AZƏRTAC-da agentliyin  Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəriRauf Kəngərlinin “Naxçıvanın milli ruhumuzu yaşadan Novruz adətləri” sərlövhəli məqaləsi yayımlanıb. Naxcivantv.az aktuallığını nəzərə alıb həmin məqaləni öz oxucularına təqdim edir.

Əsrlər boyu xalqımız Novruz bayramı ilə bağlı müxtəlif adətlər, mərasimlər yerinə yetirib, həmin adətlər folklorumuzda yaşadılaraq bu günə qədər gəlib çatıb. Ölkəmizin hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında hər il el şənlikləri ilə qeyd edilən Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları bu gün də özünü qabarıq şəkildə göstərir.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova deyib ki, muxtar respublikanın müxtəlif bölgələrində qorunub saxlanılan maraqlı Novruz adətləri bu gün də yaşadılmaqdadır. Bu adətlərindən biri “Xan bəzəmə”dir. Novruzda muxtar respublikanın Ordubad rayonunda bayram ərəfəsində bir nəfər “xan” seçilir və o, üç gün əsl “xan” kimi geyindirilir, başına tac qoyulur. Meydanda hündür bir taxt düzəldib “xan”ı ora dəvət edirlər. İki nəfər balaca uşaq “xan”ı yelpiklə yelləyir. Kim istəyir könüllü ona qulluqçu olur.

Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. “Xan”ın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. “Xan”ın əmrinə hamı tabe olur. Hərə öz qabiliyyətini nümayiş etdirir. Arada təlxəklər gəlib “xan”ı güldürməyə çalışırlar. “Xan” isə gərək ciddiliyini qorusun, gülməsin. Əgər gülsə, onu hovuzdakı suya basırlar, sonra təzə “xan” seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər “xan” üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır.

Bayram axşamı Ordubad rayonunun kəndlərində dağların başında tonqal qalamaq ənənəsi də var. Kəndin cavanları əvvəlcədən hazırlıq işləri görər, lazım olan yanacaqları dağın zirvəsinə qaldırarlar. Gün batana yaxın tonqallar alovlandırılır. Ulu Dədə Qorqudun dediyi kimi, bütün dağların zirvələrində alovlandırılan bayram, şənlik tonqalları el bayramının təntənəsindən soraq verir. Həmin gün xonçalar bəzənər, qoz, fındıq, püstə, kişmiş, mövüc, şabalıd, cürbəcür meyvələr, hədiyyələr, boyanmış yumurtalar tabaqlara yığılıb nişanlı qızlara aparılar. Çox zaman qırmızı lent bağlanmış səməniləri də apararlar. Bu da həmin evə xeyir-bərəkət, ruzi gətirsin deyə mənalandırılır.

Sədaqət Nemətova qeyd edib ki, Naxçıvanın bütün bölgələrində Novruz axşamının səhəri günü ağsaqqalları, ağbirçəkləri görmək adəti uzun illərdir yaşamaqdadır. Bayram günü səhər tezdən qız-gəlinlər axar su üstünə, bulaq başına gedər, evə su gətirərlər, həmin suyu həyət-bacaya səpərlər. Sonra cavanlar bir alma ilə də olsa qonşuları, ağbirçəkləri yad edər, onların bayramını təbrik edərlər. Novruzda evlərdə plov bişirərlər. Muxtar respublikanın bir sıra kəndlərində Xıdır bayramında olduğu kimi, qapılardan şal, papaq atmaq adəti indi də yaşayır. Uşaqlar, yeniyetmələr axşam qonşuların və yaxınların evlərinə şal, papaq atarlar. Ev sahibləri həmin yaylıqlara, papaqlara pay qoyarlar.

Naxçıvanda bayram günləri həyət-bacaları təmizləmək, bayrama bir neçə gün qalmış evin yorğan-döşəyini, pal-paltarını bayıra töküb təmizləmək adəti xalqımızın təmizliklə bağlı inanclarındandır. Xalqda belə bir inam var ki, Novruzda il təzələndiyi kimi, hər şey təzələnməli, təmiz olmalıdır. Elə buna görə də bayram ərəfəsində hər bir uşağa təzə paltar alınır, uşaqlar bir dəsmalla, köynəklə, corabla da olsa sevindirilir.

