Sahil Tahirli yazır.

Bu gün eşitdiyim ən yaxşı xəbər separatçı Fəxrəddin Abbasovun (Aboszadə) 16 il azadlıqdan məhrum edilməsi oldu. Beləliklə də, milli müstəqilliyimizə, dövlətçiliyimizə qarşı xəyanət yolunu tutan daha bir çaqqal qulağından tutularaq yuvasından çıxarıldı və layiq olduğu yerə göndərildi! Onun Rusiyada saxlanılaraq ölkəmizə gətirilməsi həm də dövlətçiliyimizin daha bir uğurudur kimi qiymətləndirilməlidir.  Çünki illərdir işğalçı Ermənistan mətbuatının “bəzəyi” olan Abbasovun fəaliyyəti birbaşa ölkəmizin parçalanmasına yönəlməklə düşmən dəyirmanını suvarırdı. O, mütəmadi olaraq Naxçıvanın inkişafı, tarixi həqiqətlərinin saxtalaşdırılması istiqamətində də erməni mediasında xəyanətkar çıxışlar edirdi…

Bəs, ötən il Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Rusiyada yaxalanaraq ölkəmizə gətirilən  separatçının “karyerasında” daha nələr var?

İş burasındadır ki, 1956-cı il dekabrın 25-də Lerik rayonunun Bılabənd kəndində anadan olan Fəxrəddin Abbasovun separatçılıq fəaliyyəti 1993-cü ildən başlayır. Hətta, bir zamanlar ölkəmizi bölməyə və “Talış-Muğan Respublikası” yaratmağa çalışan Əlikram Hümbətov tərəfindən qondarma qurumun “parlamentinin spikeri” də təyin edilmişdi.

Barəsindəki məlumatlardan oxuyuruq:

 “Vətənə xəyanəti üzə çıxandan sonra Rusiyaya qaçan F.Abbasov uzun müddət Azərbaycan dövlətçiliyi əleyhinə təxribat  xarakterli  çıxışlar edib. Həmin çıxış və addımlar bu günə qədər davam etməkdə idi. Abbasov tez-tez İrəvana gedir və xüsusən Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə səfər edirdi. O, ermənilərə məxsus mətbuat orqanlarında Azərbaycana qarşı çağırışlar səsləndirib. Dəfələrlə İrəvanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbasov Azərbaycan hakimiyyətini, medianı müxtəlif cinayətlərdə ittiham edərək, düşmənin maraqlarına uyğun addımlar atıb və ölkəmizə qara yaxmaqla məşğul olub. O,  Ermənistan xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edib.

Qeyd edək ki, separatçı xain 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib, uzun müddət elmi kommunizm, daha sonra politologiya fənnini tədris edib”.

Görünür, onun necə təhlükəli və çörək yediyi qaba tüpürən nadan olduğunu Rusiya tərəfi də anlayıb. Belə ki, separatçı 2014-cü ildə müraciət etsə də, ona Rusiya vətəndaşlığı verilməyib.

Başdan-ayağa, ayaqdan da başa  “erməni maşası” olan Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi isə bu gün yekunlaşıb. Və hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F. Abbasov 16 il azadlıqdan məhrum edilib.

Cinayət dosyesi isə kifayət qədər qabarıqdır: Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması), 274-cü maddələri (Dövlətə xəyanət)…

Məsələni çox uzatmadan qısaca demək istərdim ki, bu cinayət əməli bir daha sübut edir ki, doğma Azərbaycanımızın inkişafını, güclənməsini istəməyən qüvvələr bir an da boş dayanmırlar. Və məqam düşdükcə, xəyanətkar xislətli, iradəsiz, saxta vətənpərvərləri də öz çirkin oyunlarına alət edirlər.

