Şahbuz rayonu muxtar respublikanın zəngin-mədəni irsi, özünəməxsus mətbəxi, çeşid-çeşid məhsulları, gözəl havası, saf suları, mineral və müalicəvi bulaqları və bir çox xüsusiyyətləri ilə seçilən turizm məkanıdır.

İlin hansı fəsli olmasından asılı olmayaraq, istirahətini xoş və mənalı keçirmək istəyən yerli və xarici turistlər daha çox bu rayona gəlməyə can atırlar. Çünki dağlarla əhatə olunan bu Şahbuz rayonu ilin istənilən fəslində qonaqlarını heyranedici mənzərə ilə qarşılaya bilir. Elə təbiətindəki bu rəngarənglik sayəsində son zamanlar rayona turist axını daha da artıb. Rayonun Ağbulaq, Kükü, Qızıl Qışlaq, Biçənək, Nursu, Badamlı, Keçili, Külüs və adını sadalamadığımız bir çox kəndlərində bir-birindən gözəl təbiət mənzərələri, zəngin fauna və floranın olması və daha nələr, nələr... buraya üz tutan yerli və xarici turistlərdə maraq yaradıb və hər səyahət etmək istədiklərində təkrar onların bu bölgələrə üz tutmalarına səbəb olub. Dövlət dəstəyi ilə bu bölgələrimizdə yaradılmış sosial infrastruktur, əhalinin həyat səviyyəsinin və məşğulluğunun yüksəldilməsi nəticəsində təkcə isti yay günlərində deyil, qarlı-şaxtalı qış aylarında da istirahət etmək üçün  Şahbuz rayonunun kəndlərinə üz tutmaq istəyənlərin sayı hər ötən il daha da artır.

Şahbuz  rayonun  bir çox kəndləri kimi, turistlərin daha çox üz tutduğu ünvanlardan biri zirvəsi qarlı dağlarla əhatə olunan Ağbulaq kəndidir. Təmiz havası, buz bulaqları ilə seçilən Ağbulaq muxtar respublikada ekoturizm mərkəzlərindən biridir. Son illərdə burada dövlətimiz tərəfindən turizm bölgələri yaradılıb və kəndin büsatı tamamilə dəyişdirilib. Kənd öz şöhrətini muxtar respublikanın hüdudlarından çox-çox kənarlarda da tanıdıb. Dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşən kəndin coğrafi mövqeyi turizmin inkişafı üçün olduqca əlverişlidir. Turizmin inkişafı istiqamətində həyata keçirilən bütün bu tədbirlər Ağbulaq kəndini hər kəsin bircə dəfə də olsa, görmək istədiyi sevimli bir məkana çevirib.             

Ötən illərdə-2013-cü ildə kəndin böyük bir ərazisində Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilib. Bir neçə ildir ki, istifadəyə verilən bu mərkəz kəndə turist axınına səbəb olub. Həmçinin, bu istirahət mərkəzi sürətlə inkişaf etməkdə olan bir regionun füsunkar dağ kəndində təşkil oluna biləcək bütün xidmətlərini özündə əks etdirir. Mərkəzdə hər il gənclərin “Yay məktəbi”, eləcə də dövlət qulluqçularının şənbə, bazar günləri mənalı istirahəti təşkil olunur. Onlar burada xoş və mənalı istirahət edirlər. Qonaqlara həmçinin milli mətbəximizin dillər əzbəri olan təamları təqdim olunur. Bu nemətlərin də hamısı kənddə ailə təsərrüfatçıları tərəfindən hasilə gətirilən yerli məhsullardan hazırlanır. Mərkəzdə qonaqlar üçün əyləncəli saatlar da təşkil edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. 2018-ci ilin iyul ayında kənddə Xizək Mərkəzinin təməli atıldı. Qeyd edək ki, Azərbaycanda “Şahdağ” və “Tufandağ”dan sonra 3-cü dağ-xizək mərkəzinin yaradılması məhz Şahbuz rayonunun Ağbulaq kəndində gerçəkləşdi. Məlumdur ki, dağ xizəkçiliyinin inkişafı üçün təbii şərait mühüm amildir. Elə haqqında bəhs etdiyimiz Ağbulaq kəndinin də relyefi və iqlim xüsusiyyətləri burada xizək mərkəzinin yaradılmasına geniş imkanlar açır. Mərkəzdə ümumi uzunluğu 1590, eni isə 30 metr olan dağ-xizək enişi, 952 metr olan kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parklarının yaradılması, süni qaryaratma sistemlərinin qurulması istiqamətində işlər davam etdirilir. Dağ-xizək enişinin bir hissəsi hazırdır. Ərazidə turistlərin istirahəti üçün xidmət sahələri də fəaliyyət göstərəcək.