Yalnız Naxçıvana xas olan və bu gün unudulmuş Novruz mərasiminin olduğunu diqqətə çatdıran AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə bildirib ki, bu, “Nuhtaban” və ya “Həzaranpir” mərasimi adlanır. Əkrəm Hüseynzadə həmin mərasimin yerinə yetirilməsi ilə bağlı el arasında yaşadılan rəvayət barədə də danışaraq deyib: “Belə rəvayət olunur ki, Nuh Peyğəmbərin ömrünün son zamanlarında oğlu Yafəs ona yaxınlaşaraq bildirib: “Səndən sonra bu ölkəni qorumaq üçün mənə bir hikmət ver”. Nuh Peyğəmbər düşüncələrə dalıb. Bir neçə gündən sonra o, yerdən bir daş lövhə götürüb, üstündə “Türk” sözünü yazaraq Yafəsə verib. Yafəs bu hikmətin sirrini soruşduqda atası deyib: “Bu adı Tanrı özü mənə vəhy etdi və dedi ki, mən Yafəsə bir oğul verəcəyəm, adını da mən qoyacağam. Onun adı Türk olacaq. Türk yalnız sənin ölkəni deyil, bütün dünyanı zülmdən, əsarətdən qurtaracaq, dünyanı cəhalət və nadanlıqdan xilas edəcək, insanlığa səadət yolunu göstərəcək və dünyanı işıqlandıracaq”.

Zaman keçib, Yafəsin oğlu dünyaya gəlib. Ona gözəllik, igidlik mənalarını ifadə edən “Türk” adı qoyulub. Beləliklə, bu gün sayı milyonlarla olan Türk millətinin ilk nümayəndəsi Azərbaycan torpağında – Naxçıvanda doğulub. Yafəsin həmişə fəxr etdiyi oğlu Türk ədəbiyyatımızda “Əbu-türk” adıyla qalıb. Türkün də oğlu dünyaya gələrkən onu Əlincə adlandırıb. Həmin adla bağlı möhtəşəm qala – Əlincə qalası da məhz Naxçıvandadır. Deyilənlərə görə, Nuh Peyğəmbərin “Türk” adı yazdığı həmin müqəddəs daş lövhə vaxtilə Əlincə qalasında saxlanılırdı.

Mərhum tədqiqatçı Lətif Hüseynzadə Novruz ilə bağlı artıq unudulan bayram ənənəsi barədə deyirdi ki, hər il mart ayının əvvəllərində, bayram ərəfəsində üç gün davam edən mərasim keçirilib. Belə ki, əvvəlcə Əlincə qalasında saxlanılan daş lövhə təntənəli şəkildə Nuhun Naxçıvan şəhərində yerləşən məzarına gətirilib. Mərasim daş lövhənin Nuhun məzarı üzərinə qoyulması ilə başlayıb. Məhz həmin mərasim “Nuhtaban” və ya “Həzaranpir” adlanıb. “Nuhtaban” Nuhun məzarına işarə olaraq “İşıq saçan” deməkdir. Mərasimin “Həzaranpir” deyimi də mühüm bir semantik anlama malikdir. “Həzar” min rəqəmini ifadə edir. “Həzaran” minlər mənasında işlənir. “Həzaran” – yəni “min yaşlıların min yaşlısı” deməkdir. “Pir” isə “qoca”, “mürşid”, “rəhbər”, “peyğəmbər” mənalarında işlədilir. Həzaranpir dеyiləndə, yəni yaşlıların min yaşlısı, qoca Nuh Peyğəmbər nəzərdə tutulub.

