Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının uğurla icrası sosial-iqtisadi inkişafı təmin etmiş, makroiqtisadi göstəricilər bütün parametrlər üzrə artmış, yeni sənaye müəssisələri yaradılmış və yerli istehsalın həcmi çoxalmışdır”.

Bəs gəlin görək, 2020-ci ilin “İxrac ili” elan olunması sahibkarlara nə vəd edir, onlar üçün hansı hədəfləri müəyyənləşdirir?

Əvvəla qeyd edək ki, ixracat latınca “exsporto” sözündən əmələ gəlib, “bir ölkənin və ya dövlətin limanından mal və xidmətlər ixracı” mənasında işlədilir. Mal ixracı – ölkədə istehsal olunmuş maddi məhsulların digər ölkəyə aparılması  anlamına gələn termin kimi dünyada qəbul edilir. Dövlət üçün ixrac –  idxal dəyərinin əsas göstəricilərindən biri də ölkənin xarici ticarət saldosudur.

Müstəqilliyimizin ilk illərində xaricdən daha çox mal idxal edən ölkəmiz qısa müddət ərzində iqtisadi güc nümayiş etdirərək yerli xammaldan istifadə bacarığını ortaya qoydu. Dövlətin sahibkarlara dəstəyi qısa müddət ərzində yerli malların istehsalına təkan verdi. Bu da özlüyündə ölkənin ixrac potensialını bir neçə dəfə artırdı.

Ötən əsrin 90-cı illərində bütün sahələr kimi, iqtisadiyyatı da  iflic olan muxtar respublikamız ötən 25 il ərzində sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoydu. Bu illər ərzində iqtisadiyyatın əsasını təşkil edən sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılan sahələrdən oldu. Bunun nəticəsidir ki, indi təkcə Naxçıvan şəhərində yox, qədim diyarın əksər kəndlərində belə emal və sənayə sahələri fəaliyyət göstərir. Bu gün bazar və dükanlardakı piştaxtalarda yerləşdirilən saysız-hesabsız məhsulun üzərində “Naxçıvan istehsalı” etiketini görənlər haqlı olaraq qürur və fərəh hissi keçirirlər. Sevindirici haldır ki, bu gün Babək rayonunda da əlverişli sahibkarlıq mühiti formalaşıb və yaradılan şəraitdən bəhrələnənlər sahibkar adını qazana bilib. İstehsal olunan məhsullar da bazarlarda öz yerini tuta bilib və istehlakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Məsələn, bu il yaradılmasından 70 il ötən və Babək rayonunun Sirab kəndində yerləşən “Sirab” Mineral Sular Zavodunda qablaşdırılaraq satışa çıxarılan və süfrələrimizin bəzəyinə çevrilən “Sirab” mineral süfrə suyu muxtar respublika iqtisadiyyatına mühüm töhfə verən istehsal sahələrindəndir. Bu gün 100-dən artıq insanın çalışdığı  “Sirab”  Mineral Sular Zavodunda qazlı və qazsız “Sirab” təbii mineral müalicəvi süfrə suyu müxtəlif həcmli plastik və şüşə butulkalara doldurulur. Zavodda mövsümdə 20 çeşidə yaxın məhsul istehsal olunur. Qablaşdırmada istifadə edilən xammal isə Türkiyə və Gürcüstandan, eləcə də muxtar respublikada fəaliyyət göstərən “Gəmiqaya Holdinq”dən alınır. Mineral süfrə suyuna xüsusən isti yay günlərində tələbat artır. Naxçıvanla yanaşı, paytaxt Bakıda və bölgələrdə, eləcə də ixracı aparılan xarici ölkələrdə “Sirab” suyu adı və dadı ilə seçilir. Bu illər ərzində saysız-hesabsız uğurlara imza atan istehsal müəssisəsi öz məhsullarını 10-14 fevral tarixlərində Moskvada təşkil edilən “Prodexpo 2020” beynəlxalq sərgisində də nümayiş etdirib.