Hər yurdun-yuvanın, elin-obanın özünəməxsus xüsusiyyətləri olduğu kimi, Ağbulaq kəndinin də öz dünyası, öz aləmi var. Kənd bu gün özünün müasir inkişaf dövrünü yaşayır. Kənddə yaradılan şəraitin nəticəsidir ki, əvvəlki illərlə müqayisədə son zamanlar kənddə məskunlaşma xeyli artıb. Artıq Ağbulağı hər kəs bir turizm məkanı kimi tanıyır. Burada yaşayan yerli sakinlər öz evlərini istirahət üçün kəndə üz tutan yerli və xarici turistlərə kirayə verməklə və onları gündəlik qida məhsulları ilə təmin etməklə yaxşı gəlir götürürlər. Bütün bunlar kənd sakinlərinin rifahının daha da yaxşılaşmasına səbəb olub. Burada sakinlərin rahat və sağlam yaşayışı üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılıb. Bütün bunlar insanlar tərəfindən razılıqla qarşılanır.

 

Turanə Baxşəliyeva

“Oğuz səsi”qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO

07-07-2020-19-14 Xəbərlər

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO

Muxtar respublikada yerli istehsal və xaricdən idxal olunan ərzaq məhsullarının ...

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

07-07-2020-18-16 Xəbərlər

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

VƏ YA USTAD HÜSEYN HƏŞİMLİYƏ ONUN OLMADIĞI DÜNYADAN MƏKTUB. Salam, Müəllim. M...

Məzun rəssamların sərgisi təşkil edildi

07-07-2020-15-36 Xəbərlər

Məzun rəssamların sərgisi təşkil edildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncə...

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

07-07-2020-15-15 Xəbərlər

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələ...

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

07-07-2020-14-50 Xəbərlər

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bil...

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

07-07-2020-13-26 Xəbərlər

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

Uca Yaradanın insan oğlunun “əyninə biçdiyi”, müəyyən etdiyi bir yol var.

Ötən günün mənzərəsi - VİDEO

07-07-2020-11-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

145-in KADRARXASI - Şərəf Mənsimova

07-07-2020-11-23 Xəbərlər

145-in KADRARXASI - Şərəf Mənsimova

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

07-07-2020-08-45 Xəbərlər

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ...

Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO

06-07-2020-17-35 Xəbərlər

Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO

Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icras...

Babək rayonunun kəndləri dezinfeksiya edildi - VİDEO

06-07-2020-16-10 Xəbərlər

Babək rayonunun kəndləri dezinfeksiya edildi - VİDEO

Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin davamı o...

İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

06-07-2020-14-44 Xəbərlər

İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

İmtahanlarda iştirak edənlər şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış...

Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib

06-07-2020-12-59 Xəbərlər

Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib

Naxçıvan Dövlət Universiteti və Almaniyanın Brandenburq Universiteti Konservator...

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə

06-07-2020-11-19 Xəbərlər

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarının nəticələri ilə bağlı mürac...

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

06-07-2020-09-00 Xəbərlər

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

İxtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müə...

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

05-07-2020-15-00 Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azə...

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

05-07-2020-12-21 Xəbərlər

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində ə...

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

05-07-2020-08-58 Xəbərlər

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

Hazırda dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunur.

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

04-07-2020-17-57 Xəbərlər

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsind...

Babək rayonunda taxıl biçini davam edir

04-07-2020-14-50 Xəbərlər

Babək rayonunda taxıl biçini davam edir

Babək rayonunda taxıl biçini davam edir. 

Ötən günün mənzərəsi - VİDEO

04-07-2020-10-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...