Mart ayının ilk günlərində Nuhtabanda “min yaşlıların min yaşlısı” mərasiminə başlanılırmış. O zamanlar Naxçıvan şəhər məscidinin baş ruhanisi, qazi Əbdül Kərim ağa Qazızadənin başçılığı ilə şəhərin mötəbər şəxslərindən, xan və bəylərdən, müəllim və ziyalılardan ibarət bir heyət Əlincə qalası ətəyindəki Nəiminin türbəsi yanında məsciddə mühafizə olunan Nuh Peyğəmbərin üstündə “Türk” adı yazılmış daş lövhəsini gətirmək üçün gedərmişlər. Bu hikmətli, qiymətli daş Nuh Peyğəmbərin nəticəsi Əlincə xanın iqamətgahında, Əlincə qalasındakı xəzinəsində qorunub saxlanılırmış.

Naxçıvandan Əlincəyə gedən heyət oradakı məscidin ruhaniləri ilə bərabər o müqəddəs daş lövhəni Nuh Peyğəmbərin məzarı olan türbəyə - Nuhtabana gətirərmiş. Bu müqəddəs daşı görmək, ona nəzir, niyazlar etmək üçün insanlar yollara toplaşarmışlar.

Heyət Nuhtabana daxil olduğu vaxt həm sevinc, həm də həyəcan doğuran səslər bütün ətraf kəndlərə də yayılırmış. Əlincədən gələn heyətin başçısı bu müqəddəs daşı Nuhtabanda, məzarın önündə nümayiş etdirirmiş. Bundan sonra heyət sərdabəyə daxil olub daşı məzarın üzərinə qoyurmuş. Bu mərasim zamanı el şənlikləri, xalq oyunları keçirilərmiş. Bura ziyarətə gələnlər qurbanlar kəsər, ehsanlar, ziyafətlər verərmişlər. Həmin ziyafət, mərasimi “Şölən” adlandırılırmış. Bu sözün məna və mahiyyətini yaxşı bilənlər bu mərasimlər dövründə doğulan övladlarına “Şulan” və ya “Şölən” adlarını verərmişlər. Buna görə də “Şulan” adı yalnız Naxçıvandakı şəxs adları üçün daha səciyyəvidir. Bu ad, bəlkə də, yalnız Naxçıvanda qoyulur.

Nuhtaban mərasimlərində bayatı da deyilirmiş. Həmin bayatılardan biri belə idi:

Əzizim ozan ağlar,

Daşları yazan ağlar,

Burda Nuhum ölübdür,

Qəbrini qazan ağlar.

Çar Rusiyası Naxçıvanı işğal еtdikdən sonra bu mərasimlərə də son qoyulub. O zamanlar Nuhun məzarı dağıdılıb, o müqəddəs daş lövhə də yoxa çıxıb və ya məhv edilib.

Bu gün Nuh Peyğəmbərin məzarüstü türbəsi Azərbaycan dövləti tərəfindən ən yüksək səviyyədə yenidən bərpa edilib. Bu gün həmin türbə yüzlərlə insanın ziyarət yerinə çevrilib. Martın 18-dən başlayaraq Nuh Peyğəmbərin məzarüstü türbəsinin yanında yerləşən və Naxçıvanın 5 min illik qədim tarixinə şahidlik edən Naxçıvanqalada (“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi) Novruz bayramı münasibətilə bayram şənliklərinə start verilib. Novruz şənliklərinin tarixi minilliklərlə ölçülən bu qalada keçirilməsi milli adət-ənənələrimizə və şərəfli tariximizə göstərilən diqqətin növbəti nümunəsidir.

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

23-01-2018-14-55 Hits:60 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikasında  yanvarın 24-nə  gözlənilən hava proqnozu açıqla...

Cüdoçularımız Fransada və Almaniyada keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcəklər

23-01-2018-14-28 Hits:65 Xəbərlər

Cüdoçularımız Fransada və Almaniyada keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcəklər

Gələn ay Fransanın paytaxtı Parisdə və Almaniyanın Düsseldorf şəhərində cüdo üzr...