Özəl sektora göstərilən dövlət dəstəyinin nəticəsidir ki, rayonun Nehrəm kəndində muxtar respublikanın iri sahibkarlıq subyektlərindən biri olan “Xalaoğlu” kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir. Fermer təsərrüfatı biznesdə zəhmət çəkib yaxşı nəticəyə çatmaq istəyənlər üçün gözəl örnəkdir. Burada müxtəlif çeşiddə süd məhsulları, ətlik broyler, yumurta və plastik taraların istehsalı aparılır. Bütün bu məhsulların daxili bazarla yanaşı, paytaxt bazarlarına çıxarılması üçün xidməti avtomobillər alınıb. Sahibkar Rafiq Əliyev ötən illərdə bir neçə dəfə dövlət maliyyə dəstəyi alıb və təsərrüfatın ərazisini xeyli genişləndirib, burada yeni binalar inşa olunub, ərazi abadlaşdırılıb. Sonuncu dəfə dövlətdən aldığı güzəştli kredit hesabına plastik taraların istehsalı sahəsini yaradıb. İki il bundan öncəyə qədər plastik taralar muxtar respublikaya qonşu ölkələrdən gətirilirdisə, indi bu taralar Naxçıvan şəhərindən çox da uzaqda olmayan Nehrəm kəndində istehsal olunur. Bu, həm də idxaldan asılılığın aradan qaldırılması deməkdir. Bundan sonra da bazara daha yüksəkkeyfiyyətli məhsul çıxarmağı qarşısına məqsəd qoyan Rafiq Əliyev təsərrüfatında 10 nəfər üçün yeni iş yeri açıb.

Daxili bazarı yüksəkkeyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri də “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Dövlət qayğısından bəhrələnən bu müəssisəyə Sahibkarlığın İnkişafı Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilib. Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20 min 674 kvadratmetr, kəsim və paketləmə üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahələri ayrılıb. Quşların kəsilməsi qaydalara uyğun şəkildə aparılır, 6 mərhələdə təmizləmədən sonra quş əti çeşidlənərək 10 çeşiddə “Ləzzət broyler” əmtəə nişanı vurulmuş xüsusi paketlərə yığılır və satışa çıxarılır.

Bunlarla yanaşı, rayonun kəndlərində süd məhsullarının istehsalını həyata keçirən, dərman bitkilərini qurudub satışa çıxaran, heyvandarlıq və quşçuluqla məşğul olan çox sayda ailə təsərrüfatçıları mövcuddur. Qeyd edək ki, muxtar respublikada arıçılığın inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramının uğurla icra olunması isə bu sahəyə olan marağı daha da artırıb. Arıçılara subsidiyaların verilməsi, yeni arıçılıq və balın emalı sahələrinin  yaradılması üçün ayrılan güzəştli kreditlər, dərman preparatlarının pulsuz verilməsi, ənənəvi olaraq “Arıçılıq məhsulları – bal” festivallarının keçirilməsi kənd təsərrüfatında arıçılığın rolunu və çəkisini bir neçə dəfə artırıb.

Babək rayonunda iqtisadiyyatın aparıcı sahələrindən biri də sənayedir. Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, 2019-cu ildə rayonda 123 milyon 840 min manata yaxın sənaye məshulu istehsal olunub ki, bu da bir il əvvəlki göstəricini 1,4 faiz üstələyib.“Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Araz kəndində yerləşən istehsal müəssisəsi, Çeşməbasar kəndi yaxınlığında yerləşən kərpic zavodu, Pircüvar düzündə yerləşən gəc və adını çəkmədiyimiz neçə-neçə istehsal sahələri muxtar respublikanın ixrac potensialına və iqtisadi inkişafına töhfə verirlər.

Sadalanan bütün bu nailiyyətlər ötən dövr ərzində əldə olunub. Bəs “İxrac ili” sahibkarlara nə verə bilər, gözləntilər nədən ibarətdir?

