Dünyanın bir çox yerlərində dağlıq və dağətəyi zonalarda geniş əkilib becərilən alma respublikamızda əsasən Naxçıvan Muxtar Respublikasında, Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində yetişdirilir.

Meyvələrindən təzə və emal olunmuş halda istifadə edilir. Sortundan, calaqaltından və becərilmə xüsusiyyətlərindən asılı olaraq 2-8 yaşından məhsula düşür,  25-100 il  müddətində məhsul verir. Naxçıvan Muxtar Respublikasında almanın yabanı növü olan Şərq alması geniş yayılıb,  mədəni sortların hamısı bu növdən yaradılıb. Alma Naxçıvan Muxtar Respublikası ərazisində meyvə bitkiləri içərisində ən geniş yayılmış meyvə bitkisidir.  Almanın əkin sahəsi muxtar respublika ərazisində olan tumlu meyvə bağlarının 60-62%-ə qədərini təşkil edir. Muxtar respublika ərazisində aparılan tədqiqatlar nəticəsində almanın 82 sortunun və 22 formasının olduğu müəyyənləşdirilib. Onlar yetişmə müddətlərinə görə qruplaşdırılıb,  ad və sinonimləri qeyd edilib. Həmçinin muxtar respublika ərazisində alma genofondunu zənginləşdirmək üçün  yeni 14 sort gətirilərək genefonda əlavə edilib. Bunlardan 10 sort keçmiş Azərbaycan ETB və SBİ-dən, (indiki Meyvəçilik və Çayçılıq Elmi tədqiqat İnstitutu) 2 sort İran İslam Respublikasından və 1 sort isə Türkiyə respublikasından gətirilib. Haliyədə muxtar respublikada almanın 118 sort və forması əkilib becərilir.

Almanın Kimyəvi tərkibi: Zəngin kimyəvi tərkibi, meyvələrin uzun müddət saxlanması qabliyyəti, yüksək məhsuldarlığı, müxtəlif torpaq iqlim şəraitində becərilməsi imkanı bu bitkinin geniş ərazilərdə becərilməsinə səbəb olub. Əkin sahəsinə və ümumi məhsul istehsalına görə alma birinci yerdə durur. Almanın tərkibində 13-15%-ə qədər şəkər, C vitamini (onun miqdarı yabanı Şərq almasında daha çoxdur), B1 vitamini, karotin, müxtəlif turşular, dəmirin orqanik birləşmələri, kalium, natrium, fosfor, maqnеzium, kalsium və s. mövcuddur. Alma meyvələrinin tərkibində 4,92-14,61% şəkərlər, 0,20-0,86% turşular, 0,07-0,26% dabbaq maddələri, 0,28-0,50% kül elementləri və müxtəlif vitaminlər (A1, B1, B2, C, P və PP ) vardır.

Muxtar respublika ərazisində becərilən alma sortlarından: Tabaq alma, Toz alma, Naxçıvan Gözəli, Ordubadi, Şax alma, Qirbi-şirin, Gəlin alma, Qəndil-sinab, Sarı-sinab, Stəkanvari, Fəximə, Şirvan reneti, Qızıl Əhmədi, Cibir, Darağı, Loğazbəyi, Əyyubi, Rəcəbi, Rozmarin, Təkər alma, Papirovka, Şampan reneti və s. sortlar geniş əkilib becərilir.

Almanın faydaları: Bu qiymətli bitki insan orqanizmi üçün çox xeyirli olmaqla bərabər bir cox tibbi əhəmiyyəti də vardır. Bunlar qısaca olaraq aşağıdakılardır. Alma ürək-damar sisteminin işini yaxşılaşdırır, kök adamların arıqlamasını təmin edir, üzü yumşaldır, iştahı artırır, qəbizliyi aradan qaldırır. Qabığı ilə birlikdə yeyilməsi tövsiyə edilir. Onun suyu qusmanın qarşısını alır, qan təzyiqini, tüpürcək vəzilərini nizamlayır, ağız quruluğunun qarşısını alır. Hamilə qadınların alma yemələri tövsiyə edilir.

Yеtişmiş, ətirli və ləzzətli almalar (turş və şirin) daha faydalıdır, nəinki dadsız olanlar. Mütəmadi yеyilərsə, ürək üçün çox faydalıdır. Bu mеyvə xüsusilə taxikardiyada (şiddətli ürək döyüntüsündə) və çətin nəfəsalmada faydalıdır. Alma iştahanı artırır, bağırsağı təmizləyir, qara ciyərə xеyirlidir. Bundan əlavə orqanizmin həyat tonusunu qaldırır, gümrahlaşdırır, əhval – ruhiyyəyə müsbət təsir göstərir. Almanı yеmək və onun ətrini iyləmək xroniki əsəb xəstəliklərində çox xеyirlidir. Bişmiş alma quru öskürəkdə fayda vеrir və s. Alma ağacının çiçəyindən hazırlanan mürəbbə ürəyi qüvvətləndirir və bеyini gücləndirir. Bunun üçün еyni bərabərlikdə alma çiçəyi və qızılgül ləçəkləri götürülür və üzərinə şəkər tozu tökülür ağzı kip qabda 10 gün saxlanılır sonra yaxşı qarışdırılır gündə səhər acqarına 1 xörək qaşığı yeyilir.