Azərbaycan dünyanın ən yaxşı ölkələrinin reytinqində beş pillə irəliləyib

23-01-2018-14-00 Hits:112 Xəbərlər

Azərbaycan dünyanın ən yaxşı ölkələrinin reytinqində beş pillə irəliləyib

ABŞ-ın “U.S. News & World Report” jurnalı 2018-ci il üçün dünyanın ən yaxşı ...

Fobi ya və onun növləri

23-01-2018-13-26 Hits:122 Xəbərlər

Fobi ya və onun növləri

Fobiya sözü yunan dilindən tərcümədə qorxu, həyəcan mənası verir. Bəzən qorxu hi...

Şərurda oxunması zəruri olan kitabların müzakirəsi olub

23-01-2018-12-46 Hits:208 Xəbərlər

Şərurda  oxunması zəruri olan kitabların müzakirəsi olub

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi   Sədrinin 28 avqust 2017-ci il tari...

“Instagram”da istifadəçinin son giriş vaxtı göstəriləcək

23-01-2018-12-07 Hits:97 Xəbərlər

“Instagram”da istifadəçinin son giriş vaxtı göstəriləcək

“Instagram”da tətbiq edilmiş yeni funksiya istifadəçinin proqrama son daxilolma ...

“Eurovision-2018” mahnı müsabiqəsinə akkreditasiya başlanır

23-01-2018-11-40 Hits:89 Xəbərlər

“Eurovision-2018” mahnı müsabiqəsinə akkreditasiya başlanır

Yanvarın 29-dan “Eurovision-2018” mahnı müsabiqəsinə akkreditasiya başlanır.

Naxçıvan rəssamları İkinci Beynəlxalq Türk dünyası Sənət Festivalında iştirak edirlər

23-01-2018-11-16 Hits:121 Xəbərlər

Naxçıvan rəssamları İkinci Beynəlxalq Türk dünyası Sənət Festivalında iştirak edirlər

Yanvarın 22-də Türkiyənin Adana şəhərində II Beynəlxalq Türk dünyası Sənət Festi...

Yanvarın 23-də xarici valyutaların manata qarşı məzənnələri

23-01-2018-10-47 Hits:68 Xəbərlər

Yanvarın 23-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 23 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb.

Türkiyədən Azərbaycana daşınan yük ilk dəfə olaraq İranın Astara limanından gəmi ilə yola salınıb

23-01-2018-10-23 Hits:142 Xəbərlər

Türkiyədən Azərbaycana daşınan yük ilk dəfə olaraq İranın Astara limanından gəmi ilə yola salınıb

Türkiyədən Azərbaycana daşınan yük ilk dəfə olaraq İranın Astara limanından gəmi...

Azərbaycan neftinin bir barreli 70,94 dollara satılır

23-01-2018-09-55 Hits:98 Xəbərlər

 Azərbaycan neftinin bir barreli 70,94 dollara satılır

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

Naxçıvana səs verək, qədim diyarımızı gənclər paytaxtı seçək! - VİDEO

23-01-2018-09-28 Hits:1362 Xəbərlər

Naxçıvana səs verək, qədim diyarımızı gənclər paytaxtı seçək! - VİDEO

Naxçıvan 2018-ci ildə “Gənclər Paytaxtı” seçilməyə iddialı namizədir.

Ötən günün mənzərəsi

23-01-2018-09-00 Hits:425 Xəbərlər

Ötən günün mənzərəsi

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yen...

Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirdi

22-01-2018-23-47 Hits:345 Xəbərlər

Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirdi

Türkiyə ordusu Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində ...

İslam Cabbarov: Pəhriz saxlamaqla bir çox xəstəlikləri müalicə etmək mümkündür

22-01-2018-23-00 Hits:304 Xəbərlər

İslam Cabbarov: Pəhriz saxlamaqla bir çox xəstəlikləri müalicə etmək mümkündür

Uzunömürlü və sağlam yaşamaq istəyən düzgün qidalanmalı, müntəzəm fiziki işlə mə...