İlk olaraq 2020-ci il muxtar respublikamızda “İxrac ili” olduğu üçün dövlət dəstəyi hesabına yeni sahibkarlar sinfi formalaşacaq. Yaradılan şəraitdən düzgün istifadə ediləcəyi təqdirdə mövcud istehsal sahələrinin fəaliyyəti daha da genişlənəcək. Bir müəssisənin istehsal gücü artırsa, deməli, onun ixrac imkanları da artır, fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. İxracın həcminin artması qədim diyarda məşğulluğun təmin edilməsinə stimul verəcək. Digər bir tərəfdən istehsal sahələrinin artan ixrac potensialı, nəticədə, muxtar respublikamıza əlavə valyuta axını deməkdir. Bu da ilk növbədə sahibkarların, istehsal müəssisələrində çalışan işçilərin və əhalinin maddi rifah halının yaxşılaşmasına xidmət edəcəkdir. Məsələyə başqa bir prizmadan yanaşaq. Məhsul istehsal etmək, onun ixracını təşkil etmək davamlı xarakter almalıdır. Yəni, xaricdəki istehlakçı bütün hallarda Naxçıvandakı istehsal sahəsinə davamlı satıcı gözü ilə baxmalıdır. Bunun üçün sahibkar keyfiyyətli məhsul istehsal etməli, onun rəqabətədavamlılığını təmin etməli, təqdimatını və reklamını ən yüksək səviyyədə aparmalıdır. Təqdimat dedikdə ilk öncə məhsulun hansı səviyyədə qablaşdırılması nəzərdə tutulur. Bir sözlə, “İxrac ili” sahibkar-dövlət münasibətlərini daha sıxlaşdıracaq, əlaqələr genişlənəcək. Nəticədə, qazanan həm istehsalçı, həm də dövlətin iqtisadiyyatı olacaq. Yolumuz açıq, bazarımız uğurlu, bərəkətli, güzəranımız xoş olsun!..

Natiq MƏMMƏDOV,

ziyalı

“Şərqin səhəri”qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO

07-07-2020-19-14 Xəbərlər

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO

Muxtar respublikada yerli istehsal və xaricdən idxal olunan ərzaq məhsullarının ...

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

07-07-2020-18-16 Xəbərlər

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

VƏ YA USTAD HÜSEYN HƏŞİMLİYƏ ONUN OLMADIĞI DÜNYADAN MƏKTUB. Salam, Müəllim. M...

Məzun rəssamların sərgisi təşkil edildi

07-07-2020-15-36 Xəbərlər

Məzun rəssamların sərgisi təşkil edildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncə...

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

07-07-2020-15-15 Xəbərlər

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələ...

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

07-07-2020-14-50 Xəbərlər

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bil...

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

07-07-2020-13-26 Xəbərlər

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

Uca Yaradanın insan oğlunun “əyninə biçdiyi”, müəyyən etdiyi bir yol var.

Ötən günün mənzərəsi - VİDEO

07-07-2020-11-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

145-in KADRARXASI - Şərəf Mənsimova

07-07-2020-11-23 Xəbərlər

145-in KADRARXASI - Şərəf Mənsimova

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

07-07-2020-08-45 Xəbərlər

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ...

Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO

06-07-2020-17-35 Xəbərlər

Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO

Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icras...

Babək rayonunun kəndləri dezinfeksiya edildi - VİDEO

06-07-2020-16-10 Xəbərlər

Babək rayonunun kəndləri dezinfeksiya edildi - VİDEO

Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin davamı o...

İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

06-07-2020-14-44 Xəbərlər

İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

İmtahanlarda iştirak edənlər şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış...

Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib

06-07-2020-12-59 Xəbərlər

Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib

Naxçıvan Dövlət Universiteti və Almaniyanın Brandenburq Universiteti Konservator...

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə

06-07-2020-11-19 Xəbərlər

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarının nəticələri ilə bağlı mürac...

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

06-07-2020-09-00 Xəbərlər

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

İxtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müə...

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

05-07-2020-15-00 Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azə...

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

05-07-2020-12-21 Xəbərlər

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində ə...

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

05-07-2020-08-58 Xəbərlər

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

Hazırda dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunur.

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

04-07-2020-17-57 Xəbərlər

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsind...

Babək rayonunda taxıl biçini davam edir

04-07-2020-14-50 Xəbərlər

Babək rayonunda taxıl biçini davam edir

Babək rayonunda taxıl biçini davam edir. 

Ötən günün mənzərəsi - VİDEO

04-07-2020-10-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...