdan biridir. Onun qələmə aldığı aşağıdakı misralar bunu bir daha təsdiq edir:

Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm
Əldə qələm, dizdə varaq –
Mənə qalan bu olacaq.

 Güntac Şahməmmədli

"Şərq qapısı" qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün test imtahanları keçirilir

17-09-2020-16-44 Xəbərlər

Naxçıvanda dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün test imtahanları keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM

17-09-2020-15-21 Rəsmi

Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 17-də...

Şərur rayonunun Qaraburc və Şəhriyar kəndlərinin infrastrukturu yenilənir - VİDEO

17-09-2020-14-23 Xəbərlər

Şərur rayonunun Qaraburc və Şəhriyar kəndlərinin infrastrukturu yenilənir - VİDEO

Muxtar respublikanın hər bölgəsi kimi Şərur  rayonu da müasir infrastrukturu ilə...

Ötən səkkiz ayda muxtar respublika iqtisadiyyatına 201 milyon 197 min manat kredit ayrılıb

17-09-2020-13-44 Xəbərlər

Ötən səkkiz ayda muxtar respublika iqtisadiyyatına 201 milyon 197 min manat kredit ayrılıb

Muxtar respublikada bu ilin 8 ayı ərzində banklar və kredit təşkilatları tərəfin...

Ötən ay muxtar respublika ərazisində qanunsuz yaşayan 3 əcnəbi aşkarlanıb

17-09-2020-11-55 Xəbərlər

Ötən ay muxtar respublika ərazisində qanunsuz yaşayan 3 əcnəbi aşkarlanıb

Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya A...

AMEA Naxçıvan Bölməsində elmi-praktik seminar keçirilib

17-09-2020-11-17 Xəbərlər

AMEA Naxçıvan Bölməsində elmi-praktik seminar keçirilib

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Böl...

Ötən günün mənzərəsi - VİDEO

17-09-2020-09-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Pandemiyanın Naxçıvanda özəl sektora təsiri və bununla bağlı təkliflər müzakirə olundu

16-09-2020-18-28 Xəbərlər

Pandemiyanın Naxçıvanda özəl sektora təsiri və bununla bağlı təkliflər müzakirə olundu

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Pandemiyanın Naxçıvanda özəl sek...

Naxçıvanda sabaha olan hava proqnozu

16-09-2020-15-24 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 17-nə gözlənilən hava proqnozu açıqla...

Naxçıvan nümayəndəliyinin rəhbəri Almaniya səfiri ilə görüşüb

16-09-2020-14-21 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Almaniya səfiri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda alıcının hüquqları

16-09-2020-13-36 Xəbərlər

Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda alıcının hüquqları

Alıcıya lazımi keyfiyyətli olmayan mal, habelə istehlakçının tələblərini ödəməyə...

Ötən günün mənzərəsi - VİDEO

16-09-2020-10-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsinin vaxtı açıqlanıb

16-09-2020-10-14 Xəbərlər

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsinin vaxtı açıqlanıb

Sentyabrın 18-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2...

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək

15-09-2020-19-49 Xəbərlər

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respubl...

Həkim ambulatoriyası əhalinin sağlamlığına xidmət göstərən ünvandır

15-09-2020-19-40 Xəbərlər

Həkim ambulatoriyası əhalinin sağlamlığına xidmət göstərən ünvandır

Bu gün muxtar respublikada səhiyyənin inkişafı diqqət mərkəzindədir.

Camaldın Kənd Mərkəzinin açılışı olub

15-09-2020-19-35 Xəbərlər

Camaldın Kənd Mərkəzinin açılışı olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 15-də Camaldın kənd mə...

Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub

15-09-2020-19-31 Rəsmi

Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub

Culfa rayonunun Camaldın kəndində yeni sosial obyektlər istifadəyə verilib. Ü...

Azərbaycan-Türkiyə bayraqları Naxçıvan səmasında - VİDEO

15-09-2020-18-55 Xəbərlər

Azərbaycan-Türkiyə bayraqları Naxçıvan səmasında - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 15-də Bakının Qafqaz-İ...

15 Sentyabr Bilik Günü Heydər Əliyev adına Hərbi Liseydə də qeyd edilib - VİDEO

15-09-2020-18-18 Xəbərlər

15 Sentyabr Bilik Günü Heydər Əliyev adına Hərbi Liseydə də qeyd edilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 15 Sentyabr Bilik Günü Heydər Əli...

Məktəb illəri-ömrün ən şirin, duyğulu, qayğısız günləri...

15-09-2020-17-59 Xəbərlər

Məktəb illəri-ömrün ən şirin, duyğulu, qayğısız günləri...

İnsan həyatında elə günlər olur ki, lap elə yaş yüzü haqlasa da, unudulmur. Belə...

Muxtar respublikanın zəngin heyvanlar aləmi öyrənilir

15-09-2020-16-23 Xəbərlər

Muxtar respublikanın zəngin heyvanlar aləmi öyrənilir

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda bitki və heyvanlar aləmin...

Bilik Günündə Camaldın kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

15-09-2020-15-41 Xəbərlər

Bilik Günündə Camaldın kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

Sentyabrın 15-də Culfa rayonunun Camaldın kəndində yeni sosial obyektlər istifad...

9 illik bazadan kolleclərə qəbul müsabiqəsinin nəticələri açıqlanıb

15-09-2020-14-39 Xəbərlər

9 illik bazadan kolleclərə qəbul müsabiqəsinin nəticələri açıqlanıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul ...

Bakının işğaldan azad edilməsi xatirələrdə

15-09-2020-13-35 Xəbərlər

Bakının işğaldan azad edilməsi xatirələrdə

Osmanlı Türkiyəsinin XX əsr hərb tarixində böyük xidməti olan hərbi xadimlərdən ...

Əldə olunan uğurlar parlaq gələcəyin təminatıdır

15-09-2020-12-43 Xəbərlər

Əldə olunan uğurlar parlaq gələcəyin təminatıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust ...

Ötən günün mənzərəsi - VİDEO

15-09-2020-12-02 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olanlara sovqatlar təqdim olunub

15-09-2020-10-44 Xəbərlər

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olanlara sovqatlar təqdim olunub

Muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin g...

Bakının işğaldan azad olunmasından 102 il ötür

15-09-2020-09-43 Xəbərlər

Bakının işğaldan azad olunmasından 102 il ötür

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür.

İtirilmiş gəncliyin tapıldığı gün

15-09-2020-09-27 Xəbərlər

İtirilmiş gəncliyin tapıldığı gün

Muxtar respublikamızda yüksək bal toplayan məzunlarla Naxçıvan Muxtar Respublika...

Muxtar respublikada yeni tədris ili başladı

15-09-2020-09-00 Xəbərlər

Muxtar respublikada yeni tədris ili başladı

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada yeni dərs ili...