Benzinin 1 litri ən ucuz Venesuelada və Türkmənistanda, ən baha İslandiyada satılır

22-01-2018-21-08 Hits:441 Xəbərlər

Benzinin 1 litri ən ucuz Venesuelada və Türkmənistanda, ən baha İslandiyada satılır

2018-ci ilin yanvarında dünyada benzinin orta qiyməti 1 litr üçün 1,14 ABŞ dolla...

Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşü keçirilib

22-01-2018-20-38 Hits:106 Xəbərlər

Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun il...

Naxçıvan qarnizonu qoşunlarında döyüş hazırlığına dair yekun müşavirə keçirilib, xidmətdə fərqlənənlər mükafatlandırılıb

22-01-2018-20-12 Hits:408 Xəbərlər

Naxçıvan qarnizonu qoşunlarında  döyüş hazırlığına dair yekun müşavirə keçirilib,  xidmətdə fərqlənənlər mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əs...

Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarında çağırışçı gənclər ordu sıralarına yola salınıb

22-01-2018-19-20 Hits:309 Xəbərlər

Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarında çağırışçı gənclər ordu sıralarına yola salınıb

Naxcivantv.az xəbər verir ki bu gün Şərur, Ordubad, Culfa və Kəngərli rayonların...

Həmyerlimizin məqaləsi Moskvada dərc olunub

22-01-2018-18-48 Hits:157 Xəbərlər

Həmyerlimizin məqaləsi Moskvada dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyya...

“Almaniya ilə əməkdaşlığa uyğunlaşma Jurnalı”nda Naxçıvan haqqında məqalə dərc edilib

22-01-2018-18-06 Hits:74 Xəbərlər

“Almaniya ilə əməkdaşlığa uyğunlaşma Jurnalı”nda Naxçıvan haqqında məqalə dərc edilib

Ötən il sentyabrın 27-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layih...

Naxçıvanda Görkəmli rəssam Bəhruz Kəngərlinin anadan olmasının 126-cı ildönümü qeyd olunub

22-01-2018-17-38 Hits:134 Xəbərlər

Naxçıvanda Görkəmli rəssam Bəhruz Kəngərlinin anadan  olmasının 126-cı  ildönümü qeyd olunub

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən Görkəmli rəssam Bəhruz...

“Samsung Galaxy S9+” smartfonunun real fotoşəkilləri dərc edilib

22-01-2018-17-00 Hits:122 Xəbərlər

“Samsung Galaxy S9+” smartfonunun real fotoşəkilləri dərc edilib

“Samsung” şirkətinin qabaqcıl “Samsung Galaxy S9” və “Samsung Galaxy S9+” smartf...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb

22-01-2018-16-14 Hits:158 Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb...

Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub

22-01-2018-15-34 Hits:79 Xəbərlər

Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub

Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf ...

Azərbaycan atleti “Kuldiga Catherines Cup” beynəlxalq turnirinin qızıl medalına sahib olub

22-01-2018-15-02 Hits:135 Xəbərlər

 Azərbaycan atleti “Kuldiga Catherines Cup” beynəlxalq turnirinin qızıl medalına sahib olub

Latviyada atletika üzrə “Kuldiga Catherines Cup” beynəlxalq turniri keçirilib.

DTX-dan əməliyyat: son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

22-01-2018-14-41 Hits:903 Xəbərlər

DTX-dan əməliyyat: son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Azərbaycanda valyuta dövriyyəsində manipu...

Termometr sınanda...

22-01-2018-14-08 Hits:255 Xəbərlər

Termometr sınanda...

Ən çox narahatlıq doğuran məsələlərdən biri bədən hərarətinin ölçülməsi zamanı v...

“Facebook” istifadəçiləri xəbər mənbələrinin etibarlığını qiymətləndirmək imkanı əldə ediblər

22-01-2018-13-38 Hits:144 Xəbərlər

“Facebook” istifadəçiləri xəbər mənbələrinin etibarlığını qiymətləndirmək imkanı əldə ediblər

“Facebook” istifadəçiləri xəbər lentinə daxil olan xəbər mənbələrinin etibarlığı...

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

22-01-2018-12-50 Hits:252 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikasında  yanvarın 23-nə  gözlənilən hava proqnozu açıqla...