Və bir də, Fəxrəddin kimi şərəfini 2 qəpiyə satanlar təkcə Vətənimizə xəyanət etmirlər; onlar həm də minlərlə şəhidimizin, şəhid analarımızın ruhuna, xatirəsinə ləkədirlər. Təəssüf ki, Rusiyada başı qəfil Ural dağlarına dəyib dağılan Fəxrəddin kimi, Avropada Eyfel qülləsinin yan-yörəsində eşələnən fəxrəddinkimilər də az deyil. Əlbəttə, gec-tez onları da Fəxrəddinin aqibəti gözləyir. Biz qan töküb bayraq ucaltmamışıq ki, belə nadanlar ona dil və barmaq uzatsınlar! Barmaqlar qırılar, dillər kəsilər – Vətən və millət üçün…

Xalqımızın gözəl bir adəti var. Biz hər şeyi öz adıyla çağırmağı bacarırıq: iti də, çaqqalı da… Və zaman və məqam çatan kimi hər kəsə öz yeri göstərilir. Xəyanət isə heç zaman bağışlanmır!

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

28-03-2020-16-27 Xəbərlər

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

Yaz və payız aylarında kəskin respirator virus infeksiyalarının artıb çoxalması ...

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

28-03-2020-15-59 Xəbərlər

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

Şərur rayonunun münbit torpaqlarında qarğıdalı bitkisi yaxşı inkişaf edir.

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

28-03-2020-15-32 Xəbərlər

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Naxçıvanda sabaha olan hava proqnozu

28-03-2020-14-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb....

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

28-03-2020-14-28 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təma...

Çirişin bilmədiyimiz faydaları

28-03-2020-12-40 Xəbərlər

Çirişin bilmədiyimiz faydaları

Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar, vitaminlərlə zəng...

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

28-03-2020-11-48 Xəbərlər

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

Yaxud, sədaqət, vicdan, cəmiyyət və dövlət qarşısında məsuliyyət.

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

28-03-2020-10-48 Xəbərlər

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq diqqət mərkəzindədir. Bu mövs...

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

28-03-2020-10-20 Xəbərlər

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

NUHÇIXAN xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrin...

Ötən günün mənzərəsi - VİDEO

28-03-2020-09-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

27-03-2020-23-07 Xəbərlər

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə m...

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

27-03-2020-22-32 Xəbərlər

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

Tələbələr yaradılan şəraitə görə dövlət başçısına minnətdardırlar. 

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

27-03-2020-20-13 Xəbərlər

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dəmiryol Nəqliyyatında  Polis Şöbəsi üçün yeni...

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

27-03-2020-19-43 Xəbərlər

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

Muxtar respublikanın hər yerində olduğu kimi Şərur rayonunda da ərazilər təmiz s...

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

27-03-2020-19-13 Xəbərlər

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qu...

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

27-03-2020-19-08 Rəsmi

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiya...

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

27-03-2020-18-10 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücum...

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

27-03-2020-17-38 Xəbərlər

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin...

Naxçıvanda sabaha olan hava proqnozu

27-03-2020-16-03 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 28-nə gözlənilən hava proqnozu açıqlanıb....

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

27-03-2020-15-42 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

AZAL aviaşirkəti Azərbaycan vətəndaşlarının nəzərinə qeyd-şərtsiz əməl etməli ol...

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

27-03-2020-15-19 Xəbərlər

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əmək...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

27-03-2020-14-59 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumat...

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

27-03-2020-14-34 Xəbərlər

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

"Bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla pa...

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

27-03-2020-13-56 Xəbərlər

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yeni tip koronavirus (COVID-19) infeksiyası r...

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

27-03-2020-12-30 Xəbərlər

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

Göbələk orqanizm üçün olduqca faydalı bir bitkidir. Onun tərkibi vitamin, minera...

Ötən günün mənzərəsi - VİDEO

27-03-2020-11-42 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Gigiyena qaydalarına əməl edək - VİDEO

27-03-2020-10-37 Xəbərlər

Gigiyena qaydalarına əməl edək - VİDEO

Təmizlik imandandır.

Görkəmli türkoloq alim və pedaqoq

27-03-2020-09-00 Xəbərlər

Görkəmli türkoloq alim və pedaqoq

Ölkəmiz elmin bir çox sahələrində olduğu kimi, türkologiya sahəsində də görkəmli...

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 55 min 707 manat vəsait köçürüb

26-03-2020-23-55 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 55 min 707 manat vəsait köçürüb

NUHÇIXAN xəbər verir ki, martın 26-da “Naxçıvan Muxtar Respublikasında Koronavir...