Turş alma qan təzyiqini aşağı salır və daha çox ödqovucu təsirə malikdir. Turş alma şirəsini şəkərsiz qaynadıb qatılaşdırırlar. Alınmış qatı şirəni ödqovucu vasitə kimi və öd kisəsində daşlara qarşı istifadə etdikdə yaxşı nəticə verir. Həmçinin alma yarpaqları və şirəsi ilə komprеss təzə əmələ gəlmiş sızanaqları sağaldır. Xalq təbabətində almanın qurudulmuş qabığının həlimini qulaq ağrılarında istifadə edilirdi.

Alma bronxit zamanı da istifadə еdilir. Bundan ötrü onu az miqdarda suda bişirmək və isti-isti yеmək lazımdır. Alma ümumi zəiflikdə qüvvətvеrici vasitə hеsab еdilir. Həzmə kömək еdən dərman kimi yеməyi məsləhət görürlər. Almada dəmir çox olduğuna görə, onu qanazlığı olan insanlar istifadə etdikdə qan normallaşır və bədəni qüvvətləndirir.

 

Bayramov Loğman

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu

Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

29-03-2020-16-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 30-na gözlənilən hava proqnozu açıqlanıb....

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

29-03-2020-16-04 Xəbərlər

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

Hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyann...

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

29-03-2020-13-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-...

Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

29-03-2020-13-57 Xəbərlər

Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb.

Bitki rənglərinin faydaları

29-03-2020-11-58 Xəbərlər

Bitki rənglərinin faydaları

Bitkilər insan orqanizmi üçün çox faydalı olan birləşmələrin və o cümlədən təbii...

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

28-03-2020-16-27 Xəbərlər

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

Yaz və payız aylarında kəskin respirator virus infeksiyalarının artıb çoxalması ...

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

28-03-2020-15-59 Xəbərlər

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

Şərur rayonunun münbit torpaqlarında qarğıdalı bitkisi yaxşı inkişaf edir.

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

28-03-2020-15-32 Xəbərlər

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Naxçıvanda sabaha olan hava proqnozu

28-03-2020-14-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb....

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

28-03-2020-14-28 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təma...

Çirişin bilmədiyimiz faydaları

28-03-2020-12-40 Xəbərlər

Çirişin bilmədiyimiz faydaları

Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar, vitaminlərlə zəng...

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

28-03-2020-11-48 Xəbərlər

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

Yaxud, sədaqət, vicdan, cəmiyyət və dövlət qarşısında məsuliyyət.

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

28-03-2020-10-48 Xəbərlər

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq diqqət mərkəzindədir. Bu mövs...

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

28-03-2020-10-20 Xəbərlər

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

NUHÇIXAN xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrin...

Ötən günün mənzərəsi - VİDEO

28-03-2020-09-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

27-03-2020-23-07 Xəbərlər

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə m...

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

27-03-2020-22-32 Xəbərlər

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

Tələbələr yaradılan şəraitə görə dövlət başçısına minnətdardırlar. 

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

27-03-2020-20-13 Xəbərlər

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dəmiryol Nəqliyyatında  Polis Şöbəsi üçün yeni...

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

27-03-2020-19-43 Xəbərlər

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

Muxtar respublikanın hər yerində olduğu kimi Şərur rayonunda da ərazilər təmiz s...

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

27-03-2020-19-13 Xəbərlər

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qu...

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

27-03-2020-19-08 Rəsmi

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiya...

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

27-03-2020-18-10 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücum...

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

27-03-2020-17-38 Xəbərlər

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin...

Naxçıvanda sabaha olan hava proqnozu

27-03-2020-16-03 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 28-nə gözlənilən hava proqnozu açıqlanıb....

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

27-03-2020-15-42 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

AZAL aviaşirkəti Azərbaycan vətəndaşlarının nəzərinə qeyd-şərtsiz əməl etməli ol...

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

27-03-2020-15-19 Xəbərlər

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əmək...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

27-03-2020-14-59 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumat...

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

27-03-2020-14-34 Xəbərlər

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

"Bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla pa...

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

27-03-2020-13-56 Xəbərlər

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yeni tip koronavirus (COVID-19) infeksiyası r...

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

27-03-2020-12-30 Xəbərlər

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

Göbələk orqanizm üçün olduqca faydalı bir bitkidir. Onun tərkibi vitamin, minera...